Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Texnoloji qurğunun xidmət heyəti qurğunun sxemini, bütün aparatların, boru kəmərlərinin, armaturun, NÖC və A təyinatının bilməlidir. 8.1.1.3



Yüklə 2,46 Mb.
səhifə131/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   127   128   129   130   131   132   133   134   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

8.1.1.2 Texnoloji qurğunun xidmət heyəti qurğunun sxemini, bütün aparatların, boru kəmərlərinin, armaturun, NÖC və A təyinatının bilməlidir.
8.1.1.3 Qurğunun işlədiyi müddətdə texnoloji prosesi bütün parametrlərinə(təzyiqə, vakuuma, temperatura, məhsulun səviyyəsinə və s.) nəzarət təmin edilməlidir.
8.1.1.4 Əməliyyat otağındakı lövhənin üzərində yerləşdirilmiş NÖC və A vasitələrinin göstəriciləri vaxtaşırı bilavasitə aparatların üzərində qoyulmuş dublikat cihazlarla müqayisə edilərək, yoxlanmalıdır.
8.1.1.5 Şkalası olmayan cihazlar ilk dəfə yerində nəzarət cihazları ilə yoxlanılır.
8.1.1.6 Qurğuların istismarı, işə buraxılması və dayandırılmasına dair zavodun baş mühəndisi tərəfindən təsdiq edilmiş təlimatlar əsasında parametrlərin sürətinin dəyişdirilməsi müəyyən edilməlidir.
8.1.1.7 Aparatlarda, tutumlarda, kompressorlarda və digər avadanlıqda qoruyucu qapayıcılarda ayırma (açma), tənzimləmə qurğuları və NÖ və A cihzları nasaz olduqda onların istismarı qadağandır.
8.1.1.8 Xidmət heyəti NÖ və A cihazlarının, avadanlığın, apratların saz vəziyyətdə olmasına ciddi nəzarət etməlidir.
8.1.1.9 Aparatlarda (rektifikasiya kolonlarında, buxarlandırıcılarda, istilik dəyişdiricilərində, kondensatorlarda və s.), avadanlıqlarda, boru kəmərlərində və armaturlarda sızma aşkar edilərsə, sızan məhsulun alışmasının qarşısını almaq üçün dərhal sızma yerinə buxar verilməli, aparat açılmalı və qurğu dayandırılmalıdır.
8.1.1.10 Əgər sahədə qazlaşma baş verərsə yaxınlıqdakı qurğuların xidmət heyəti mümkün olan təhlükə haqqında xəbərdar edilməli, sahə çəpərlənməli və qazlaşma yaradan mənbəyin ləğv edilməsi tədbirləri yerinə yetirilməlidir.
8.1.1.11 Yanğınsöndürən sistemlər və partlayış təhlükəli qatılıqları (PTQ) təyin edən cihazlar nasaz olarsa, onların iş qabiliyyəti dərhal bərpa edilməli, təmir işləri aparılan zaman isə qurğunun təhlükəsiz işini təmin etmək tədbirləri görülməlidir.
8.1.1.12 Təzyiq altında olan aparatlarda, boru kəmərlərində kipkəclərin sıxılması, bolt və sancaqların zərbələrlə bərkidilməsi qadağandır.
8.1.1.13 Texnoloji aparatlarda lyuklərin qapaqlarında rəzə qoyulmalı və tutacaqlarla təchiz edilməlidir. Rəzə qoymaq mümkün deyilsə, onda qapaqlara (qaldırıcı mexanizmlərin qarmağı ilə tutmaq üçün)qulp qaynaq etmək lazımdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə