Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Ehtiyatda olan qaz kompressorları qaz qəbuletmə və qazvurma kəmərlərindən ayrılmalıdır. 5.6.1.28



Yüklə 2,46 Mb.
səhifə95/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   91   92   93   94   95   96   97   98   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

5.6.1.27 Ehtiyatda olan qaz kompressorları qaz qəbuletmə və qazvurma kəmərlərindən ayrılmalıdır.
5.6.1.28 Hava kompressorlarına hava binanın xaricindən vurulmalıdır. Havanın yanar buxar və qazların ayrıldığı yerlərdən götürülməsi qadağandır. Yanar buxar və qazların kompressora daxil olması aşkar edilərsə, onu dərhal dayandırmaq lazımdır.
5.6.1.29 Stansiyalardakı qaz - kompressor qurğuları və onların kommunikasiyaları yağ çöküntülərindən yanğın partlayış təhlükəsiz yuyucu maddələr (köpükləndirici yuyucu vasitə «Təmiz», TŞ AZ 1334660-001-2006) vasitəsilə təmizlənməlidir.
5.6.1.30 Kompressor stansiyasının ərazisində, partlayış təhlükəli qazların lokal yığılmasının qarşısını almaq məqsədilə, zirzəmilərin, kanalların və s. yerləşdirilməsi qadağandır.
5.6.1.31 Kompressor stansiyasında yanğın baş verərsə yanan sahənin ayrılması üçün (ümumi sistemdən) tədbirlər görülməli və qazın qəza yerinə daxil olmasının qarşısı alınmalıdır. Həmçinin metal konstruksiyaların, boru kəmərlərinin və aparatların dağılmasının qarşısını almaq məqsədilə tədbirlər görülməlidir. Onlar su şırnağı ilə soyudulmalıdır.


5.6.2 Quyuların ştanqlı quyu nasosları, dalma və vintli elektrik nasosları
ilə istismarı , quyuların sınanması tədqiqi. Quyuların ştanqlı quyu nasosları,
dalma və vintli elektrik nasosları ilə istismarı
5.6.2.1 Quyu ağzı, boruarxası fəzadan qazın götürülməsini təmin edən, germetik armatura ilə təchiz edilməlidir. Əgər qaz boruarxası fəzadan götürülmürsə, o quyudan azı 25m kənara ötürülməlidir.
5.6.2.2 Mancanaq dəzgahı işləyən zaman ötürücü qayışların sürüşərək bir yerdə fırlanmasının qarşısını almaq məqsədi ilə onların gərilməsinə nəzarət edilməlidir.
5.6.2.3 Dalma elektrik nasoslarının elektrik avadanlığının quraşdırıldığı otaq yanmayan materialdan olmalıdır.
5.6.2.4 Dalma elektrik nasosları işləyən zaman idarəetmə stansiyasının qapısının və transformatorun baxış pəncərəsinin açılmasına icazə verilmir.
5.6.2.5 Dalma elektrik nasosları ilə təchiz edilmiş quyulara xidmət etdikdə, işləyən qurğunun elektrik kabelinə toxunmaq qadağandır.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə