darlığının yüksəldilməsi, kənd təsərrüfatı işlərinin normaları,
onlann qiymətləri, əsas və əlavə əmək haqlan verilməsi
qaydalan və digər vacib məsələlərin tədqiqi ilə intensiv
məşğul olmuşdur.
1955-1956-cı illərdə A.K.Ələsgərov SSRİ EA-nın
İqtisadiyyat İnstitutunda ölkənin ən məşhur nəzəriyyəçi və
aqrarçı alimləri ilə birlikdə ilk dəfə iqtisadiyyat elmində
kolxozlarda maya dəyəri kateqoriyasmm obyektiv olaraq,
zəruriliyini və hesablanması üsulunun işlənməsinin müm-
künlüyünü isbat etmişdir. O, 1957-ci ildə nəşr etdirdiyi
"Kolxozlarda pambığm və taxılm maya dəyərinin hesab-
lanması məsələləri" əsərində maya dəyərinin hesablan-
masının elmi baxımdan iqtisadi əsasını və prinsiplərini
göstərmişdir. Sonra problemin ən ağır və mürəkkəb məsələsi
olan əmək haqqı xərclərinin müəyyənləşdirilməsi üçün əmək
günlərinin
sistemlə
dəqiq
hesablanması
və
onlann
qiymətləndirilməsini işləmişdir. M üəllif problemin həllinə
nail olmaq üçün istehlak edilmiş istehsal vasitələrinə çəkilən
xərcləri müəyyənləşdirmək məqsədilə təsərrüfatm özünün
istehsal etdiyi məhsullardan sərf edilən hissənin qiymət-
ləndirilməsi üsulunu tədqiq edərək, maşm-traktor stansiya-
lannın gördüyü işlər üçün sərf edilən xərcləri aydmlaşdırmış,
toxum, iş heyvanlarına yem xərcləri, pul məsrəfləri,
amortizasiya
fondunun
hesablanması
və
yaradılması
yollarmı göstərməklə yanaşı, təsərrüfatlarda başa çatdınlmış
istehsalı müəyyənləşdirdikdən sonra kolxozlarda maya
dəyərinin hesablanması metodikasının respublikada ilk dəfə
işlənməsini başa çatdıraraq, bu vacib iqtisadi kateqoriyanm
(göstəricinin) tərkibi və kalkulyasiyasım vermişdir.
44
1960-cı ildə onun "Kolxozlarda pambığın maya dəyə-
rinin aşağı salmması yolları", 1963-cü ildə "Kənd təsərrüfatı
məhsullarınm maya dəyəri və onun aşağı salmması yolları"
və başqa kitablan nəşr edilmişdir.
A.K.Ələsgərov respublikada ilk dəfə kolxozlarda istehsal
vahidlərinə (briqadalarda, fermalarda, yardımçı müəssisələr-
də və digər təsərrüfat bölmələrində) daxili təsərrüfat
hesabınm tətbiqi üçün göstərilən sahədə tədqiqat işləri apanr
və bir sıra elmi əsərlər çap etdirir. Onlardan "Kolxozlarda
təsərrüfat hesabının tətbiq edilməsi və maddi maraq
prinsipinin bəzi məsələləri", "Azərbaycan SSR kolxozlarmda
daxili təsərrüfat hesabına dair nümunəvi əsasnamə və onun
tətbiq edilməsi üzrə metodiki göstərişlər" və başqalannı
göstərmək olar.
Müəllif müəssisədaxili təsərrüfat hesabınm konkret
vəzifələrini müəyyənləşdirmiş, təsərrüfat hesablı bölmələrin
tərkibini vermiş, təsərrüfat hesablı istehsal vahidlərinin
qarşılıqlı münasibət qaydaları və kolxozun idarə heyəti ilə
onlann əlaqəsi, məhsul çıxımınm artırılması üzrə əsas
təşkilat-texniki tədbirlər planınm tərtibi qaydalarmı və
istehsalat vahidlərinə məsariflərin limitinə dair təsərrüfat
hesabı tapşırıqlarmm verilməsi metodikasmı işləmişdir.
İstehsal vahidlərində daxili təsərrüfat hesabının konkret
olaraq tədqiq edilməsinin tam təmin edilməsi məqsədilə
A.K.Ələsgərov respublikanm bir sıra aqrar sahədə çalışan
alimləri ilə birlikdə "Azərbaycan SSR kolxozlarmda əsas
kənd
təsərrüfatı
işlərinin təxmini
normaları,
onların
qiymətləri, əsas və əlavə əmək haqqı verilməsi qaydaları"nı
işləyib təsərrüfatlarda tətbiq etmişlər. (Bu əsər Azərbaycan
45
KP MK-nın kənd təsərrüfatı istehsalına rəhbərlik üzrə
bürosunun 1963-cü il fevralın 25-də keçirilmiş iclasmda
bəyənilmiş və 1963-cü ildən tətbiq olunması kolxozlara
tövsiyə edilmişdir).
Müəllifın bu problemə həsr etmiş olduğu "Kolxozlarda
təsərrüfat hesabmm tətbiq edilməsi və maddi maraq
prinsipinin bəzi məsələləri" adlı digər kitabında isə prob-
lemin elmi tərəfləri ətraflı açıqlanmışdır. A.K.Ələsgərovun
60-70-ci illərdə diqqətini cəlb edən məsələlərdən biri də
respublikamızda
pambıqçılığın
iqtisadi
səmərəliliyinin
yüksəldilməsi idi. Belə ki, "Azərbaycan SSR-də pambığın
tədarük qiymətinin yaxşılaşdınlması məsələləri" adlı elmi
əsaslandmlmış tövsiyə 1962-ci ildə Azərbaycan KP MK və
Nazirlər Sovetinə təqdim edilmişdir. Həmin il Daşkənd
şəhərində pambığın dövlət tədarükü qiymətlərinə həsr
edilmiş Ümumittifaq müşavirəsində bu məsələ müəllif
tərəfmdən yenidən əsaslandınlmış və SSRİ hökuməti
tərəfındən nəzərə alınmışdır. 1963-cü ildə ilk dəfə respub-
likada nəşr edilmiş "Azərbaycan SSR-in pambıqçılıq
təsərrüfatlarmda əmək məhsuldarlığı və onun yüksəldilməsi
yolları"na həsr edilmiş kollektiv monoqrafıyada "Canlı və
əşyalaşmış əməyə qənaət və əmək məhsuldarlığı" adlı
mürəkkəb fəsildə istehsal xərclərinin formalaşmasının
anatomiyasını tədqiq edərək, ayn-ayrı maddələr üzrə zəruri
proporsiyaları göstərməklə onların səmərəli aşağı salınması
yolları və bu prosesin əmək məhsuldarlığınm yüksəldil-
məsinə təsiri səviyyəsinin mexanizmi verilmişdir.
1965-ci ildə Azərbaycanda A.Ə.Ələsgərovun iştirakı ilə
ilk dəfə müəlliflər kollektivi tərəfmdən "Kolxoz və sovxoz
46
iqtisadçısının məlumat kitabı"nm nəşr edilməsi mühüm
əhəmiyyət kəsb etmişdir.
İqtisadi biliyin və qabaqcıl təcrübənin yayılması üçün
A.K.Ələsgərov Azərbaycanm görkəmli iqtisadçı alimləri ilə
birlikdə bir sıra mühüm əhəmiyyətə malik əsərlər hazırlayıb
nəşr etdirmişdir. Bunlann arasmda "İqtisadi bilik sosialist
təsərrüfatçılığmda mühüm vasitədir", "Qabaqcıl təcrübə bol və
ucuz məhsulun mənbəyidir" və başqalannı göstərmək olar.
"Azərbaycan
SSR
iqtisadiyyatmm
çiçəklənməsi"
monoqrafıyasında kənd təsərrüfatı bölməsini işləyərək,
müəllif ən vacib sahədə baş vermiş müsbət kəmiyyət və
keyfıyyət dəyişikliklərinin dinamikasını kompleks təhlil
edərək göstərməklə yanaşı, həll edilməsinə çox böyük
ehtiyac olan təxirəsalınmaz problemlərə də diqqəti cəlb edir.
Həmin illərdə məsələlərin bu formada qoyulmasına rəhbərlik
tərəfındən heç də müsbət münasibət bəslənilmədiyi bir
şəraitdə A.K.Ələsgərov obyektivliyi ön plana çəkir.
Onun elmi rəhbərliyi və bilavasitə iştirakı ilə çap edilmiş
"Müasir dövrdə Azərbaycan sovet kəndində ictimai-iqtisadi
irəliləmələr" monoqrafıyası respublikada bu problem üzrə ilk
əsər idi. Əsərdə şəhərlə kənd arasındakı əkslik və fərqlərin
mahiyyəti, onların aradan qaldırılması yolları tədqiq
edilmişdir.
"Kənd təsərrüfatı istehsalının səmərəli ixtisaslaşdırılması
məsələləri", "Azərbaycan SSR-nin Qərb zonasında kənd
təsərrüfatının ixtisaslaşdınlması" və 1969-cu ildə nəşr
edilmiş "Kənd təsərrüfatının ixtisaslaşması və onun iqtisadi
effektivliyi" əsərlərində bu problemin metodoloji, metodik
və konkret məsələlərini kompleks işləmişdir.
47
Dostları ilə paylaş: |