Azərbaycan respublikasi kənd тəSƏRRÜfaтi naziRLİYİ



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə22/35
tarix01.07.2018
ölçüsü2,06 Mb.
#53011
1   ...   18   19   20   21   22   23   24   25   ...   35

 
86
 
 
kütlə  məhsuldarlığı  15.  X  ayda  aparılan  II  biçinə  nisbətən 
variantlar  üzrə  orta  hesabla  20,9  -  30,8  s/ha,  quru  yarpaq 
məhsuldarlığı isə müvafiq olaraq 4,3 - 5,9 s/ha azalır. Ona görə 
də, həna bitkisinin hər iki bölgədə əlverişli biçin vaxtı I biçinin 
avqustun  əvvəllərində  (kütləvi  çiçəkləmə  vaxtı),  II  biçinin  isə 
oktyabrın  ortalarında  aparılması  hesab  olunmalıdır.  I  biçini 
avqustun  20-də  apardıqda  həna  bitkisinin  biçindən  sonrakı 
inkişafı  tam  başa  çata  bilmir.  Bu  da  məhsuldarlığın  kəskin 
azalmasına səbəb olur. 
Тədqiqatlarımızdan  məlum  oldu  ki,  həna  bitkisinin 
məhsuldarlığı qida sahəsi və biçin vaxtı üzrə fərqləndiyi kimi, 
becərildiyi  torpaq  -  iqlim  şəraitindən  asılı  olaraq  da  dəyişir. 
Belə ki, I biçini avqustun 2 - də, II biçini isə oktyabrın 15 - də 
apardıqda  həna  bitkisinin  yaş  kütlə  məhsuldarlığı  Gəncə  -  
Qazax bölgəsində Şirvan bölgəsinə nisbətən variantlar üzrə orta 
hesabla 3,4 - 10,7 s/ha, quru yarpaq məhsuldarlığı isə müvafiq 
olaraq  1,0  -  2,2  s/ha  artıq  olmuşdur.  I  biçini  20.  VIII  ayda,  II 
biçini 25. X ayda apardıqda da həna bitkisinin iki biçində cəmi 
yaş  kütlə  məhsuldarlığı  Gəncə  -  Qazax  bölgəsində  Şirvan 
bölgəsinə nisbətən variantlar üzrə orta hesabla 11, - 19,5 s/ha, 
quru  yarpaq  məhsuldarlığı  isə  müvafiq  olaraq  2,3    -  4,1  s/ha 
artıq olmuşdur.  
Həna  bitkisinin  vegetasiya  müddətində  ancaq  bir  dəfə  -- 
vegetasiyanın sonunda (25. X ay) biçilməsi məhsuldarlığın 36 - 
63% azalmasına səbəb olur. Belə ki, iki biçində (I biçin 2. VIII, 
II  biçin  15.  X  ayda)  həna  bitkisindən  Şirvan  bölgəsində 
variantlar  üzrə  7,3  -  10,8  s/ha  quru  yarpaq  məhsulu  əldə 
olunduğu  halda  vegetasiyanın  sonunda  bir  dəfə  biçin 
aparılarkən müvafiq olaraq 3,5 - 3,9 s/ha quru yarpaq məhsulu 
əldə olunmuş dur. 
Gəncə  -  Qazax  bölgəsində  həna  bitkisində  variantlar  üzrə 
orta hesabla 8,3 - 13,0 s/ha quru yarpaq məhsulu alındığı halda 
vegetasiyanın sonunda bir dəfə biçin apararkən müvafiq olaraq 
5,3  -  6,8  s/ha  quru  yarpaq  məhsulu  alınmışdır  (cədvəl  4.  10). 


 
87
 
 
Buna  görə  də  həna  bitkisinin  məhsuldarlığının  yüksəldilməsi 
üçün  vegetasiya  müddətində  iki  dəfə  biçilməsi  daha  məqsədə-
uyğundur. 
Müxtəlif  şərait  və  becərmə  aqrotexnikasının  həna 
bitkilərinin  yarpaq  məhsuldarlığına  təsirinin  öyrənilməsindən 
belə  nəticəyə  gəlirik  ki,  həna  bitkiləri  Gəncə  -  Qazax 
bölgəsində  Şirvan  bölgəsinə  nisbətən  daha  yaxşı  inkişaf  edib 
artıq məhsul verirlər. 
Həna bitkisindən daha  yüksək  yarpaq məhsulu əldə etmək 
üçün  hər  iki  bölgədə  optimal  qida  sahəsi  60  x  20  sm  hesab 
olunur. 
Vegetasiya  ərzində  həna  bitkilərinin  iki  dəfə  biçilməsi 
məhsuldarlığın bir dəfə biçilən bitkilərə nisbətən 1,5 - 2,5 dəfə 
yüksəlməsinə  səbəb  olur.  Həna  bitkisi  üzrə  optimal  biçin 
vaxtları, hər iki bölgədə I biçinin avqustun 2-də, II biçinin isə 
oktyabrın 15-də aparılmasıdır.  
Hesablamalarımız  göstərir  ki,  Şirvan  bölgəsində  biçilmiş 
həna bitkiləri yaş kütləsinin 18 -19 % -i, Gəncə - Qazax bölgə-
sində isə 15-20 % - i qədər quru yarpaq çıxımı verir.  
 
4. 8.  Meyvə  orqanlarının  qoparılmasının  həna 
bitkisinin yarpaq məhsuldarlığına təsiri 
 
Bir  sıra  kənd  təsərrüfatı  bitkiləri  kimi  böyük  iqtisadi 
əhəmiyyətə  malik  olan  həna  bitkisindən  alınan  yarpaq 
məhsuldarlığı  bu  günkü  tələbatı  ödəmir.  Məhz  ona  görə  də 
onun  əkin  sahəsi  genişləndirilməklə  bərabər  müxtəlif  üsullarla 
məhsuldarlığını artırmaq günün vacib məsələlərindəndir. 1991-
1993  -  cü  illərdə  apardığımız  tədqiqatlar  göstərdi  ki,  yarpaq 
məhsulu  əldə  etmək  üçün  becərilən  həna  plantasiyalarında 
məhsuldarlığı  artırmağın  müxtəlif  üsullardan  istifadə  etmək 
mümkündür. Belə üsullardan biri bitkilərin kütləvi qönçələməsi 
və 50 %-nin çiçəkləməsi zamanı meyvə orqanlarının (qönçə və 


 
88
 
 
çiçəklərin)  qoparılmasıdır.  Qönçə  və  çiçəklər  qoparıldıqdan 
sonra  bitkilərə  əlavə  yemləmə  gübrəsinin  verilməsi  vegetativ 
orqanların daha intensiv inkişafına səbəb olur (124). 
Həna  bitkisindən  qönçə  və  çiçəklərin    qoparılmasının 
yarpaq məhsuldarlığına təsirini öyrənmək məqsədi ilə Şirvan və 
Gəncə  -  şəraitində  60  x  20  sm  qida  sahəsində  becərilən   
bitkilərin  kütləvi  qönçələməsi  zamanı    iyul-  avqust  aylarında 
qönçə  və  çiçəkləri  qoparılmışdır.  Eyni  ilə  nəzarət  variantında  
bitkilərin  qönçə  və  çiçəklərinə  toxunulmamışdır.  Müşahidə-
lərimiz  göstərdi  ki,  meyvə  orqanları  qoparılmış  bitkilər 
hündürlüyünə,  yarpaqlarının  ölçüsünə  və  s.  xüsusiyyətlərinə 
görə nəzarət variantındakı bitkilərdən xeyli fərqlənir. Qönçə və 
çiçəkləri  qoparılmış  bitkilərin  hündürlüyü  (90,2  -  95,4  sm) 
nəzarət variantındakı bitkilərin hündürlüyündən (65 - 75 sm) 15 
- 30 sm-ə qədər artıq olur. 
Meyvə 
orqanlarının  qoparılmasının  həna  bitkisinin 
məhsuldarlığına təsirinin öyrənilməsinə dair apardığımız tədqi-
qatların nəticələri cədvəl 4.11-də verilmişdir.  
Cədvəldən  görünür  ki,  meyvə  orqanları  qoparılmadıqda 
həna bitkisinin bölgələrdən asılı olaraq yaş kütlə məhsuldarlığı 
orta  hesabla  45,89  -  48,62  s/ha  quru  yarpaq  məhsuldarlığı  isə 
8,95  -  9,98  s/ha  arasında  olduğu  halda,  meyvə  orqanları 
qoparıldıqda müvafiq olaraq 57,63  - 64,85 s/ha və 11,0 - 13,1 
s/ha arasında olmuşdur. 
Müşahidələrimiz  göstərdi  ki,  həna  bitkisinin  qönçələrinin 
və  çiçəklərinin  qoparılması  bitkinin  sürətlə  böyüməsinə,  eyni 
zamanda  məhsuldarlığının  artmasına  təsir  göstərir.  Belə  ki, 
meyvə  orqanları  (qönçə  və  çiçəklər)  qoparıldıqda  həna 
bitkisinin quru yarpaq məhsuldarlığı nəzarət variantına nisbətən 
Şirvanda 2,05 s/ha Gəncə - Qazax bölgəsində isə 3,12 s/ha artıq 
olmuşdur. 
Həna  bitkisindən  yığılmış  çiçəklərdən  müxtəlif  efir 
yağlarının alınmasında istifadə oluna bilər. Belə ki, yaşıl kütlə  


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə