Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Dövri və fasiləsiz işləyən reaktorlar



Yüklə 2,46 Mb.
səhifə122/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   118   119   120   121   122   123   124   125   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

7.5 Dövri və fasiləsiz işləyən reaktorlar


7.5.1 Reaktorda izafi təzyiqin yaranmasının qarşısını almaq üçün reaktordan çıxan buxar-qaz qarışığının kondensasiya olunması prosesinə nəzarət olunmalıdır. Kondensasiya prosesi pozulduqda dərhal reaktorun qəza dayandırılması üzrə tədbirlər görülməlidir.
7.5.2 Bacadan (stoək) reaktora və tozlu katalizatorla işləyən regenerator qurğularına havanın daxil olmaması üçün bu qurğularda katalizatorun səviyyəsinin müəyyən olunmuş səviyyədən aşağı düşməsinə yol verilməməlidir.
7.5.3 Tərkibində öz-özünə alışan polimerləşmə və parçalanma məhsulları olan işlənmiş katalizator və ya təmas kütləsi reaktordan boşaldılmalı, hermetik bunkerlərdə nəql edilərək reqenerasiyaya və yaxud ləğv olunmağa göndərilməlidir.
7.5.4 Reaktorun və onun işi ilə bağlı aparatların işinin müvəqqəti dayandırılması zamanı sistemin soyudulması ilə əlaqədar oraya havanın daxil olması təhlükəsi yarandıqda, aparatlara təsirsiz qaz verilməlidir.
7.5.5 Futerlənmiş və yaxud qalın divarlı reaktorların işə salınması (işinin dayandırılması) zamanı kəskin temperatur dəyişikliyinin qarşısını almaq üçün reaktorun divarlarının temperaturunu tədricən qaldırmaq lazımdır.
7.5.6 Maye halında olan maddələrin fasiləsiz qarışdırılması prosesi ilə bağlı reaktorlarda temperaturun və təzyiqin müəyyən dərəcədə qalxmasının qarşısını almaq üçün qarışdırıcı qurğunun (meşalka) işinə nəzarət olunmalıdır. Qarışdırıcı qurğu işləməyən zaman oraya maddənin yüklənməsinə icazə verilmir. Qarışdırıcı qurğunun (meşalka) dövretmə sürəti azaldıqda və yaxud işi tam dayandıqda avtomatik siqnal səsi verilməlidir.
7.5.7 Qarışdırıcı qurğulu reaktorları işə salmazdan əvvəl kipkəclərin bərkitmə sistemi yoxlanılmalı, hidravlik bərkitmə (qidravliçeskoe uplotneniəe) sistemi olduqda isə mayenin normal dövranı təmin olunmalıdır.


7.6 Yanar tərkibli sistemləri ayırmaq üçün aparatlar
(durulducular, süzgəclər, sentrafuqalar)


7.6.1 Yanan tərkibli sistemləri və emulsiyaları ayırmaq üçün təyin olunan durulducular minimal və maksimal yol verilə bilən maye səviyyəsinin qiyməti qeyd olunan səviyəolçənlə təchiz olunmalıdır.
7.6.2 Durulducuların istismarına nəfəsalma sisteminin saz vəziyyətdə olması şərti ilə yol verilir. Qapaqları (lyukları) açıq vəziyyətdə olan aparatların işə salınmasına icazə verilməməlidir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə