Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Texnoloji qurğunun (sexin) sexlərarası boru kəmərləri ilə birləşdirilən boru kəmərləri ayırıcı (kəsici) quruluşla təmin edilməlidir. 8.2.14



Yüklə 2,46 Mb.
səhifə137/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   133   134   135   136   137   138   139   140   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

8.2.13 Texnoloji qurğunun (sexin) sexlərarası boru kəmərləri ilə birləşdirilən boru kəmərləri ayırıcı (kəsici) quruluşla təmin edilməlidir.
8.2.14 Yanar və maye qazlar, tezalışan və yanar məhsullar nəql edən texnoloji boru kəmərlərinin müəssisə ərazisi daxilində ayırıcı (kəsici) quruluşu olmalıdır.
8.2.15 Flanslı birləşmələr üçün aralıq material kimi, nəql edilən mühitə davamlı və iş prosesinin parametrlərinə cavab verən materiallar tətbiq etmək lazımdır.
8.2.16 Yanar məhsullar nəql edilən sexlərarası texnoloji boru kəmərlərinin altında avadanlığın quraşdırılmasına icazə verilmir. Boru kəmərlərindən mayeləri drenaj etmək üçün tutumları və onların nasoslarını estakada ölçülərindən kənarda yerləşdirmək lazımdır.
8.2.17 Texnoloji boru kəmərlərinin dağılmaqdan mühafizə edilən, yanmayan istilik izoləsi olmalıdır.
8.2.18 Yanar və maye yanar qazları, tezalışan və yanar məhsulları, oksigen və aqressiv (yeyici) mühitləri, buxar istilikdaşıyıcılarını və digər məhsulları nəql edən çoxyaruslu boru kəmərlərini eyni yerdən çəkərkən aşağıdakı tələblərə riayət olunmalıdır:
a) aqressiv mühitlərin nəqli üçün boru kəmərlərini estakadanın aşağı yarusunda çəkmək;
b) asetilen xətləri digər boru kəmərlərinə nisbətən yuxarı yarusun kənarından çəkilməlidir.
c) oksigen xətlərini yağ və oksigenlə qarşılıqlı əlaqəsi zamanı partlayış verə bilən məhsullar nəql edilən xətlərlə eyni yerdən çəkərkən onları estakada yarusunun əks tərəflərində yerləşdirmək lazımdır.
Oksigen boru kəməri ilə digər boru kəmərləri arasındakı işıq zolağı 0,25m az olmamalıdır.
ç) maye yanar qazlar nəql edilən izolə edilməmiş boru kəmərlərini və qızğın mühiti nəql edən boru kəmərlərini estakada yarusunun bir-birinə əks tərəflərdə yerləşdirmək lazımdır.
Qeyd: Qaynaq işlərini yerinə yetirmək üçün estakadada müvəqqəti asetilen xətlərinin çəkilməsi qadağandır.
8.3 Əmtəə-xammal parkları, yanar və tez alışan
mayelər üçün nasosxana



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə