Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


BÖLMƏ VII 7. Neft emalı müəssisələrində texnoloji qurğuların



Yüklə 2,46 Mb.
səhifə117/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   113   114   115   116   117   118   119   120   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

BÖLMƏ VII
7. Neft emalı müəssisələrində texnoloji qurğuların,
avadanlıqların və əsas aparatların istismarı və xidmət
edilməsi zamanı yanğın təhlükəsizliyi qaydaları
7.1 Ümumi tələblər


7.1.1 Avadanlıqlara və borulara neft və neft məhsulları verilməzdən əvvəl onlar təsirsiz qazla və ya buxarla üfürülmə üsulu ilə havadan azad olmalıdır.
7.1.2 İşə salınmazdan əvvəl qurğununun aparatları və boruları hermetikliyə yoxlanılmalıdır. Qurğunun işə salınması və dayandırılması istehsalat reqlamentinə uyğun aparılmalıdır.
7.1.3 Yanğınsöndürmə sistemi nasaz vəziyyətdə olan qurğunun işə salınması və istismarı qadağandır.
7.1.4 Aparatlarda təzyiq və temperatur rejiminin dəyişdirilməsi səlis aparılmalı, dəyişmə sürəti isə reqlamentə əsasən müəyyənləşdirilməlidir.
7.1.5 Aparatların (kolonların, tutumların) alt hissəsindən su boşaldılmamış olduqda orada temperaturun 1000 C–dən yuxarı qalxmasına yol verilməməlidir.
7.1.6 Qurğu işləyən zaman onun ventillərini, siyirtmələrini və digər bağlayıcı qurğularını lomla və digər alətlərlə açmaq qadağanadır.
7.1.7 Absorberlərin, buxarlandırıcı qurğuların, rektifikasiya kolonlarının gövdəsində və digər aparatlarda sızma aşkar edildikdə, sızma yerinə dərhal
buxar verilməli, aparatın işi dayandırılmalı və sızma ləğv edilməlidir.
7.1.8 Aparatlar işə salınan zaman onların içində olan havanın sıxışdırılıb məşəl boru kəmərinə ötürülməsi qadağandır.
7.1.9 Apparatlardan və boru kəmərlərindən maye qaz, asan alışan və yanar mayelər bağlı sistemlərə (tutumlara) drenaj olunmalıdır (axadılmalıdır).
7.1.10 Aparatlarda təmir işləri aparılan zaman onların daxilində olan asan alışan maye buxarları və partlayış təhlükəli qazlar yalnız bağlı tutumlara və yaxıd məşəl sisteminə atılmalıdır.
7.1.11 Aparatların istilik izolyasiyasının üzərinə neft məhsullarının hopmasına yol verilməməlidir. İstilik izolyasiyasının vəziyyətinə daim nəzarət aparılmalıdır, neft məhsulları hopmuş hissələri dəyişdirilməlidir.
7.1.12 Boru kəmərləri, avadanlıqlar, aparatlar işləyən zaman salniklərin, flans və digər birləşmələrin kipləşdirilməsi orada təzyiqi atmosfer təzyiqinə qədər endirmədən qadağandır.
7.1.13 İldırım çaxan zaman apparat və tutumların boşaldılması, sisternlərın və çəlləklərin doldurulması, həmçinn çənlərin, aparatların ölçü lyuklarının qapaqlarını açıq saxlamaq qadağandır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə