Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


İcazə-buraxılış vərəqəsində göstərilən təhlükəsizlik tədbirləri bu qaydaların 4.4.2 bəndinə müvafiq olmalıdır. 4.4.10



Yüklə 2,46 Mb.
səhifə75/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   71   72   73   74   75   76   77   78   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

4.4.9 İcazə-buraxılış vərəqəsində göstərilən təhlükəsizlik tədbirləri bu qaydaların 4.4.2 bəndinə müvafiq olmalıdır.
4.4.10 İş icraçısı işçi zonanın hüdudlarında yanğın təhlükəsizliyi tədbirlərinin yerinə yetiril-məsini yoxlamalıdır.
İcazə-buraxılış vərəqəsində nəzərdə tutulmuş bütün tədbirlər yerinə yetirildikdən sonra odlu işlərin başlanmasına icazə verilir. Nəzərdə tutulmayan işlərin aparılmasına və iş yerinin dəyişdirilməsinə cazə verilmir.
İşin növü və yeri dəyişdirilən hallarda yeni İcazə-buraxılış vərəqəsi tərtib olunmalıdır.
4.4.11 İcazə-buraxılış vərəqəsində iş növbəsinin və növbələr arası fasilələrin vaxtı və müddəti İcazə-buraxılış vərəqəsini verən şəxsin və iş icraçısının imzaları ilə təsdiq olunmalı və sənədləşdirilməlidir.
4.4.12 İş görülən zaman yanğın təhlükəsizliyi qaydalarının pozulması aşkar olduqda obyektin rəhbərliyi və yaxud yanğın təhlükəsizliyi xidməti işi, o cümlədən podratçı təşkilat gördüyü işi dayandırmalı, qaydanı pozan işçini və yaxud bütün briqadanı işdən kənarlaşdırmalıdır.
4.4.13 Müəssisədə iş görən podratçı təşkilatın rəhbərliyi tabeliyində olan işçi heyətin yanğın təhlükəsizliyi qaydalarına riayət etməsinə və qaydaları pozmasına görə məsuliyyət daşıyırlar.
4.4.14 Podratçı təşkilatın işçilərinin işlərin təhlükəsiz görülməsinənə dair təlimatlandırıması və öyrədilməsi həmin təşkilatın rəhbərliyinə həvalə edilir.
4.4.15 Çənlərin, dəmiryol doldurma-boşaltma estakadalarının, boru kəmər­lərinin və digər avadanlıqların təmizlənməsi və rəmiri ilə (o cümlədən, odlu işlərin aparılması ilə) məşğul olan işçilər üçün vəzifə təlimatları, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi təlimatları işlənib hazırlanmalı, təmir işlərinin qeydiyyat jurnalı tərtib edilməlidir. Bu jurnalda qazlılıq səviyyəsidə qeyd olunmalıdır.
4.4.16 Obyektin təmir və odlu işlər aparılan partlayış-yanğın təhlükəli yerləri etibarlı rabitə vasitələri ilə təchiz edilməlidir.


4.5 Partlaış-yanğın təhlükəli otaqlarda odlu işlərin görülməsi


4.5.1 Partlaış-yanğın təhlükəli otaqlarda odlu işlərin görülməsindən əvvəl aşağıdakı tədbirlər yerinə yetirilməlidir.
- neftvurma əməliyyatları dayandırılmalı və avadanlıqda işçi təzyiq minimuma qədər endirilməli;
- çirkab su qanovları, boru kəmərləri, neft qəbul quyuları hidravlik sürgülərlə birləşdiyi yerə qədər neft qalığından təmizlənməli və su ilə yuyulmalıdır;
- buxarların çıxma ehtimal olunan yerlər, yəni ventilyasiya sistemi quraşdırılan yerlərin aralıqları, otağın divar və arakəsmələrində olan dəliklər və s. hermetik şəkildə tutulmalıdır;
- əgər karbohidrogenlərin qatılığı 0,3 q/m3 –dan çox olduqda onun mənbəyi aşkar və ləğv edilməli, otağın havası dəyişdirilməli və analizin aparılması üçün hava nümunəsi götürülməlidir.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə