Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Çən parkında kommunikasiya boru kəmərləri elə quraşdırılmalıdır ki, qəza zamanı məhsulu bir çəndən digərinə sorub vurmaq mümkün olsun. 8.3.11



Yüklə 2,46 Mb.
səhifə139/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   135   136   137   138   139   140   141   142   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

8.3.10 Çən parkında kommunikasiya boru kəmərləri elə quraşdırılmalıdır ki, qəza zamanı məhsulu bir çəndən digərinə sorub vurmaq mümkün olsun.
8.3.11 Gecə vaxtlarında çəndə məhsulun səviyyəsinin ölçülməsi və ondan nümunə götürülməsi işlərinin aparılmasına yalnız partlayışdan mühafizəli fənərlərdən istifadə edilməsinə icazə verilir.
8.3.12 Çən tutmlarının drenaj üsulu ilə təmizlənməsi aparılarkən məhsul sızmasının olmaması üçün çirkli suların olmamasına diqqət vermək lazımdır.
8.3.13 Ayrıca dayanmış xətdən tutuma məhsulun doldurulması qadağandır. Çöküntüsü olmayan tutumların doldurulması zamanı (texniki müayinədən və yaxud təmizlənmədən) yanğın təhlükəli qatışığın alınmaması üçün müvafiq tədbirlər görülməlidir: təsirsiz qazla və su buxarı ilə üfürülməli və prosesə diqqətlə nəzarət edilməlidir.
8.3.14 Çənə və tutumlara mayeləşdirilmiş karbohidrogen qazlarının (MKHQ) təlimata uyğun hesabatla yolverilən həddən artıq doldurulması qadağandır.
Çəndə, tutumda mayeləşdirilmiş karbohidrogen qazlarının (MKHQ) səviyyəsinə nəzarət etmək üçün əməliyyat (operator) otağındakı lövhənin üzərində avtomatik məsafədən ölçmə cihazları quraşdırılmalıdır.
8.3.15 Səviyyəyə vizual nəzarət etmək üçün tutumlarda ölçü şüşələri quraşdırılmağa icazə verilir. Ölçü şüşələrini qoruyucu qapaqla qorumaq vacibdir. Şüşədə tutumun dolma həddi qırmızı xətlə göstərilməlidir.
8.3.16 Tikişlərdə, əsas metalda eləcədə avadanlıq­da və armaturda sızma aşkar edilərsə, məhsul dərhal boşaldılmalı və çən təmirə hazırlanmalıdır.
8.3.17 Pirofor birləşmələrin əmələ gəlməsi nəticəsində yanğın və partlayış təhlükəli hadisələrin qarşısını almaq üçün “ Tutumlarda neft məhsullarının istismarında prifor çöküntülərin əmələ gəlməsi ilə mübarizə təlimatı”-nın tələblərinə müfaviq olaraq tədbirlər görülməlidir.
8.3.18 Nasosxananın avadanlığı, döşəməsi, xəndəkləri daim təmiz saxlanmalıdır. Döşəmələri, xəndəkləri yuduqdan sonra tərkibində turşu, əsas və zəhərləyici birləşmələr olan tullantı suları maqistral şəbəkəyə və sənaye kanalizasiyalarına axıtmazdan əvvəl zərərsizləşdirilməlidir.
8.3.19 Nasosxanaların və boru kəmərlərinin divarları rənglənməlidir. Boru kəmərlərində məhsulun axın istiqaməti, avadanlıqlarda texnoloji sxemə müvafiq işarələr, mühərrikdə isə rotorun fırlanma istiqaməti göstərilməlidir.
8.3.20 Sürtkü materiallarını nasosxanalarda gündəlik tələbata uyğun miqdarda saxlanılmalıdır. Ayrı-ayrı hallarda yağ yığan kranla təchiz olunmuş kip tutumlarda yağ ehtiyatlarının saxlanması yanğından mühafizə orqanlarının icazəsi müəyyən müddətə uzadıla bilər.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə