Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə18/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   14   15   16   17   18   19   20   21   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

2.5.4.11 Çənlərdə neftin qızdırılmasına (müəyyən olunmuş hədlərdə) qızdırıcının üzəri maye ilə 0,5m az olmayaraq örtüldükdə yol verilir.
2.5.4.12 Qatı neftin çənlərdə qızdırılmasına yalnız buxarla və su qızdırıcıları vasitəsilə xidməti heyətin daimi nəzarəti altında icazə verilir.
2.5.4.13 Hər bir çənin və çən qrupunun çıxış xəttində, eləcədə də neft tutucusundan qabaqda və ondan sonra neft kanalizasiyası xəttində hidravlik sürgü qoyulmalıdır.
2.5.4.14 İstismarda olan çənin qaynaq tikişlərində, gövdəsində və ya dibində çat əmələ gələrsə çən təcili olaraq boşaldılmalı və təmizlənməlidir. Neftlə dolu çənlərdə çatların qay­naq edilməsinə və döyəclənməsinə yol verilmir.
2.5.4.15 Çənə baxışın keçirilməsi, nümunənin götürülməsi və mayenin səviyyəsinin ölçülməsi zamanı qığılcım əmələ gətirməyən alət və tərtibatlardan istifadə edilməlidir.
2.5.4.16 Tərkibində kükürd birləşmələri olan neft saxlanılan çənlərdə öz-özünə alışan pirofor birləşmələri-nin təsirindən partlayış və yanğınların baş verə bilməsinin qarşısını almaq üçün müvafiq təlimatın tələblərinə əməl olunmalıdır.
2.5.4.17 Neft çənlərinin ətrafındakı bəndlər daima saz vəziyyətdə saxlanılmalı və qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə cavab verməlidir.


2.5.5 Asan alışan mayelərin (AAM) və yanar mayelərin (YM)
vurulması üçün nasosxanalar
2.5.5.1 Neftvurma nasos stansiyalarının istimsmarı qüvvədə olan qayda və normaların tələblə-rinə əsasən aparılmalıdır.
2.5.5.2 Nasosxanalar aşağıdakı tələblərə cavab verməlidir:
- nasosxananın iki çıxışı olmalıdır;
- pəncərə və qapılar xaricə açılmalıdır;
- sorucu ventilyasiya sistemi olmalıdır;
- döşəmələr, divarlar odadavamlı materialdan olmalı və təmiz saxlanılmalıdır.
2.5.5.3 Nasosxanada açıq oddan istifadə etmək qadağandır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə