Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Odluqları yandırmazdan əvvəl kollektordakı qazın təzyiqinin normaya uyğunluğuna əmin olmaq lazımdır. 7.2.9



Yüklə 2,46 Mb.
səhifə119/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   115   116   117   118   119   120   121   122   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

7.2.8 Odluqları yandırmazdan əvvəl kollektordakı qazın təzyiqinin normaya uyğunluğuna əmin olmaq lazımdır.
7.2.9 Panelli odluqları yandırdıqda yandırılmış məşəl baxış nəfəsliyindən daxil edilməli, odluqların birinin qarşısında yerləşdirilməli, sonra qaz ventili açılmalı və baxış nəfəsliyindən odluğun yanması yoxlanılmalıdır. Sonra odluqların yandırılması «sonrakı (növbəti) qarşıdakından» prinsipi ilə aparılmalıdır.
7.2.10 Sobaya verilən yanacağın təzyiqi avtomatik təzyiq tənzimləyici vasitəsi ilə müəyyən olunmuş səviyyədə saxlanılmalıdır. Eyni zamanda təzyiqin müəyyən olunmuş rejimdən kənara çıxması barədə xidməti heyyəti xəbərdar edən işıq və səs siqnalizasiyası nəzərdə tutulmalıdır.
7.2.11 Odluqların təzyiq altında yandırılması elektrik alışqanla həyata keirilməlidir.
7.2.12 Odluqların təzyiq altında yandırılması odluğa verilən havanın miqdarını azaldaraq həyata keçirilməlidir. Artıq hava hava borusu vasitəsi ilə atmosferə tullanmalıdır.
7.2.13 Sobalar işləyən zaman bütün odluqlar eyni səviyyədə yüklənməli, məşəl isə ilanvari borulara toxunmamalıdır.
7.2.14 Maye və qaz yanacağı boru kəmərlərində bütün odluqlara gedən boru kəmərlərinin eyni vaxtda bağlamaq imkanı verən siyirtmə quraşdırılmalıdır.
Siyirtmə sobadan 5 m-dən az olmamayan məsafədə olmalıdır.
7.2.15 Keçidi (dvoyniki) nasaz vəziyyətdə olan borulu sobaların istismarı qadağandır. Keçidin tıxaclarını kipləşdirmək üçün boltları bərkidən zaman borulardakı təzyiq atmosfer təzyiqinə qədər endirilməlidir. Soba işləyən zaman boltları bərkitmək qadağandır.
7.2.16 İlanvari borularda yanıq yerlər aşkar olduqda, eləcədə sobanın keçidində məhsul alışdıqda, buxarlasöndürmə xətti ilə keçidlərə buxar verilməli və sobanın işi dayandırmalıdır.
7.2.17 Soba işləyən zaman keçidlərin qutularının qapılarını açıq saxlamaq qadağandır.
7.2.18 Soba işləyən zaman boruların, asma boruların, sobanın hörgüsünə daimi nəzarət aparılmalıdır.Nasazlıq aşkar olunduqda sobanı işlətmək qadağandır.
7.2.19 İlanvari borularda yanıq yerlər əmələ gəldikdə sobaya məhsulun verilməsi dayandırılmalı, odluqlar və ya forsunkalar söndürülməli və odluğa buxar verilməlidir.
7.2.20 Üzərində yanıq yerlər əmələ gəlmiş ilanvari borular buxarla və yaxud təsirsiz qazla üfürülməlidir. Yanığın yerindən asılı olaraq üfürülmə məhsulun istiqaməti və yaxud əks istiqaməti üzrə aparılmalıdır ki, odluğa mümkün qədər az miqdarda məhsul verilsin.
7.2.21 Sobanın işinin məcburi dayandırılması və yaxud qəza zamanı ilanvari borunun üfürülməsi üçün nəzərdə tutulan buxar və ya təsirsiz qaz borularında əks klapanlar və iki ədəd bağlayıcı siyirtmələr quraşdırılmalıdır. Siyirtmələr arasında onların kipliyinə nəzarət etmək və buxar kondensatının buraxılması üçün üfürmə (produvoçnıy) kranı nəzərdə tutulmalıdır. İlanvari borunun üfürülməsi üçün nəzərdə tutulan boru kəməri daima isdilmiş vəziyyətdə olmalı və kondensatdan azad olmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə