Azərbaycan respublikasi kənd тəSƏRRÜfaтi naziRLİYİ



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə29/35
tarix01.07.2018
ölçüsü2,06 Mb.
#53011
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

 
112
 
 
 


 
113
 
 
2001-2003-cü  illərdə  həna  populyasiyalarında  ayrı-ayrı 
formaları  tədqiq  edərkən  onların  müxtəlif  morfoloji 
əlamətlərinə  görə  bir-birindən  fərqlənməsi  hərtərəfli  qeyd 
edilmişdir.  Həmin  formaların  bioloji  xüsusiyyətlərini  öyrənən 
zaman,  qarşıda  duran  əsas  vəzifələrdən  biri  də  həmin 
formaların ayrı-ayrılıqda məhsuldarlığının öyrənilməsidir.  
Məlumdur  ki,  hər  bir  bitkinin  məhsuldarlığı  onun  becəril-
diyi torpaq-iqlim şəraiti ilə yanaşı onun irsi xüsusiyyətlərindən 
də asılıdır. Buna görə də  daha məhsuldar formaların seçilməsi, 
onların çoxaldılması vacibdir.  
Həna  populyasiyalarında  ayrı-ayrı  formalar  üzərində 
apardığımız  müşahidələr  zamanı  onların    yarpaq  və  toxum 
məhsuldarlığı  təyin  edilmişdir.  Bunun  üçün  formalarda  bir 
bitkidəki  yarpaqların    yaş  çəkisi    və    toxum  məhsuldarlığı 
müəyyən edilmişdir. Apardığımız tədqiqatın nəticələri cədvəl 5. 
6 - da
 
verilmişdir.  
Cədvəldən göründüyü kimi  formalar üzrə bir bitkidə olan 
formalaşmış yarpağın orta miqdarı dəyişilmir. Belə ki, seçilmiş 
formalar məhsuldarlığına görə 3 qrupa: yüksək məhsuldar, orta 
məhsuldar və  az məhsuldar qruplara ayrılmışdır.  I qrupa daxil 
olan  elastiki  gövdə,  sıx  budaqlı,  dairəvi  yarpaq  və  iti  yarpaq 
formalarda  formalaşmış  yarpaqların  orta  sayı  970-1055  ədəd 
aralıqda  dəyişlilir.  Orta  məhsuldar  formalara  daxil    olan 
bitkilərdə  isə  bu  göstərici  850-950  ədəd,  az  məhsuldar 
formalara daxil olan bitkilərdə isə 320-800 ədəd təşkil  edir.  
Formalar üzrə bir bitkidə olan formalaşmış yarpaqların orta 
sayı  fərqləndiyi    kimi,  100  formalaşmış  yarpağın  orta  çəkisi 
yüksək məhsuldar formalarda 20, 400-25,120 qr arasında, orta 
məhsuldar  formalarda  15,630-17,100  qr.  az  məhsuldar 
formalarda isə 10,050-13,170 qr  arasında  dəyişilir.  
 
 
 
 


 
114
 
 
 


 
115
 
 
 


 
116
 
 
5. 2. Həna bitkisinin  növdaxili dəyişkən fenotipik  
əlamətlərinin  irsiyyətdə saxlanılması 
 
2001-2003-cü  tədqiqat  illərində  qarşımızda  duran  ən 
mühüm    məsələlərdən  biri  də  həna  bitkisinin  yuxarıda  gös-
tərilən növdaxili dəyişkən formalarının  fenotipik və təsərrüfat 
üçün  yararlı  xarakterik  əlamətlərinin  irsiyyətdə  saxlanılması 
məsələlərinin öyrənilməsi idi.  
Bu  məqsədlə  tədqiq  etdiyimiz    formalar  həm  toxum,  həm 
də vegetativ  yolla   çoxaldılmışdır. Ayrı-ayrı  formaların çoxal-
dılması  zamanı alınan bitkilər sahəyə əkilmiş və öyrəndiyimiz 
morfoloji dəyişkən əlamətlərin irsiyyətdə saxlanılması üzərində 
müntəzəm müşahidələr aparılmışdır.  
Məlum  olmuşdur  ki,  dairəvi  yarpaq  və  elastiki  gövdə 
formalar vegetasiya müddətində inkişaf fazalarına başlamamış, 
yəni  çiçəkləyib  toxum  verməmişdir.  Buna  görə  də  həmin 
formalar yalnız vegetativ yolla çoxaldılmışdır. Nəticədə məlum 
olmuşdur ki, həmin formalar vegetativ yolla 3 il becərilməsinə 
baxmayaraq inkişaf fazalarına başlamamışlar. 
Seyrək  budaqlı,  uzun,  ensiz  yarpaq,  xətvari  yarpaq,  enli 
yarpaq, sarımtıl-yaşıl  yarpaq, sıx budaqlı formaların toxumları 
vegetasiyanın  sonuna  qədər  tam  yetişmədiyi  üçün  paralel 
olaraq  həm toxum, həm də qələmlə çoxaldılmışdır.  
Məlumdur ki,  populyasiya  halında əmələ  gəlmiş  ən  yaxşı 
əlamətlərin  sonrakı  nəslə  keçirilməsi    üçün  ən  əlverişli  üsul 
vegetativ  yolla  çoxaltmaqdır.  Belə  seçilmiş  bitkiləri  toxumları 
ilə artırdıqda ola bilsin ki, bəzi qiymətli əlamətlər yeni nəsildə 
özünü göstərməsin. Bunu nəzərə alaraq, həmin formalar paralel 
olaraq  həm  də  vegetativ  yolla  çoxaldılmışdır.  Vegetasiyanın 
sonunda  həna  bitkisinin  növdaxili  dəyişkən  formalarından 
kəsilmiş qələmlər istixana şəraitində əkilmiş və  onlar üzərində 
ardıcıl  müşahidələr  aparılmışdır.  Məlum  olmuşdur  ki,  həna 
bitkisinin  seçilmiş  müxtəlif    formaları  kök  bağlama  qabiliy-
yətlərinə görə bir-birindən fərqlənir.  


 
117
 
 
Vegetativ  və  generativ  yolla  çoxaldılmış  formalar  açıq 
sahəyə çıxarılaraq ayrıca əkilmiş  və onlar üzərində müşahidə-
lər  aparılmışdır.  Vegetativ  yolla  çoxaldılmış  bütün  formalar 
bütün  fenotipik  dəyişkənliyi  saxlamışlar.  Vegetativ  yolla 
becərilən  formaların  hər  birinin  hündürlüyü,  çətirin  diametri, 
kök  boğazının  diametri,  əsas    və  yan  budaqların  sayı  eyni 
zamanda  məhsuldarlığı  ayrı-ayrı  formalar  üzrə  toxumdan 
becərilən bitkilərə nisbətən üstünlük təşkil edir. Vegetativ yolla 
becərilmiş  bütün  formaların  morfoloji  əlamətləri-yarpaqlarının  
forması,  ölçüsü  və  rəngi,  çiçəklərinin  rəngi  və  ölçüsü  və  s. 
fərqləndirici əlamətlər nəsildə saxlanılmışdır.  
Yuxarıda qeyd  edildiyi  kimi, toxum əmələ gətirən forma-
lar vegetativ  yolla yanaşı  toxumla da çoxaldılmışdır.  Məlum 
olmuşdur    ki,  həmin  formaların  bir    sıra  əlamətləri  -  yarpaq-
larının  və gövdəsinin forması, budaqlanması  irsiyyətdə özünü 
aydın surətdə göstərir. Qısa  boylu, xırda yarpaq  və iti  yarpaq 
formalarda yarpağın, gövdənin forması, inkişaf fazaları sonrakı 
nəsildə olduğu kimi  saxlanılır. 
 
5. 3. Тəsərrüfat sınağının nəticələri 
 
Apardığımız  tədqiqat  zamanı  həna  bitkilərinin  becərilməsi 
və  yüksək  keyfiyyətli  məhsul  əldə  edilməsinə  zəmin  yaradan 
variantlar  seçilmiş  və  təsərrüfat  şəraitində  sınaqdan  çıxarıl-
mışdır.  Тəsərrüfat  sınaqları  Kürdəmir  rayonundakı  “Həna” 
istehsalat  kooperativində  və  ADKТA-nın  Qovlarsarı  tədris  - 
təcrübə təsərrüfatının torpaqlarında 1,0 ha sahədə keçirilmişdir. 
Тəsərrüfat sınağının nəticələri barədə akt tərtib edilmişdir.  
Həna şitilləri 60 x 20 sm qida sahəsi verilməklə Kürdəmir 
rayonu  şəraitində  20.  IV  ayda,  Qovlarsarı  tədris-təcrübə  təsər-
rüfatında  isə  20.  V  ayda  açıq  sahəyə  əkilmişdir.  Əkilmiş  şitil-
lərə yüksək aqrotexniki qaydada qulluq göstərilmiş,  


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə