Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə128/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   124   125   126   127   128   129   130   131   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

7.14.3 İlanvari piroliz borularına və reaksiya kamerasına havanın verilməsinə oradan məhsulun buxarla üfürülmə üsulu ilə təmizlənməsindən sonra icazə verilir.
7.14.4 Tüstü klapanı bağlı vəziyyətdə olduqda hava yollarındakı siyirtmələri açmaq, reaksiya kamerasına və yaxud ilanvari piroliz borularına hava buraxmaq qadağandır.
7.14.5 Tüstü klapanının kipliyinin pozulması nəticəsində buxarların reaksiya kamerasından havaya atılması baş verdikdə reaksiya kamerasına xammal buxarlarının verilməsi dayandırılmalı və nasazlığın aradan qaldırılması üzrə tədbirlər görülməlidir.
7.14.6 Reaksiya kamerasından sonra yerləşən qol boruda tıxac quraşdırılmadan ilanvari piroliz borularından koksun basılması (vıjiq) qadağandır.
7.14.7 Piroliz məhsullarının droselləşdirilməsi (qazın təzyiqinin və işlənməsinin tənzimlənməsi) bağlı sistemdə aparılmalıdır.


7.15 Bitum istehsalı qurğuları


7.15.1 Bitum qurğularının istimarı zamanı aşağıdakı tələblərə ciddi nəzarət olunmalıdır:
- boşaltma kranlarının, sobanın ilanvari birləşmələrinin və oksidləşdirici kublara (tutumlara) gedən hava boru kəmərlərinin germetikliyinə;
- kublardan sorucu boruya qədər olan qaz boru kəmərlərinin keçiricilik qabiliyyətinə;
- oksidləşdirici kublarda temperatura və məhsulun səviyyəsinə;
- buxar fazasının tərkibində oksigenin miqdarına;
- oksidləşdirici kublara daxil olan havanın təzyiqinə.
7.15.2 Paylayıcı kublarda bitumun oksidləşdirlməsi prosesini davam etdirmək qadağandır.
7.15.3 Qoruyucu klapanların və partlayıcı lövhələrin, boru kəmərlərinin, şlem borularının və sobanın ilanvari borularının koksla tutulmasına yol verilməməlidir.
7.15.4 Aparatların və boru kəmərlərinin üfürülməsi su buxarı və ya təsirsiz qazla həyata keçirilməlidir. Paylayıcı kublarda bitum yalnız təsirsiz qazla qarışdırılmalıdır.
7.15.5 Sobadan çıxan qudronun temperaturu onun öz-özünə alışma temperaturundan aşağı olmalıdır.
7.15.6 Bitumun fasiləsiz oksidləşdirilməsi aparatında xammalın qarışdırıcı qurğuya daimi verilməsi təmin olunmalıdır, qarışdırıcı qurğuya verilən resirkulyatın və havanın məsrəfi oraya verilən xammalın miqdarından asılı olaraq tənzimlənməli, separatordan və qovucu kolonlardan çıxan qazın tərkibində oksigenin miqdarına nəzarət aparılmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə