Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Yağların kontakt üsulu ilə təmizlənməsi qurğuları



Yüklə 2,46 Mb.
səhifə130/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   126   127   128   129   130   131   132   133   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

7.17 Yağların kontakt üsulu ilə təmizlənməsi qurğuları
7.17.1 Süzgəcin qızdırılması qaynar məhsulun tədricən verilməsi üsulu ilə, bərabər şəkildə aparılmalıdır.
7.17.2 Press-süzgəci təmizləmək üçün açmazdan əvvəl onun bütün diskləri üfürülməlidir.
7.17.3 Press-süzgəcin üfürülməsinə onun texnoloji reqlamentdə nəzərdə tutulan temperatura qədər soyudulmasından sonra icazə verilir.
7.17.4 Süzgəcin diskləri yalnız taxta bellə təmizlənməlidir.
7.17.5 Kanalizasiya novlarının təmizliyinə nəzarət olunmalıdır, kanalizasiya sistemləri sistematik olaraq isti su ilə yuyulmalıdır ki, orada neft məhsulları yığılmasın.
7.17.6 Press-süzgəclər işləyən zaman süzgəc parçalarının zədələnməsi nəticəsində axan mayenin yığılması üçün süzgəcin altında qabların quraşdırılması nəzərdə tutulmalıdır.
7.17.7 Süzgəclər olan otaqlarda çıxarılmış diskləri, yağlanmış taxta kəpəyi və filtr kağızı saxlamaq qadağandır.


7.18 Yağların fenolla selektiv təmizləmə qurğuları
7.18.1 Yağların selektiv həlləedicilərlə (fenol, furfurol, aseton və s.) təmizləmə qurğularında hər bir avtomatik təzyiq tənzimləyicisi olmayan aparatda iki qoruyucu klapan quraşdırılmalıdır: nəzarət və işçi klapanlar.
Klapanlardan çıxan tullantılar nəzarət klapanından soyudulduqdan sonra bağlı sistemə, işçi klapandan isə tutumdan sonra atmosferə atılır.
7.18.2 Fenolun və digər selektiv həlledicilərin qalıqları aparatlardan, boru kəmərlərindən, nasoslardan təmizlənməli və bağlı drenaj sistemi ilə xüsusi tutuma verilməlidir, onların sənaye kanalizasiyasına axıdalması qadağandır.


BÖLMƏ VIII.
Qaz emalında yanğın təhlükəsizlik tələbləri
8.1 Qazın tənzimlənməsi, qızdırılması və qurudulması üçün
texnoloji qurğular


8.1.1 Ümumi tələblər
8.1.1.1 Hər bir istehsal prosesi üçün Dövlət Neft Şirkəti tərəfindən qəbul olunan qaydaya uyğun olaraq, razılaşdırılmış və təsdiq edilmiş texnoloji reqlament işlənib hazırlanmalıdır. Texnoloji reqlamentdə əks olunan texniki təhlükəsizlik qaydaları cari qaydalara, normativ sənədlərə və əsasnamələrə uyğun olmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə