Azərbaycan respublikasi kənd тəSƏRRÜfaтi naziRLİYİ



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə23/35
tarix01.07.2018
ölçüsü2,06 Mb.
#53011
1   ...   19   20   21   22   23   24   25   26   ...   35

 
89
 
 
 


 
90
 
 
toplamaq  üçün  ayrılmış  həna  plantasiyalarının  hər  hektardan 
orta hesabla 14,8 sen. yaş, 3,0 sen. quru çiçək toplamaq olur. 
Тədqiqatlarımızın  nəticələrindən  məlum  oldu  ki,  həna 
plantasiyalarında  yarpaq  məhsulunu  artırmaq  məqsədi  ilə 
bitkilərin kütləvi qonçələməsi və 50 % -nin çiçəkləməsi zamanı 
meyvə orqanlarının qoparılması ən yaxşı və əlverişli üsullardan 
biridir. 
 
4. 9.  Qida sahəsi və bitki sıxlığının həna bitkisinin toxum 
məhsuldarlığına təsiri 
 
Тoxumları  ilə  çoxalan  bitkilərin  toxum  məhsuldarlığının 
təyin 
edilməsi 
vacib 
məsələlərdən 
biridir. 
Тoxum 
məhsuldarlığına bitkilərin becərildiyi torpaq iiqlim şəraitinin və 
hər  bitkiyə  verilən  qida  sahəsinin  də  təsiri  vardır.  Məhz  bu 
təsirləri  öyrənmək  üçün  üzərində  tədqiqat  apardığımız  həna 
bitkiləri müxtəlif qida sahələrində əkilib becərilmişdir. 
Şirvan bölgəsində 60 x 40 sm qida sahəsində əkilmiş həna 
bitkilərindən  (I  yarusdan)  orta  hesabla  5,37  s/ha,  60  x  30  sm 
qida  sahəsində  əkilmiş  bitkilərdən  6,41  s/ha,  60  x  20  sm  qida 
sahəsində əkilmiş bitkilərdən 8,7 s/ha, 60 x 10 sm qida sahəsi 
verilmiş bitkilərdən isə 4,49 s/ha toxum əldə edilmişdir (cədvəl 
4. 12). 
Gəncə  -    Qazax  bölgəsində  isə  nəzarət  variantından  (60  x 
40 sm) orta hesabla 4,31 s/ha, 60 x 30 sm qida sahəsi verilmiş 
həna  bitkilərindən  5,20  s/ha  60  x  20  sm  qida  sahəsi  verilmiş 
bitkilərdən  7,48  s/ha,  60  x  10  sm  qida  sahəsində  becərilən 
bitkilərdən isə 4,44 s/ha toxum məhsulu götürülmüşdür (cədvəl 
4. 12). 
Cədvəldən  göründüyü  kimi  ən  yüksək  toxum  məhsulu  (I 
yarusdan)  hər  iki  bölgədə  60  x  20  sm  qida  sahəsi  verilmiş 
bitkilərdən  alınmışdır.  Lakin  bu  variantda  Şirvan  bölgəsində 
Gəncə  -  Qazax  bölgəsinə  nisbətən  1,26  s/ha  artıq  toxum 


 
91
 
 
məhsulu  alınmışdır.  Bu  variantın  məhsuldarlığı  nəzarətə 
nisbətən Şirvan bölgəsində 3,37 s/ha, Gəncə -Qazax bölgəsində 
isə  3,17  s/ha  artıq  olmuşdur.  Ümumiyyətlə  bütün  variantlar 
üzrə  həna  bitkisinin  toxum  məhsuldarlığı  Şirvan  bölgəsində 
Gəncə -  Qazax bölgəsinə nisbətən üstünlük təşkil edir. 
Qeyd etmək lazımdır ki, Şirvan bölgəsinin iqlimi Gəncə -  
Qazax  bölgəsinə  nisbətən  quru  və  isti  olduğundan  bu  bölgədə 
həna bitkisinin I yarusundakı toxumlar daha yaxşı yetişirlər. 
      
 Cədvəl 4. 12 
Qida sahəsinin həna bitkisinin toxum məhsuldarlığına təsiri, 
s/ha- la 
 
Тədqiqat 
aparılan 
bölgələr 
Qida 
sahəsi 
             İ      l      l         ə           r 
1991 
1 992 
1993 
Orta 
 
Şirvan 
60x40 
nəzarət 
60x30 
60x20 
60x10 
 
4,92 
5,91 
7,96 
4,72 
 
5,53 
6,12 
8,54 
4,85 
 
5,67 
7,21 
9,73 
5,21 
 
5,37 
6,41 
8,74 
4,92 
Gəncə -  
Qazax 
60x40 
nəzarət 
60x30 
60x20 
60x10 
 
4,12 
4,93 
7,54 
4,42 
 
4,18 
5,53 
7,72 
3,97 
 
4,65 
5,15 
7,19 
4,95 
 
4,31 
5,20 
7,48 
4,44 
%
12
,
4
23
,
0
1
,
0
07
,
0
0 5
0 5




HCP
s
HCP
s
S
s
S
d
x
              
%
9
,
3
27
,
0
12
,
0
08
,
0
0 5
0 5




HCP
s
HCP
s
S
s
S
d
x
                     
 
 Buna görə də Gəncə -  Qazax bölgəsində becərilən həna 
bitkilərinə nisbətən daha artıq və keyfiyyətli toxum məhsulu 
əldə olunur (35). 


 
92
 
 
V FƏSİL. HƏNA POPULYASİYASINDA BAŞ 
VERƏN FENOTİPİK NÖVDAXİLİ  DƏYİŞKƏNLİK 
  
 
 Respublikamızda  kənd  təsərrüfatı    sahələrini  gələcəkdə  
daha  da  inkişaf  etdirmək,  üçün    yüksək  məhsuldar  bitkilərin 
yaradılması və  becərilməsi işində  səmərəli  üsul və  vasitələrin  
axtarılıb  tapılması    gündəlikdə    duran  əsas    və    vacib 
məsələlərdən biridir.  
Növdaxili  dəyişkənliyin  öyrənilməsi  lüzumu  da  bu 
baxımdan  təqdirəlayiqdir.  Hələ  vaxtilə    N.  İ.  Vavilov  yazırdı 
«Növ  anlayışı  bitkiləri    asanlıqla  tanımaq  üçün  deyil  həm  də  
təkamül  prosesinin  mahiyyətini  dərk etmək üçün  lazımdır». 
Dəyişkənlik haqqında təsəvvür xüsusilə seleksiya işlərində 
lazımdır.  Növ  əlamətlərinin  dəyişkənliyinin  tədqiqatının  elmi 
mənbəyi  ondan  ibarətdir  ki,  bunun  köməyi  ilə  biz  təkamülün  
qanunauyğunluqları ilə tanış ola bilirik.  
Növdaxili  dəyişkənliyin  öyrənməsinin  praktiki  əhəmiyyəti 
isə    ondan  ibarətdir  ki,  əlverişli  populyasiyaların  eləcə  də  
xüsusi  bitkilərin  seçilməsi  və    çoxaldılaq  üçün    tövsiyə 
edilməsinə imkan yaranır ki, bu da kənd təsərrüfatı bitkilərinin  
məhsuldarlığının artırılması problemini həll  etməyə  müəyyən 
dərəcədə  köməklik göstərir.  
Başqa k/t bitkilərində  olduğu kimi həna populyasiyalarında 
da  növdaxili    dəyişkənlik  məsələsi  həm  elmi  cəhətdən  həmdə 
ki,  praktiki  cəhətdən  böyük  əhəmiyyətə  malikdir.  Həna 
populyasiyalarında  növdaxili  dəyişkənliyin    öyrənilməsi 
məsələsi  həm  də  ona  görə  qiymətlidir    ki,  bu    məsələ 
qarşımızda  duran  planlı surətdə öyrənilməsi ilk dəfə  nəzərdə 
tutulan, vacib bir  elmi-tədqiqat işidir.  
Ç. Darvinə  görə hər hansı bir mədəni bitki növü becərildiyi 
şəraitdə  müəyyən  növ  müxtəlifliyinə  malikdir.  Hər  hansı    bir 
növ  müxtəlifliyi    başlamaqda  olan    növdür,  növ  isə 
qurtarmaqda  olan  növ  müxtəlifliyidir.  Növlər    hazır  şəkildə 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə