Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə88/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   84   85   86   87   88   89   90   91   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

5.4.1 Quyularda atma-partlayış işləri (APİ) mütləq yanğınsöndürən gəminin (avtomobilin) növbətçiliyinin təmin olunması ilə aprılmalıdır.
5.4.2 Quyunun perforasiyasından əvvəl, DDÖ-də olan bütün quyu ağızlarının germetikliyi yoxlanılmalıdır. Aşkar olunmuş bütün nasazlıqlar ləğv olunmalıdır.
5.4.3 APİ aparılan zaman DDÖ-nün (ÜQQ) meydançasında partlayıcı materialların (PM) səyyar konteynerlərdə müvəqqəti saxlanılmasına icazə verilir. Meydança PM-la dolu konteynerlərin qəza vaxtı dənizə atılması üçün xüsusi avadanlıqla təchiz olunmalıdır. Konteynerlər günəş şüalarından və atmosfer yağıntılarından qorunmalıdır.
5.4.4 Doldurulmuş atma cihazları və PM saxlanılan yer çəpərlənməlidir. Çəpərdə təhlükəsizlik nişanı asılmalıdır.
5.4.5 Küt (çoxsaylı) quyuları olan DDÖ və ÜQQ-da APİ -nin keçirilməsi üçün hazırlıq işləri təsdiqlənmiş plan üzrə elə aparılmalıdır ki, perforatorun və torpedin (partlayıcının) quyuya buraxılması və perforatordan ilk atma və ya torpedin partladılması günün işıqlı vaxtına təsadüf etsin. Yalnız iş yerlərini və təhlükəli zonanı 50 Ik az olmayaraq işıqlandırılması təmin olunarsa və Dövlət Yanğından Mühafizə Xidməti və hərbiləşdirilmiş hissə (NN) ilə razılaşdırıldıqdan sonra işlərin qaranlıq düşdükdə davam etdirilməsinə icazə verilir.
5.4.6 APİ-dən əvvəl karotaj laboratoriyasının və karotaj qaldırıcısının gövdələri DDÖ-nün yerləbirləşdirmə konturu ilə birləşdirilməlidir.
5.4.7 APİ-dən əvvəl aşağıdakıları yerinə yetirmək lazımdır:
1 APİ-nin başlanmasını və kənar şəxslərin təhlükəli zonada qalmasının qadağan olduğunu səs ucaldan rabitə vasitəsi ilə elan etmək;
2 Odlu və yükləmə - boşaltma işlərini dayandırmaq;
3 Katod qoruyucusunu ayırmaq;
4 DDÖ-nün (ÜQQ) yanğınsöndürmə vasitələrini hazır vəziyyətə gətirmək, yanğınsöndürmə gəmisi (katerin) və avtomobilinin iştirakını təmin etmək.
5.4.8 APİ zamanı partlayıcı vasitələr (PV) quraşdırılmalı, atma cihazları və torpedləri quyuya dənizin dibindən 50m aşağı dərinliyə qədər endirilmə müddətində təhlükəli zonada yerləşən estakadalardakı nəqliyyatın və insanların hərəkəti dayandırılmalıdır.
5.4.9 DDÖ-də (ÜQQ), gəmidə qəza vəziyyəti yaranarsa (partlayış, yanğın), dərhal PM və radioaktiv maddələr (RM) xilasedici və ya növbətçi gəmiyə yüklənməsi mümkün deyilsə, DDÖ-nün (ÜQQ) rəisinin (kapitanın) icazəsi ilə PM və RM dənizə atılmalıdır. Sonradan PM və RM batırıldığı yer, onların kütləsi, qablaşdırılması, növləri dəqiq göstərilməklə akt tərtib olunmalı və polis orqanlarına və donanmanın hidroqrafik xidmətinə xəbər verilməlidir. RM haqqında əlavə olaraq "İZOTOP" xüsusiləşdirilmiş kombinatına da məlumat verilməlidir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə