Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə79/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   75   76   77   78   79   80   81   82   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

4.7 Çənlərin təmizlənməsi və təmiri


4.7.1 Çənlərdə təmir işlərinə başlamazdan əvvəl onların təmizlənməsi və qaz fəzasının deqazasiyası (fleqmatizasiyası) yerinə yetirilməli, müvafiq təlimatların tələblərinə riayət etməklə yanma mənbəyi yanar maddələrdən izolə edilməlidir.
4.7.3 Çənlərin daxilində və üstündə odlu işlərin aparılması zamanı çənin qaz fəzasında karbohidrogenlərin qatılığı yol verilən qatılığı (0,3 q3 /m) qədər endirilməlidir.
4.7.3 Çənlərin təmizlənməsi üzrə işlərə daxil edilməlidir:
-təmir və təmizləmə işləri ilə məşğul olan briqadaların hazırlğı və təlimat­landırılması;
- işlərin təşkili layihəsinin (İTL) işlənib hazırlanması;
- cavabdeh şəxslərin təyin edilməsi;
- neftin boşaldılması, təmir olunan xəttin tıxaclarla bağlanması, neftlə yuma, qalıq neftin təmizlənməsi əməliyyatları;
- çənin deqazasiyası və yaxud fleqmatizasiyası (üfürülmə, buxara vermə)
- təsirsiz qazla, su ilə doldurulması, təmizləmənməsi;
- çənin təmir və ya odlu işlərin hazır olmasına yoxlamanın aparılması;
- neft buxarlarının qatılığının ölçülməsi;
- yanğın təhlükəsizliyi vəziyyətinin qiymətləndirilməsi.
4.7.4 Çənlərin təmizlənməsindən əvvəl, çən hələ fəaliyyyətdə olan zaman orada parafinli çöküntülər neftlə yuyulmalıdır.
4.7.5 Neft qalıqlarının təmizlənməsi və deqazasiya əməliyyatları zamanı təhlükəsizliyi təmin etmək üçün aşağıdakı tədbirlər görülməlidir:
- hər çən üzrə buxara verilmə, yuma, fleqmatizasiya sxemi tərtib olunmalı, sxemdə su buxarının, təsirsiz qazın, neftin, texniki yuyucu vasitələrin, suyun verilmə üsulları və yerləri göstərilməli, eləcədə yuyulduqdan sonra çirkli məhlulların və qaz tullantılarının xaric etmə yolları və yerləri göstərilməlidir;
- çənin buxara verilmə (üfürülmə), yuma, fleqmatizasiya proseslərinin rejimi (davamiyyəti, təzyiq, verilmə məhsuldarlığı, temperatur və s.) təyin edilməlidir;
- cavabdeh şəxslər bu rejim barədə məlumatlandırılmalı, iş icraçıları buxara verilmə, üfürülmə, yuma və fleqmatizasiya qaydaları üzrə təlimatlandırılmalıdırlar;
-qabaqcadan iş prosesində lazım olan material və avadanlıqlar hazırlanmalıdır.
4.7.6 Təsirsiz qaz, hava və ya buxar çənlərə verilməsi elastik şalanqlarla və yaxud boru kəmərinin çıxarılıb-quraşdırıla bilən hissələrindən, bu hissələrin hər bir tərəfindən bağlayıcı armaturların quraşdırılması nəzərə alınmaqla həyata keçirilməlidir.
4.7.7 Çənin buxara verilməsi zamanı onun daxilində temperatur 780C-dən aşağı olmamalıdır. Çənin qaz fəzasında neft buxarlarının qatılığı 350 q/m3 yuxarı və yaxud yol verilən yuxarı həddən (2,1 q/m3) aşağı qiymətdə saxlanıldıqda temperaturun 50-700 C-yə qədər düşməsinə yol verilir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə