86
kütlə məhsuldarlığı 15. X ayda aparılan II biçinə nisbətən
variantlar üzrə orta hesabla 20,9 - 30,8 s/ha, quru yarpaq
məhsuldarlığı isə müvafiq olaraq 4,3 - 5,9 s/ha azalır. Ona görə
də, həna bitkisinin hər iki bölgədə əlverişli biçin vaxtı I biçinin
avqustun əvvəllərində (kütləvi çiçəkləmə vaxtı), II biçinin isə
oktyabrın ortalarında aparılması hesab olunmalıdır. I biçini
avqustun 20-də apardıqda həna bitkisinin biçindən sonrakı
inkişafı tam başa çata bilmir. Bu da məhsuldarlığın kəskin
azalmasına səbəb olur.
Тədqiqatlarımızdan məlum oldu ki, həna bitkisinin
məhsuldarlığı qida sahəsi və biçin vaxtı üzrə fərqləndiyi kimi,
becərildiyi torpaq - iqlim şəraitindən asılı olaraq da dəyişir.
Belə ki, I biçini avqustun 2 - də, II biçini isə oktyabrın 15 - də
apardıqda həna bitkisinin yaş kütlə məhsuldarlığı Gəncə -
Qazax bölgəsində Şirvan bölgəsinə nisbətən variantlar üzrə orta
hesabla 3,4 - 10,7 s/ha, quru yarpaq məhsuldarlığı isə müvafiq
olaraq 1,0 - 2,2 s/ha artıq olmuşdur. I biçini 20. VIII ayda, II
biçini 25. X ayda apardıqda da həna bitkisinin iki biçində cəmi
yaş kütlə məhsuldarlığı Gəncə - Qazax bölgəsində Şirvan
bölgəsinə nisbətən variantlar üzrə orta hesabla 11, - 19,5 s/ha,
quru yarpaq məhsuldarlığı isə müvafiq olaraq 2,3 - 4,1 s/ha
artıq olmuşdur.
Həna bitkisinin vegetasiya müddətində ancaq bir dəfə --
vegetasiyanın sonunda (25. X ay) biçilməsi məhsuldarlığın 36 -
63% azalmasına səbəb olur. Belə ki, iki biçində (I biçin 2. VIII,
II biçin 15. X ayda) həna bitkisindən Şirvan bölgəsində
variantlar üzrə 7,3 - 10,8 s/ha quru yarpaq məhsulu əldə
olunduğu halda vegetasiyanın sonunda bir dəfə biçin
aparılarkən müvafiq olaraq 3,5 - 3,9 s/ha quru yarpaq məhsulu
əldə olunmuş dur.
Gəncə - Qazax bölgəsində həna bitkisində variantlar üzrə
orta hesabla 8,3 - 13,0 s/ha quru yarpaq məhsulu alındığı halda
vegetasiyanın sonunda bir dəfə biçin apararkən müvafiq olaraq
5,3 - 6,8 s/ha quru yarpaq məhsulu alınmışdır (cədvəl 4. 10).
87
Buna görə də həna bitkisinin məhsuldarlığının yüksəldilməsi
üçün vegetasiya müddətində iki dəfə biçilməsi daha məqsədə-
uyğundur.
Müxtəlif şərait və becərmə aqrotexnikasının həna
bitkilərinin yarpaq məhsuldarlığına təsirinin öyrənilməsindən
belə nəticəyə gəlirik ki, həna bitkiləri Gəncə - Qazax
bölgəsində Şirvan bölgəsinə nisbətən daha yaxşı inkişaf edib
artıq məhsul verirlər.
Həna bitkisindən daha yüksək yarpaq məhsulu əldə etmək
üçün hər iki bölgədə optimal qida sahəsi 60 x 20 sm hesab
olunur.
Vegetasiya ərzində həna bitkilərinin iki dəfə biçilməsi
məhsuldarlığın bir dəfə biçilən bitkilərə nisbətən 1,5 - 2,5 dəfə
yüksəlməsinə səbəb olur. Həna bitkisi üzrə optimal biçin
vaxtları, hər iki bölgədə I biçinin avqustun 2-də, II biçinin isə
oktyabrın 15-də aparılmasıdır.
Hesablamalarımız göstərir ki, Şirvan bölgəsində biçilmiş
həna bitkiləri yaş kütləsinin 18 -19 % -i, Gəncə - Qazax bölgə-
sində isə 15-20 % - i qədər quru yarpaq çıxımı verir.
4. 8. Meyvə orqanlarının qoparılmasının həna
bitkisinin yarpaq məhsuldarlığına təsiri
Bir sıra kənd təsərrüfatı bitkiləri kimi böyük iqtisadi
əhəmiyyətə malik olan həna bitkisindən alınan yarpaq
məhsuldarlığı bu günkü tələbatı ödəmir. Məhz ona görə də
onun əkin sahəsi genişləndirilməklə bərabər müxtəlif üsullarla
məhsuldarlığını artırmaq günün vacib məsələlərindəndir. 1991-
1993 - cü illərdə apardığımız tədqiqatlar göstərdi ki, yarpaq
məhsulu əldə etmək üçün becərilən həna plantasiyalarında
məhsuldarlığı artırmağın müxtəlif üsullardan istifadə etmək
mümkündür. Belə üsullardan biri bitkilərin kütləvi qönçələməsi
və 50 %-nin çiçəkləməsi zamanı meyvə orqanlarının (qönçə və
88
çiçəklərin) qoparılmasıdır. Qönçə və çiçəklər qoparıldıqdan
sonra bitkilərə əlavə yemləmə gübrəsinin verilməsi vegetativ
orqanların daha intensiv inkişafına səbəb olur (124).
Həna bitkisindən qönçə və çiçəklərin qoparılmasının
yarpaq məhsuldarlığına təsirini öyrənmək məqsədi ilə Şirvan və
Gəncə - şəraitində 60 x 20 sm qida sahəsində becərilən
bitkilərin kütləvi qönçələməsi zamanı iyul- avqust aylarında
qönçə və çiçəkləri qoparılmışdır. Eyni ilə nəzarət variantında
bitkilərin qönçə və çiçəklərinə toxunulmamışdır. Müşahidə-
lərimiz göstərdi ki, meyvə orqanları qoparılmış bitkilər
hündürlüyünə, yarpaqlarının ölçüsünə və s. xüsusiyyətlərinə
görə nəzarət variantındakı bitkilərdən xeyli fərqlənir. Qönçə və
çiçəkləri qoparılmış bitkilərin hündürlüyü (90,2 - 95,4 sm)
nəzarət variantındakı bitkilərin hündürlüyündən (65 - 75 sm) 15
- 30 sm-ə qədər artıq olur.
Meyvə
orqanlarının qoparılmasının həna bitkisinin
məhsuldarlığına təsirinin öyrənilməsinə dair apardığımız tədqi-
qatların nəticələri cədvəl 4.11-də verilmişdir.
Cədvəldən görünür ki, meyvə orqanları qoparılmadıqda
həna bitkisinin bölgələrdən asılı olaraq yaş kütlə məhsuldarlığı
orta hesabla 45,89 - 48,62 s/ha quru yarpaq məhsuldarlığı isə
8,95 - 9,98 s/ha arasında olduğu halda, meyvə orqanları
qoparıldıqda müvafiq olaraq 57,63 - 64,85 s/ha və 11,0 - 13,1
s/ha arasında olmuşdur.
Müşahidələrimiz göstərdi ki, həna bitkisinin qönçələrinin
və çiçəklərinin qoparılması bitkinin sürətlə böyüməsinə, eyni
zamanda məhsuldarlığının artmasına təsir göstərir. Belə ki,
meyvə orqanları (qönçə və çiçəklər) qoparıldıqda həna
bitkisinin quru yarpaq məhsuldarlığı nəzarət variantına nisbətən
Şirvanda 2,05 s/ha Gəncə - Qazax bölgəsində isə 3,12 s/ha artıq
olmuşdur.
Həna bitkisindən yığılmış çiçəklərdən müxtəlif efir
yağlarının alınmasında istifadə oluna bilər. Belə ki, yaşıl kütlə
Dostları ilə paylaş: |