Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Çənlərin istismarı “Metal çənlərin təlimata uyğun təmiri və texniki istismarı qaydaları”-nın tələblərinə əsasən aparılmalıdır. 8.3.2



Yüklə 2,46 Mb.
səhifə138/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   134   135   136   137   138   139   140   141   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

8.3.1 Çənlərin istismarı “Metal çənlərin təlimata uyğun təmiri və texniki istismarı qaydaları”-nın tələblərinə əsasən aparılmalıdır.
8.3.2 Anbarlarda, ayrıca quraşdırılmış çənlərdə yanğın təhlükəsizliyi tələblərinə və normalarına əsasən ilkin və stasionar yanğınsöndürmə vasitələri ilə təchiz edilməlidir. Ayrıca yerləşdirilmiş çənlərdə və anbarın ərazisində yerləşdirilmiş bütün çənlərdə nəzərdə tutulmuş yerlərdə quraşdırılan yanğındansöndürmə vasitələri saz vəziyyətdə olmalıdır.
8.3.3 Anbarların daxilində əsas çənlərdən əlavə, tezalışan və yanar məhsulları qəza vaxtı sistemdən boşaltmaq üçün çənlər quraşdırmağa icazə verilir.bu çənlərin sayı və həcmi sistemdən boşaldılmış məhsulun miqdarına əsasən hesablanır və çən parkındakı çənlərin ümumi həcminə daxil edilir.
8.3.4 Çənlərin ərazilərinin və meydançalarının bəndləri təmiz saxlanılmalıdır.Təcili olaraq tökülmüş neft məhsulları və quru otlar ərazidən təmizlənməlidir.
8.3.5 Çən parklarının ərazisinin bəndlərinə traktor və avtomobillərin təmir ilə əlaqədar olaraq buraxılması yalnız müəssisənin baş mühəndisinin və ya müavinin icazəsi olduğu halda aparılmalıdır.
8.3.6 Xəndəkdəki boru kəmərlərinin təmiri və yaxud boru kəmərlərinin çəkilməsindən sonra xəndək bəndləri torpaqla örtülməli və əvvəlki vəziyyətə salınmalıdır.
8.3.7 Çən parkının ərazisi və ayrıca yerləşdirilmiş çənlər sutkanın qaranlıq vaxtlarında projektorlarla işıqlandırılmalıdır.
Açıq anbar xəndəklərində elektrik avadanlıqlarının və elektrik kabel xətlərinin quraşdırılmasına icazə verilmir. Yerli işıqlandırma qurğuları, avtomatik nəzarət cihazları partlayışdan təhlükəsiz icrada olmalıdırlar.
8.3.8 Çənlərin günəş şüalarından qızmasının qarşısını almaq üçün açıq rənglə rənglənməlidir.Müvafiq rayonlarda çən daxili məhsulun 450 S-dən yuxarı qızmasının qarşısını almaq üçün əlavə olaraq təhlükəsizlik tədbirləri görülməlidir. Çən istilik keçirməyən izolyasiya və yaxud soyudulmaq üçün su şırnağı ilə təchiz olunmalıdır.
8.3.9 Parkın ərazisində yerləşən çənlərin damı qış aylarında daimi olaraq qardan təmizlənməli, həmçinin çən parkının ərazisi, yollar və yanğın keçidləri qardan təmizlənməlidir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə