Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Parıltı olarsa odluq söndürülməli və ucluq təmizlənməlidir. 8.2 Qazın nəqlində istifadə edilən texnoloji boru kəmərləri



Yüklə 2,46 Mb.
səhifə136/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   132   133   134   135   136   137   138   139   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

8.1.1.64 Parıltı olarsa odluq söndürülməli və ucluq təmizlənməlidir.
8.2 Qazın nəqlində istifadə edilən texnoloji boru kəmərləri
8.2.1 Tərkibində nəmlik olan qazları və məhsullaı nəql edən boru kəmərləri istilik izolyasiyası ilə qorunmalı və ya lazım olarsa qızdırıcı qurğu ilə təchiz olunmalıdır
8.2.2 Bağlayıcı armaturalarınəmir ediləcək neft məhsulları kəməri hissəsi başqa kəmərləri və aparatlardan siyitrtmələr və bağlayıcılarla ayrılmalıdır.
8.2.3 Flans birləşmələrini açarkən borunun içərisindəki məhsulu axıtmaq üçün ilk növbədə aşağı hissədən boltları açmaq lazımdır.
8.2.4 Qaynaqla təmir işləri aparılacaq neft məhsulları kəməri qabaqcadan məhsuldan azad edilməli, su buxarı ilə üfürülməli və başqa boru kəmərlərindən, çənlərdən və aparatlardan bağlayıcılar vasitəsilə ayrılmalıdır.
8.2.5 Neft məhsulları nəql edən kəmərlərdə qaynaqla götürülən işlər “Partlayıştəhlükəli obyektlərdə qaynaqla görülən işlərin təhlükəsiz aparılmasının təşkili” üzrə təlimata müvafiq yerinə yetirilməlidir.
8.2.6 Qaz çıxması ehtimalı olan təmir işlərini görərkən iş yeri hasara alınmalı, onun yanında isə xəbərdaredici lövhə və ya nişan asılmalıdır.
8.2.7 Yeraltı qaz kəmərlərinə baxış və ya təmir üçün qazılmış xəndək açıq və iş görmək üçün geniş olmalıdır.
8.2.8 Qazla dolu qaz kəmərlərində təmir işləri vaxtı quyularda, pis ventilyasiya olunan yarğanlarda və başqa oxşar yerlərdə bu qaydaların tələblərinə əsasən yerinə yetirilməlidir.
8.2.9 Müəssisə ərazisindən çəkilmiş yanar və mayeləşdirilmiş yanar qazlar, tezalışan və yanar məhsullar nəql edən texnoloji boru kəmərləri yanmayan yerüstü dayaqlar və estakadalar üzərindən çəkilməlidir. I yarus yüksəkliyində estakada kalonunun odadavamlılıq həddi 1 saatdan az olmamalıdır.
8.2.10 Yanar və mayeləşdirilmiş yanar qazların, tezalışan və yanar mayelərin nəqli üçün tətbiq edilən boruların şüşədən və digər kövrək materiallardan, həmçinin yanan və çətinyanan materiallardan (flüor, polietilen, vinilplast və s.) hazırlanmasına icazə verilmir.
8.2.11 Müəssisə ərazisinin xaricində dəmiryol relsləri ilə avtomobil yolları ilə yerüstü kəsişən texnoloji boru kəmərlərinin altından qoruyucu metal novlar quraşdırılmalıdır.
8.2.12 Zavod daxilində dəmiryol xətləri, avtomobil yolları ilə yeraltı kəsişən texnoloji boru kəmərləri diametri öz diametrindən 100-200 mm böyük olan polad futlyardan yerləşdirilməlidir. Futlyarların ucları qatranlı kəndirlə kipləşdirilməli, üstünə bitum tökülməli, avtomobil yolunun hərəkət hissəsinin kənarından və ya dəmiryolun kənar relsindən hər ili tərəfə 2m çıxarılmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə