Azərbaycan respublikasi kənd тəSƏRRÜfaтi naziRLİYİ



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə31/35
tarix01.07.2018
ölçüsü2,06 Mb.
#53011
1   ...   27   28   29   30   31   32   33   34   35

 
122
 
 
9.
 
Hər iki bölgədə həna bitkisi ona verilən qida sahəsi nə 
qədər  artıq  olursa  o  qədər  də  intensiv  böyüyür  və  morfoloji 
göstəriciləri  yüksək  olur.  Lakin  həna  bitkisi  Gəncə  -    Qazax 
bölgəsində  Şirvan  bölgəsinə  nisbətən  daha  yaxşı  böyüyüb 
inkişaf edirlər. 
10.
 
 Həna  bitkisindən  daha  yüksək  yarpaq  məhsulu  əldə 
etmək  üçün  həp  iki  bölgədə  optimal  qida  sahəsi  60  x  20  sm 
hesab olunur. 
11.
 
Vegetasiya  müddətində  həna  bitkilərində  iki  biçinin 
aparılması yarpaq məhsuldarlığının bir biçinə nisbətən 1,5 - 2,5 
dəfə  yüksəlməsinə  səbəb  olur.  Həna  bitkisi  üzrə  optimal  biçin 
vaxtları hər iki bölgədə I biçinin avqustun əvvəlində, II biçinin 
isə oktyabrın ortalarında aparılmasıdır.  
12.  Optimal  qida  sahəsində  və  biçin  vaxtında  Şirvan 
bölgəsində həna  bitkisi  hektardan  10,8 s quru  yarpaq məhsulu 
verir. Gəncə -  Qazax bölgəsində isə həna bitkisindən müvafiq 
olaraq 13,0 s quru yarpaq məhsulu alınmışdır ki, bu da Şirvana 
nisbətən 2,2 s/ha çoxdur. 
13.
 
Həna  plantasiyalarında  bitkilərin  kütləvi  qönçə-
lənməsi və ya 50 % nin çiçəkləməsi zamanı meyvə orqanlarının 
qoparılması məhsuldarlığı 2,05 - 3,12 s/ha artır. 
14.
 
Ən  yüksək  toxum  məhsulu  hər  iki  bölgədə  60  x  20 
sm  qida  sahəsi  verilmiş  həna  bitkilərindən  alınmışdır  (7,48  - 
8,74 s/ha). Bu variantda həna bitkisi Şirvan bölgəsində Gəncə -  
Qazax bölgəsinə nisbətən 1,26 s/ha artıq toxum vermişdir.  
15.
 
Həna  bitkiləri  təsərrüfat  şəraitində  Gəncə  -    Qazax 
bölgəsində  Şirvan  bölgəsinə  nisbətən  daha  yaxşı  inkişaf  edib, 
yüksək keyfiyyətli yarpaq məhsulu verir. 
16.
 
Optimal 
variantlarda  əkilib  becərilmiş  həna 
bitkilərinin  hər  hektarından  müvafiq  olaraq  Şirvan  bölgəsində 
67284,  Gəncə  -    Qazax  bölgəsində  isə  müvafiq  olaraq  82147 
manat (AZN) xalis gəlir götürülür. 
 
 


 
123
 
 
İSТEHSALAТA ТƏKLİFLƏR 
Respublikamızın  müxtəlif  bölgələrində  həna  bitkilərinin 
becərilməsinin  aqrotexniki  xüsusiyyətlərinə  aid  apardığımız 
elmi-tədqiqat  işlərinin  nəticələrini  araşdıraraq  istehsalata 
aşağıdakıları təklif edirik: 
1.  Həna  toxumu  səpmək  üçün  qəbul  olunmuş  qaydada 
hazırlanmış substrat 20 - 25 °C temperaturlu su ilə tam suvarıl-
malı və hər kv.m ə 10 - 12 q toxum, toxumun üzərinə isə 3-4 
mm  qalınlığında  substrat  səpib,  üzəri  polietilen  örtüklə  cücərti 
alınana qədər ortülməlidir, kütləvi cücərti alınmağa başlandıqda 
örtüyü  açmaq  və  səpini  nazik  rezin  borularla  suvarmaq 
məqsədəuyğundur. 
2.  Standart  şitillərin  alınması  üçün  hər  kv.  m  səpin 
sahəsində  800  -  1000  ədəd  cücərti  saxlamaqla  yüksək  aqro-
texniki qaydada becərmə aparmaq lazımdır. 
3. Örtülü şəraitdə həna bitkisini vegetativ yolla çoxaltmaq 
məqsədilə onun qələmlərini üfüqi vəziyyətdə 2,0 sm dərinlikdə 
basdırmaq lazımdır. 
4.
 
Daha  yüksək  quru  yarpaq  və  toxum  məhsulu  almaq 
üçün  həna  şitillərini  60  x  20  sm  qida  sahəsində  becərmək 
məqsədəuyqundur.  Həna  bitkiləri  sahə  vahidindən  daha  çox 
yarpaq  məhsulu  almaq  üçün  vegetasiya  müddətində  iki  dəfə  - 
avqustun  əvvəlində,  oktyabrın  ortaları  və  axırlarında  biçil-
məlidir.  Yarpaq  məhsulunu  artırmaq  üçün  həna  bitkisinin 
kütləvi  çiçəkləmə  zamanı  meyvə  orqanlarının  qoparılması 
istehsalat üçün daha faydalıdır. 
 
 
 
 
 
 
 


 
124
 
 
İSТİFADƏ OLUNAN ƏDƏBİYYAТ 
1. Abbasov P. M., Məmmədov F.  M. Xına - Həna // Elm 
və həyat jurnalı № 10, 1974, s. 31. 
2.Abutalıbov  M.  H.,  Hacıyev  V.  C.  Azərbayсanın  bitki 
örtüyü. Bakı, 1976, 48 s. 
3.Aqrometeoroloji  bületenlər.  Azərbaycan  Respublikası 
Dövlət  Hidrometerologiya  komitəsinin  operativ    poliqafiya 
şöbəsi № 1 36, 1991 -1993- cü illər. 1091 s. 
4.Asanov  S.  A.  Kazımov  V.  Z.  Xına  yarpaqlarının  hava 
separasiyası // Azərbaycan Aqrar Elmi jurnalı, № 12, 1994.  s. 
43 - 44. 
5.Asanov  S.  A.,  Eminbəyli  M.  Z.  Xına  yarpaqlarının 
qurudulması  üçün  polietilen  təbəqədən  hazırlanmış  günəş 
kollektoru //  K/Т elmi xəbərləri, № 6, 1990, s. 72 - 74. 
6.Asanov  S.  A.,  Kazımov  S.  Т.,  Orucov  İ.  K.  Xına 
yarpağının üyüdülməsi // Azərbaycan Aqrar Elm jurnalı, № 8, 
1991, s. 36 - 38.   
7.Asanov  S.  A.,  Kazımov  V.  Z.  Xına  yarpaqlarını 
gövdədən  ayıran  qurğu.  Kənd  təsərrüfatı  texnikasının 
istifadəsi və təmiri effektivliyinin artırılması / AKТA nın elmi 
əsərləri. Gəncə -, 1992, s. 132 - 134.  
8.Asanov  S.  A.,  Kazımov  V.  Z.  Xına  yarpaqlarını 
gövdədən ayıran qurğunun işçi orqanlarının yarpaqla qarşılıqlı 
əlaqəsinin 
təhlili. 
Yeyinti 
sənayesinin 
texnika 
və 
texnologiyasının   aktual problemləri / Az.ТI nin elmi əsərləri, 
III buraxılış. Gəncə, 1995, s. 166 - 170. 
9.Azərbaycan florası I - VIII cild. Bakı, 1950; 1961. 
10.Azərbaycan Sovet Ensiklopediyası  IV çild. Bakı, 1980, 
444 s, X çild, Bakı, 1978, 89 s. (Baş redaktor C. B. Quliyev). 
11.Azərbaycan SSR in atlası. Bakı. Moskva, 1979, 40 s. 
12.Budaqov B. Ə. Geomorfoloji xəritə. Azərb. SSR Atlası. 
Moskva, 1979. s. 12. 
13.Budaqov 
B.  Ə.  Sovet  Azərbaycanının  təbiəti. 
Bakı,”Maarif”, 1988, 20 s. 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə