Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Soba işləyərkən spiralvarı borulara, asılqanlara və sobanın hörgüsünə vizual nəzarət təmin edilməlidir. 8.1.1.41



Yüklə 2,46 Mb.
səhifə134/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   130   131   132   133   134   135   136   137   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

8.1.1.40 Soba işləyərkən spiralvarı borulara, asılqanlara və sobanın hörgüsünə vizual nəzarət təmin edilməlidir.
8.1.1.41 Borulardan qabarmalar, hörgü və ya asılqanlarda deformasiya olduqda işləmək qadağandır.
8.1.1.42 Borular yanarsa “Qəzaların ləğv edilməsi” planına əsasən sobanın istismarı dərhal dayandırılmalıdır.
8.1.1.43 Soba işləyən zaman dirsəklərin kamera qapılarını açıq saxlamaq qadağandır.
8.1.1.44 Dirsəklərində məhsul sızması olan borulu sobaların istismarı qadağandır. Tıxacları kipləşdirməkdən ötrü yalnız borulardakı təzyiqi atmosfer təzyiqinə qədər azaltdıqdan, spiralı məhsuldan çıxartdıqdan sonra sıxıcı boltların bərkidilməsinə icazə verilir.
8.1.1.45 Soba ocağında yanma rejiminin normal olması üçün bütün forsunkalar bərabər yüklənməli, məşəlin uzunluğu isə eyni ölçüdə olmalıdır.
8.1.1.46 Forsunkaların yanmasına nəzarət edərkən qoruyucu eynəklərdən istifadə etmək və soba gözlüyünə yandan baxmaq lazımdır.
8.1.1.47 Verilən yanacaq qazının daxil olduğu boru kəmərinin sobaya giriş yerində bağlayıcı qapayıcı qoyulmalıdır, əməliyyat otağındakı lövhənin üzərində isə yanacaq qazın verilməsini siqnalla bildirən quruluş qoyulmalıdır.
8.1.1.48 Sobanın forsunkalarını və ya odluqlarını yandırmamışdan əvvəl aşağıdakı tələblər yerinə yetirilməlidir:
- təmir işlərinin başa çatmasına vəsobanın daxilində və xaricində materialların, tullantıların və alətlərin olmaması;
- soba daxilində adamların olmaması;
- giriş lüklərini, qapaqları, partlayış pəncərələri bağlanmalı;
- məhsul və yanacaq xətlərində bağlayıcı siyirtmələrin olmaması;
- sobanın spiralı üzrə məhsulun sirkulyasiyası tənzimlənməli;
- sobanın yanma kamerasını tüstü borusundan buxar görünəndən ən azı 15 dəq sonra buxarla üfürməli, yanacaq qazının boru kəmərini hava qalıq-larından şama tərəf üfürməli;
8.1.1.49 obanın forsunkalarını yalnız məşəldən və ya fitildən istifadə etməklə yandırmağa icazə verilir.
8.1.1.50 Maye yanacaqla işləyən forsunkaları yandırarkən forsunkanı yandan qurmaq, yanan məşəli əvvəlcə ona yaxınlaşdırmaq, hava və buxarın daxil olması üçün ventili açmaq və yalnız bundan sonra forsunkanın yanındakı yanacaq boru kəmərində quraşdırılmış ventili tədricən açmaq olar.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə