Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ


Boru kəmərləri (neft və qaz kəmərləri)



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə58/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   54   55   56   57   58   59   60   61   ...   244
Neft qaz yangin tehlukesizlik

Boru kəmərləri (neft və qaz kəmərləri) 
3.5.1.70 
Tutumları aparatlarla, qurğularla və tikililərlə birləşdirən boru kəmərlərinin hər xətti 
üçün üzərində xüsusi qeydiyyatı və bağlayici armaturlarının sira sayları göstərilən texnoloji 
sxem tərtib olunmalıdır. 
Xidməti heyət siyirtmələrin yerləşmə sxemini və təyinatını, həmçinin boru kəmərlərinin 
xidməti üzrə təlimatı bilməli, onları qəza və yanğın vaxtı səhvsiz və tez başqa istiqamətə 
keşirməyi bacarmalıdır. 
Müəssisənin baş mühəndisinin təsdiqlədiyi yeni sxem olmadan, işlək boru xətlərinin yerləşmə 
sxemində dəyişiklik aparılması qadağandır. 
3.5.1.71 
Neft və qaz kəmərlərinin üfürülməsi, möhkəmliyə və germetikliyə sınağı texniki 
təhlükəsizlik və yanğın təhlükəsizliyi tədbirləri nəzərə alınmaqla həyata keçirilməlidir. 
3.5.1.72 
Qaz kəmərlərinin qazla üfürülməsi və sınağı zamanı əhatəyə alınmış sahədə 
mühərriki işləyən avtomobil və traktorların olması, açıq alovdan istifadə edilməsi və siqaretin 
çəkilməsi qadağandır. 
3.5.1.73 
Dəmir və avtomobil yolları yaxınlığındakı qaz kəməri zədələndikdə, qəza sahəsi 
çəpərlənməli, xəbərdaredici işarələr qoyulmalı, burada nəqliyyatın hərəkəti dayandırılmalı və 
qəzanı aradan qaldırmaq üçün tədbirlər görülməlidir. Xəbərdaredici işarələr qaz kəmərinin 
zədələnən yerindən şosse yolunun hər iki tərəfində 800 m-dən az olmayan məsafədə 
qurulmalıdırş. 
Bu barədə dəmir yol xidmətinə dərhal xəbər verilməlidir. 
3.5.1.74 
Boru kəmərlərinin siyirtmələri, ventilləri, kranları və digər bağlayıcı qurğuları saz 
vəziyyətdə olmalı və əlçatan yerdə quraşdırılmalıdır ki, boru xətlərinin ayrı-ayrı sahələrinə daxil 
olan neft və qazın tam kəsilməsini təmin edə bilsin. Boru kəmərlərinin bağlayıcı qurğularında 
hər cür nasazlıq dərhal aradan qaldırılmalıdır. 
3.5.1.75 
Qaz kəmərləri birləşmələri yalnız qaynaq yolu ilə aparılmalıdır. Yivli flans birləşmə-
lərinə yalnız kəsici qurğu, kondensatorlar, NÖC və digər armaturların quraşdırıldığı yerlərdə 
icazə verilir. 
Neft və neft məhsulları boru kəmərlərinin birləşməsi qaynaq, mufta və maye keçirməyən
araqatlı flansların tətbiqi ilə olmalıdır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə