Azərbaycan respublikasi kənd тəSƏRRÜfaтi naziRLİYİ



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə21/35
tarix01.07.2018
ölçüsü2,06 Mb.
#53011
1   ...   17   18   19   20   21   22   23   24   ...   35

 
76
 
 
 


 
77
 
 
 


 
78
 
 
 


 
79
 
 
 


 
80
 
 
4.  7. Qida sahəsi, bitki sıxlığı və biçin vaxtlarının   həna 
bitkisinin yarpaq məhsuldarlığına təsiri 
 
Bitkilərin  bu  və  ya  digər  torpaq  -  iqlim  şəraitinə 
introduksiyası  zamanı  qarşıda  duran  ən  mühüm  vəzifələrdən 
biri  onların  məhsuldarlığının  kəmiyyət  və  keyfiyyətcə  təyin 
edilməsidir. Azərbaycan şəraiti üçün yeni olan həna bitkilərinin 
normal  inkişaf  edib  yüksək  məhsul  verməsi  üçün  onun 
becərilmə  aqrotexnikasına  düzgün  əməl  etmək  vacib 
məsələlərdən biridir (61). 
1991-1993  -  cü  illərdə  apardığımız  tədqiqatlarla  müəyyən 
edilmişdir  ki,  həna  bitkisinin  yaş  kütlə  və  quru  yarpaq 
məhsuldarlığı  onların  becərildiyi  torpaq  -iqlim  şəraiti  və 
becərilmə  aqrotexnikasına  daxil  olan  qida  sahəsi,  bitki  sıxlığı 
və biçin vaxtı ilə sıx əlaqədardır. 
Тədqiqat  apardığımız  illərdə  həna  bitkisinin  müxtəlif  qida 
sahələri və iki biçin (I biçini avqust 2-də, II  ci biçini oktyabrın 
15-də  apardıqda)  üzrə  cəmi  yaş  kütlə  məhsuldarlığı  Şirvan 
bölgəsində variantlar üzrə orta hesabla 38,1 - 56,3 s/ha olmuş, 
nəzarət variantından isə 47,2 s/ha yaş kütlə əldə olunmuşdur. I 
biçini  avqustun  20-də,  II  biçini  isə  oktyabrın  25-də  apardıqda 
isə nəzarət variantından  28,4 s/ha  yaş kütlə  alınmış, variantlar 
üzrə məhsuldarlıq   isə 26,3 - 37,3 s/ ha olmuşdur. 
Gəncə - Qazax bölgəsində isə I biçini avqustun əvvəlində, 
II ci biçini oktyabrın ortalarında apardıqda variantlar üzrə orta 
hesabla  41,5  -  67,0  s/ha  yaş  kütlə  məhsulu  alınmış,  nəzarət 
variantında isə bu göstərici 49,5 s/ha olmuşdur (cədvəl 4. 10). 
Bu  bölgədə  I  biçini  avqustun  20-də,  II  biçini  oktyabrın  25-də 
apardıqda  isə  nəzarət  variantından  41,5  s/ha  yaş  kütlə  əldə 
olunmuş,  variantlar  üzrə  məhsuldarlıq  38,0  -  56,8  s/ha  təşkil 
etmişdir.  Cədvəldən  görünür  ki,  hər  iki  bölgədə  həna 
bitkisindən ən yüksək yaş kütlə məhsulu 60 x 20 sm qida sahəsi 
verilmiş bitkilərdən əldə olunmuşdur. 
 


 
81
 
 
 


 
82
 
 
 


 
83
 
 
 


 
84
 
 
Quru  yarpaq  məhsuldarlığına  nəzər  saldıqda  görürük  ki,  I 
biçini avqustun 2-də, II biçini oktyabrın 15-də apardıqda Şirvan 
bölgəsində  60  x  30  sm  qida  sahəsində  əkilmiş  həna 
bitkilərindən orta  hesabla  9,5 s/ha, 60 x 20 sm  qida  sahəsində 
əkilmiş bitkilərdən 10,8 s/ha, 60 x 10 sm qida sahəsində əkilmiş 
bitkilərdən isə 7,3 s/ha məhsul götürülmüş, nəzarət variantının 
(60  x  40  sm)  məhsuldarlığı  isə  9,0  s/ha  olmuşdur.  I  biçini 
avqustun 20 - də, II biçini oktyabrın 25 - də apardıqda isə 60 x 
30  sm  variantından  orta  hesabla  5,6  s/ha,  60  x  20  sm 
variantında 7,1  s/ha, 60 x 10 sm variantından 5,0  s/ha, nəzarət 
variantından isə 5,6 s/ha quru yarpaq məhsulu əldə olunmuşdur. 
Gəncə  -    Qazax  bölgəsində  isə  I  biçini  avqustun  2-də,  II 
biçini  oktyabrın  15  -  də  apardıqda  60  x  30  sm  qida  sahəsində 
əkilmiş həna bitkisindən orta hesabla 10,9 s/ha, 60 x 20 sm qida 
sahəsində  əkilmiş  bitkilərdən  13,0  s/ha,  60  x  10  sm  qida 
sahəsində əkilmiş bitkilərdən 8,3 s/ha, nəzarət variantından (60 
x 40 sm) isə 9,9 s/ha quru yarpaq məhsulu əldə olunmuşdur. 
Birinci biçini avqustun 20-də, ikinci biçini oktyabrın 25-də 
apardıqda  nəzarət  variantından  orta  hesabla  8,3  s/ha,  60  x  30 
sm variantından 9,4 s/ha, 60 x 20 sm variantından 11,2 s/ha, 60 
x  10  sm  variantından  isə  7,3  s/ha  quru  yarpaq  məhsulu 
götürülmüşdür. 
Göründüyü kimi quru yarpaq məhsuldarlığına görə də 60 x 
20  sm  variantı  hər  iki  bölgədə  başqa  variantlara  nisbətən 
üstünlük təşkil etmişdir. 
Apardığımız tədqiqatlardan məlum oldu ki, həna bitkisində 
I  biçinin  avqustun  əvvəlində,  II  biçinin  oktyabrın  ortasında  
aparılması, I biçinin avqustun 20-də, II biçinin isə oktyabrın 25 
-  də  aparılmasına  nisbətən  daha  əlverişlidir.  Birinci  biçini 
avqustun  əvvəllərində  aparılması  bitkilərin  sonrakı  müddət 
ərzində  daha  yaxşı  böyüməsinə  səbəb  olur.  Belə  ki,  avqustda 
həna bitkilərinin kütləvi çiçəkləməsi müşahidə edilir. Bu zaman 
bitkilərin  yerüstü  hissəsinin  böyüməsi  nisbətən  yavaş  gedir. 
Bəzi bitkilərdə isə böyümə tamamilə dayanır.  Bitki    gücünü    


 
85
 
 
generativ orqanların formalaşmasına sərf edir. Bu vaxtda I biçi-
nin  aparılması  II  biçində  daha  artıq  yarpaq  məhsulu  götürül-
məsinə  zəmin  yaradır.  Cədvəldəki  rəqəmlərdən  də  aydın 
görünür ki, Şirvan bölgəsində həna bitkisinin  I biçinindən ( 2. 
VIII ayda ) variantlar üzrə orta hesabla 13,0 16,6 s/ha yaş kütlə, 
2,5 - 3,2 s/ha quru yarpaq götürüldüyü halda, II biçindən (15. X 
ayda) 25, 1- 39,7 s/ha yaş kütlə, 4,8  -7,6 s/ha quru yarpaq məh-
sulu götürülmüşdür. 
Gəncə - Qazax bölgəsində isə hənanın I biçinindən (2. VIII 
ayda) variantlar üzrə orta hesabla 10,5 - 18,1 s/ha yaş kütlə, 2,1 
-  3,6  s/ha  quru  yarpaq  götürüldüyü  halda,  II  biçindən  (15.  X 
ayda)  31,0  -  48,9  s/ha  yaş  kütlə,  6,2  -  9,4  s/ha  quru  yarpaq 
məhsulu götürülmüşdür. 
Birinci  biçini  20.  VIII  ayda  apardıqda  Şirvan  bölgəsində 
həna  bitkisindən  variantlar  üzrə  orta  hesabla  17,9  -  24,7  s/ha 
yaş kütlə, 3,5 - 4,7 s/ha quru yarpaq, II biçindən (25. X ayda) 
isə 7,8 - 12,6 s/ha yaş kütlə, 1,5 -2,4 s/ha quru yarpaq məhsulu 
əldə olunmuşdur. 
Gəncə  -    Qazax  bölgəsində  isə  I  biçini  20.  VIII  ayda 
apardıqda variantlar üzrə orta hesabla 27,9 -38,7 s/ha yaş kütlə, 
5,4  -  7,7  s/ha  quru  yarpaq,  II  biçindən  (25.  X  ay)  10,1  -  18,1 
s/ha  yaş  kütlə,  1,9-3,5  s/ha  quru  yarpaq  məhsulu  əldə 
olunmuşdur. 
Yuxarıda deyilənlərdən aydın olur ki, I biçinin 18 -20 gün 
gecikdirilməsi  Şirvan  bölgəsində  həna  bitkisinin  I  biçindən 
variantlar  üzrə  orta  hesabla  4,0  -  8,1  s/ha  yaş  kütlə,  1,0    -  1,5 
s/ha  quru  yarpaq  məhsulunun  artımı  deməkdirsə,  II  biçində 
17,3-27,1 s/ha yaş kütlə, 3,3 - 5,2 s/ha quru yarpaq məhsulunun 
azalması deməkdir. 
Gəncə  -    Qazax  bölgəsində  də  həna  bitkisində  I  biçini 
avqustun  20-də  apardıqda  avqustun  2-də  aparılan  I  biçinə 
nisbətən variantlar üzrə yaş kütlə artımı orta hesabla 17,4 - 20, 
6 s/ha, quru yarpaq artımı isə 3,3 - 4,1 s/ha olmuşdur. Lakin II 
biçinin  25.  X  ayda  aparılması  nəticəsində  həna  bitkisinin  yaş 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə