Muradov Şahbaz Musa oğlu
Şahbaz Musa oğlu Muradov 10
avqust
1940-cı
ildə
Azərbaycan
Respublikasmm
Laçın
rayonunun
Xumarta kəndində anadan olmuşdur.
1953-cü
ildə Köhnəkənd
7
illik
məktəbini bitirdikdən sonra, təhsilini
Bakı Kooperativ texnikumunda davam etdirmiş və 1956-cı
ildə həmin texnikumunu fərqlənmə diplomu ilə bitirərək
Azərittifaq idarə heyətinin qərarı ilə K.Marks adına
Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna göndəril-
mişdir. O, bu təhsil ocağma da imtahansız qəbul edilən
Şahbaz Muradov
1959-cu ildə həmin institut ləğv
edildiyindən Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat
fakültəsində təhsilini davam etdirmişdir.
O, Bakı Kooperativ Texnikumunda təhsil aldığı vaxtdan
«siyasi iqtisad» elminə böyük maraq göstərən Şahbaz
Muradov hələ Azərbaycan
Dövlət Xalq
Təsərrüfatı
İnstitutunun 1-ci kursunda oxuyarkən İnstitutun tələbə elmi
cəmiyyətinin üzvü olmuş, Azərbaycan Dövlət Universite-
tinin 3-cü kursunda oxuduğu vaxtda isə Universitetin «siyasi
iqtisad» kafedrasınm müdiri,
məşhur iqtisadçı
alim,
professor Həsən Dadaşovla yaxından tanış olmuş və onun
bilavasitə rəhbərliyi və köməkliyi ilə K.Marksm «Kapital»
əsərini dərindən öyrənməyə və onu mənimsəməyə nail
olmuşdur. Şahbaz Muradovun «siyasi iqtisad» elminə böyük
maraq göstərməsini müsbət qiymətləndirən prof. Həsən
Dadaşov onun bu elmin sirlərinə dərindən yiyələnməsinə
52
köməklik göstərmək məqsədilə o zaman «siyasi iqtisad»
kafedrasmm ən yaxşı siyasi-iqtisad müəllimlərindən hesab
edilən Fəsli Əmikişiyevə və Həbib Şirinova Şahbaz
Muradovla məşğul olmaq və hər ayın sonunda bu barədə ona
məlumat vermələrini xahiş etmiş və eyni zamanda Şahbaz
Muradovu həmin vaxt «siyasi iqtisad» kafedrasmın nəzdində
yaradılmış «siyasi iqtisad» dəməyinə rəhbər təyin etmişdir.
Şahbaz Muradov 1959-1961-ci illərdə həmin dəməyə
rəhbərlik etmiş və Universitetin iqtisadiyyat, tarix və hüquq
fakültələrində oxuyan ən yaxşı tələbələri bu dəməyin işinə
fəal iştirak etməyə cəlb etmişdir. Heç, şübhəsiz ki, bütün
bunlar Şahbazm gələcəkdə yaxşı bir iqtisadçı alim kimi
yetişməsində az rol
oynamamışdır. Təsadüfı deyildir ki,
Şahbaz Muradov 1961-ci ildə Azərbaycan Dövlət Universi-
tetinin İqtisadiyyat fakültəsini əla qiymətlər və Fərqlənmə
diplomu ilə bitirdikdən sonra prof. Həsən Dadaşovun
təşəbbüsü və bilavasitə köməkliyi ilə elmi işə olan sonsuz
həvəsi və marağı nəzərə almaraq Azərbaycan Elmlər
Akademiyasınm İqtisadiyyat İnstitutunda elmi işə göndə-
rilmiş və indiyədək burada çalışır. Şahbaz Muradov öz
taleyini həmişəlik olaraq Azərbaycanın elm məbədgahı
sayılan Elmlər Akademiyası ilə və onun aparıcı elmi
mərkəzlərindən biri olan İqtisadiyyat İnstitutu ilə bağlamış-
dır. Nəzərə alsaq ki, İqtisadiyyat İnstitutu 1945-ci ildən
Azərbaycan Elmlər Akademiyasında fəaliyyət göstərmiş
İqtisadiyyat sektorunun bazası əsasında 1958-ci il aprel
ayının 14-də yaradılmış və Şahbaz Muradov cəmi iki il üç ay
sonra, 1961-ci il iyul ayının 16-dan burada işləyir.
53
Öz
taleyini
Azərbaycanın
elm
məbədgahı
olan
Azərbaycan Elmlər Akademiyası və onun İqtisadiyyat
İnstitutu ilə bağlayan Şahbaz Muradov bütün şüurlu həyatını
bu İnstitutun divarlan arasmda böyük elmi yaradıcılıqla,
yüksək ixtisaslı elmi kadrlar hazırlamaqla məşğul olmağa, öz
xalqına, vətəninə ləyaqətlə xidmət etməyə həsr etmiş,
yüzlərlə elmi əsərlər yazmağa, onlarca elmlər doktorlan və
elmlər namizədləri hazırlamağa nail olmuşdur.
Prof. Ş.M.Muradov İqtisadiyyat İnstitutunun ilk əmək-
daşlarından biri olaraq onun qabaqcıl elm mərkəzi kimi
formalaşması və inkişafında, habelə keçmiş SSRİ-də və
dünyanm bir çox ölkələrində tanmmasında böyük əməyi və
əvəzolunmaz xidmətləri vardır.
Prof. Ş.M.Muradov keçmiş SSRİ məkanmda iqtisad elmi
sahəsində ən gənc yaşmda doktorluq dissertasiyası müdafıə
etmiş 3-4 nəfərdən və Azərbaycanda iqtisad elmləri doktoru
alimlik dərəcəsi almış ilk 10-12 nəfərdən biri olaraq, çox
gənc ikən öz elmi məktəbini yaratmış istedadlı alimlər
nəslinə mənsub olan görkəmli iqtisadçı alimdir. Onun
rəhbərliyi və bilavasitə köməkliyi ilə 70 nəfərdən çox
namizədlik, 15 nəfərdən çox isə doktorluq dissertasiyası işi
yazılıb müdafıə edilmişdir.
O, Azərbaycanda, MDB ölkələrində və başqa xarici
dövlətlərdə yaşayan 35 nəfərdən çox adamın namizədlik və
doktorluq dissertasiya işlərinə rəsmi opponentlik
etmiş,
onlarla fundamental tədqiqat əsərlərinin, monoqrafıya və
kitablann, dərsliklərin iqtisadiyyat üzrə terminlər lüğətlərinin
elmi redaktoru və rəyçisi olmuşdur. Onun apardığı başlıca
tədqiqat işlərinin nəticələri 700 çap vərəqi həcmindən çox
54
'
^
\
olan 300-dən artıq nəşr edilmiş monoqrafıya, kitab, dərslik
və jumal məqalələrində öz əksini tapmışdır. Bu əsərlərin 30-
u iri həcmli monoqrafiya, kitab və dərs vəsaitlərindən
ibarətdir. Bu monoqrafıyalar arasında “Azərbaycan Kənd
təsərrüfatında qadm əməyi və ondan səmərəli istifadə
edilməsi məsələləri” Azərbaycan SSR Elmlər Akademiya-
sınm nəşriyyatı. Bakı, 1969, (227 səh.); “Azərbaycan SSR-
də
əmək
ehtiyatlanndan
istifadənin
ictimai-iqtisadi
problemləri”; Bakı, “Elm”, 1978. (309 səh.); Azərbaycan
SSR-də qadın əmək ehtiyatlanndan istifadənin ictimai-
iqtisadi problemləri” Bakı, “Elm” 1974-cü il (190 səh.);
“Azərbaycan SSR də kəndin ictimai-iqtisadi və demoqrafık
inkişaf məsələləri” Bakı, “Elm”, 1978, (F.Abbasovla şərikli),
195 səh.; “Müasir mərhələdə demoqrafıya siyasəti”. Bakı,
“Elm” 1986. (F.Abbasovla birlikdə). 180 səh.; «Pa3BHraa
əkohomhkh coBeTCKoro A3ep6aiiA»caHa Ha coBpeMeHHOM
3Tane»
(Kollektiv). Bakı, “Elm” 1980 kollektiv, (299 səh.);
“Azərbaycan SSR-nin əmək ehtiyatlan (nəzəri-metodoloji və
sosial-iqtisadi aspektlər). Bakı, “Elm” 1987-ci il (258 səh.);
“Azərbaycan iqtisadiyyatı (xarici yaşayan Azərbaycanlılar
üçün)” kollektiv, Bakı, “Elm” 2003-cü il, (341 səh.); “İnsan
potensialı: əsas meyllər, reallıqlar, problemlər”. Bakı, “Elm”
2004,
(656
səh.);
«rjıo6anH3anHa
aeMorpa(|)HHecKoe
pa3BHrae
b
A3ep6aH,zpKaHe». Bakı, “Elm” 2007. 259 səh.
(A.Gözəlova və R.Efendiyevlə birlikdə); “Azərbaycan
Respublikası əhalisinin dinamikası və quruluşu: əsas
demoqrafık və etno-demoqrafık dəyişikliklər (1897-2007-ci
illər); (azərbaycan, ingilis və rus dillərində) Bakı, “Elm”
2008.
(235
səh.)
və
sair
göstərmək
olar.
Prof.
55
Dostları ilə paylaş: |