Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Sobanın işi təmir işləri üçün dayandırıldıqda yanacaq boruları boğulmalıdır. 7.2.23



Yüklə 2,46 Mb.
səhifə120/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   116   117   118   119   120   121   122   123   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

7.2.22 Sobanın işi təmir işləri üçün dayandırıldıqda yanacaq boruları boğulmalıdır.
7.2.23 Keçidlərin tıxaclarını açmazdan əvvəl ilanvari boruya buxarın verilməsi dayandırılmalı, qəza xətlərində isə siyirtmələr bağlanmalıdır. Sobanın ilanvari borularında məhsulun olmadığını yoxladıqdan sonra qəza boru kəməri boğulmalıdır(bağlanmalıdır).
7.2.24 Yeni layihələndirilən və ya yenidən qurulan sobalar buxar mühafizə sistemi ilə təchiz olunmalıdır. Buxarla mühafizə aşağıdakı sistemlərdən ibarətdir:
a) buxar və qaz tullantı təhlükəsi olan texnoloji avadanlıqla soba arasındakı məsafə 100 m-dən çox olmadıqda xarici buxar pərdəsindən;
b) sobada yanğının lokallaşdırılması və returbend kameralarında yanğının ləğv edilməsi üçün, həmçinin sobada partlayışın qarşısını almaq, sobanın qəza dayandırılması və yaxud odluqda alovun qəflətən sönməsi zamanı nəzərdə tutulan daxili buxarlasöndürmə sistemi;
c) sobanın borularında yanığın əmələ gəlməsi səbəbindən məhsulun oradan boşaldılması üçün nəzərdə tutan qəza təxliyyəsi;
d) maye məhsulun və yaxud yanacağın bayıra qəza-tullanışı nəticəsində alışmanın ləğvi üçün nəzərdə tutulan xarici yanğınsöndürmə.


7.3 İstilikdəyişdirici aparatlar


7.3.1 İstilikdəyişdirici aparatların, xüsusən, temperatur kompensatoru olmayan və ortüklü borulu aparatların, qızdırılması (işə salınan zaman) və soyudulması (işini dayandıran zaman) səlis şəkildə aparılmalıdır ki, temperatur dəyişməsi səbəbindən hermetikliyi pozulmasın.
7.3.2 Soyuducu agentin kondensator-soyuduculara verilməsinə nəzarət olunmalıdır. Soyuducu agentin verilməsi azaldıqda aparatların istehsal gücünün azaldılması və yaxud tam dayandırılması üçün tədbirlər görülməlidir.
7.3.3 İstidəyişdiricilərin, soyuducuların, kondensatorların səthi mütəmadi olaraq çirkdən və ərpdən təmizlənməlidir.
7.3.4 Barometrik kondensatordan yanar buxar və qazların bayıra çıxmasının və yaxud havanın sorulmasının qarşısını almaq üçün barometrik kondensatorun qəbuledici kamerasında mayenin səviyyəsinin aşağı düşməsinə yol verilməməlidir.
Barometrik borunun və kondensatorun gövdəsinin vəziyyətinə kondensatordan çıxan kondensata çevrilməmiş məhsulların tərkibində oksigenin olmasına sistematik analiz aparmaqla nəzarət olunmalıdır. Əgər oksigenin miqdarı müəyyən olunmuş miqdardan artıqdırsa, dərhal hermetikliyin pozulduğu yerlər aşkar olunmalı və nasazlıq aradan qaldırılmalıdır.
7.3.5 Su soyuducularından çıxan suyun nümunəsi götürülməli və mütəmadi olaraq yanar maddələrin olmasına analizi aparılmalıdır. Analizin aparılmasının vaxtaşırlığı sex təlimatları ilə müəyyən edilməlidir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə