Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə89/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   85   86   87   88   89   90   91   92   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

5.4.10 APİ zamanı atma-partlayış aparatlarında bloklayıcı qurğudan istifada etdikdə, elektrik qurğularının qoşulmuş vəziyyətdə saxlanılmasına icazə verilir.
5.4.11 Quyu ağzında izafi təzyiqi olan quyularda geofizi­ki tədqiqatları (QGT), özükipləşən kipgəci olan lubrikatordan istif'adə etməklə aparmaq lazımdır. Lubrikator quyu ağzında gözlənilən maksimal təzyiqdən az olmayan təzyiqlə sınanmalıdır.
5.4.12 Anomal yüksək lay təzyiqli (AYLT) və həmçinin intensiv neft və qaz gəlimi (axını) gözlənilən quyularda quyu məhsulunun pakerləşdirilməsi və layların tədqiqi sutkanın işıqlı vaxtı aparılmalıdır.
5.4.13 Quyunun sınanması dövründə DDÖ-nün (ÜQQ) yanında həmişə yanğınsöndürən gəmi olmalı, estakadayanı özüldə isə yanğınsöndürən avtomobil dayanmalıdır (növbə çəkməlidir). Əgər DDÖ-də (ÜQQ) olan quyuda intensiv neft və qaz axını (təzahürü) gözlənilərsə, mütləq fontan əleyhinə və Dövlət Yanğından Mühafizə Xidmətlərinin bölmələri həmin yerdə növbə çəkməlidir.
5.4.14 Sınanmadan əvvəl aşağıdakılara əməl etmək lazımdır:
- yanğınsöndürmə və xilasetmə vasitələrinin hazırlığı yoxlanılmalıdır;
- quyu məhsulunun yandırılma qurğusu mövcuddursa, həmin qurğunun oxu və boru xətləri sistemi yoxlanılmalıdır;
- odluğun yandırma və DDÖ-nün (ÜQQ) gövdəsinin suvarma (su pərdəsi) sistemləri yoxlanılmalıdır.
5.4.15 Yandırma bloku mövcuddursa, sınanma prosesinin əvvəlində, odluq blokunun yanında, DDÖ-nün (ÜQQ) gövdəsinin suvarma (su pərdəsi) sistemi işə salınmalı və odluğun növbətçi məşəli yandırılmalıdır.
5.4.16 Quyunun sınanma məhsulları DDÖ-nün (ÜQQ) küləkdöyməz tərəfində yerləşmiş yandırma qurğusuna (odluqlar bloku) verilməlidir.
5.4.17 Quyu məhsullarının yandırma blokunun odluqlarının məhsuldarlığı, sınanan quyudan gözlənilən məhsulun miqdarına uyğun gəlməlidir. Odluqların sayı 2-dən az olmamalıdır.
5.4.18 Özüldə yandırma bloku olmadıqda, sınanan quyunun məhsulları boru xəttinə və ya xüsusi tutuma ötürülməli sonradan sahilə aparılmalıdır.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə