Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə17/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   13   14   15   16   17   18   19   20   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

2.5.4.1 Çənlər və çənlər parkının istismarı və təmiri qüvvədə olan müvafiq rəhbər sənədlərin tələblərinə uyğun aparılmalıdır. Çənlər parkı layihəyə uyğun xüsusi ayrılmış ərazidə yerləşdirilməlidir.

        1. Çən parkları stasionar və avtomatik yanğınsöndürmə qurğuları ilə təchiz olunmalıdır.

Neft məhsulları saxlanılan çənləri günəş şüalarından qorumaq üçün açıq rəngli boyalarla rəngləmək lazımdır.
2.5.4.3 Çən parkları ərazisinə avtonəqliyyat vasitələrinin daxil olmasına yalnız təmir işlərinin görülməsi zamanı icazə veri­lir. Hər bir halda təmir işlərinin görülməsi üçün icazə-buraxılış vərəqəsi baş mühəndis tərəfindən verilməlidir.
2.5.4.4 Sutkanın qaranlıq və gecə vaxtı çən parkları yerləşən ərazi, parkların xaricində quraşdırılmış çıraqlar və ya projektorlar vasitəsilə işıqlandırılmalıdır. Çən parkının içərisində partlayış mühafizəli nəzarət və avtomatika qurğuları, siyirtmələrin elektrik intiqalları və yerli işıqlandırma cizahları istisna olmaqla digər elektrik avadanlıqlarının quraşdırılması və elektrik kabel xəttlərinin çəkilməsi qadağandır. Hava elektrik ötürücü xəttləri çən parkından 100m-dən az olmayan məsafədən keçməlidir.
2.5.4.5 Çənlər parkında çənlər arasında boru xətləri elə quraşdırılmalıdır ki, qəza zamanı məhsulun bir çəndən digər çənə nasoslarla vurulma imkanı olsun. Çən parkında çənlər arasında boru xətləri elə quraşdırılmalıdır ki, qəza zamanı məhsulun çəndən çənə vurulması imkanı olsun.
2.5.4.6 Neft və neft məhsulları çənin daxilindəki maye qalığı səviyyəsindən aşağıya vurulmalı və beləlik-lə neftin sıçramasına və güclü qarışmasına yol verilməməlidir. Doldurucu boru ilə çənin dibi arasında məsafə 200 mm-ə qədər olmalıdır.
Boş çən neft məhsulları ilə doldurulan zaman səviyyə dol­durucu borunun ucuna çatana qədər, mayenin vurulma sürəti 1m/san-dən çox olmamalıdır.
2.5.4.7 Çən parklarının işçiləri istismar əməliyyatlarında və eləcə də qəza, yanğın baş verdikdə cəld və səhvə yol vermədən lazımi açıb-bağlama işlərini yeinə yetirmək üçün boru kəmərlərinin yerləşməsini və bütün siyirtmələrin təyinatını bilmə­li­­dir. Çən­lərə xid­mət edən operatorların otağında boru kəmərlərinin və siyirtmələrin yerləşmə texnoloji sxemi asılmalıdır.
2.5.4.8 Çənlərin istismarı vaxtı tənəffüs klapanlarının alışmanın qarşısını alan odkəsicilərinin saz vəziy-yətdə olmasına daima nəzarət edilməlidir. Odkəsicilərinin vəziyyətinə ayda 1 dəfədən az olmayaraq, havanın temperaturu 0°C-dən yuxarı olduqda isə ayda iki dəfədən az olmayaraq baxış keçirilməlidir. Baxışların nəticələri xüsusi jurnalda qeyd edilməlidir.
2.5.4.9 Qızdırılmış və ya isti hava şəraitində uzun müddət saxlanılan nefti çənə vurarkən, doldurma səviyyəsi neftin genişlənmə əmsalı nəzərə alınmaqla müəyyən edilməlidir. Çəndə soyuq neft məhsulunun həcmi çənin həcminin 95%-dən, mayeləşdirilmiş qazın isə 83%-dən artıq olmamalıdır.
2.5.4.10 Səviyyə ölçüldükdən, nümunə götürüldükdən sonra çənin damına tökülmüş neft dərhal təmizlənməli, çənin damı isə tam silinməlidir. Damın üzərində silgi materiallarının və müxtəlif əşyaların saxlanılması qadağandır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə