Azərbaycan respublikasi kənd тəSƏRRÜfaтi naziRLİYİ



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə28/35
tarix01.07.2018
ölçüsü2,06 Mb.
#53011
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

 
109
 
 
Cədvəl 5. 4 - ün ardı 
 






Xırda 
yarpaq 
“----“ 
85,0 ± 2,61 
88,7 ± 2,18  Dairəvi  
48,7 
İti 
yarpaq 
“----“ 
82,7 ± 2,06 
85,3 ± 2,04 
Elleps-
vari 
47,3-49,0 
Sarımtıl-
yaşıl 
yarpaq  
“----“ 
70,6 ± 0,88 
75,8 ± 1,09  Dairəvi  
45,0 
Sıx 
budaqlı  
“----“ 
67,0 ± 0,74 
73,4 ± 0,97  Dairəvi  
45,5 
Seyrək 
budaqlı  
“----“ 
78,3 ± 1,03 
83,2 ±  
1,16 
Dairəvi  
48,5 
Qısa 
boylu  
“----“ 
80,3 ± 1,45 
85,1 ± 2,03  Dairəvi  
48,7 
Elastik 
gövdə  





 
yarpaq  formaların  tozcuqlarının  cücərmə  qabiliyyəti  başqa 
formaların  tozcuqlarına  nisbətən    aşağıdır.Belə  ki,  bu  67,0  ± 
0,74 və 70,6  ± 0,88% təşkil edir.  
Bununla  yanaşı  tozcuqların  cücərmə  qabiliyyətinin 
boyanma  üsulu  ilə  –  asetokarmində  yoxlanılması  göstərdi  ki, 
qısa boylu, xırda yarpaq və iti  yarpaq formaların tozcuqlarının 
boyanma  qabiliyyəti  başqa  formalarla  nisbətən  11,7  –  12,9% 
çoxdur (85,1 ± 2,03-88,7 ± 2,18%) 
Beləliklə  müşahidələrimiz  göstərdi    ki,  iqlim  şəraiti  ilə 
əlaqədar  olaraq,  ən  yüksək  temperatur  şəraitində  (iyul-avqust 
aylarında) çiçəkləyən formaların tozcuqlarının cücərmə qabiliy-
yəti  hər iki üsulla yoxlanmada  daha yüksəkdir.  


 
110
 
 
Tədqiqat  zamanı  ayrı-ayrı  formaların  tozcuqlarının  forma 
və  ölçüsü  də  müəyyənləşdirilmişdir.  Formaların  tozcuqları 
əsasən dairəvi  formadadır.  Yalnız xətvari yarpaq və iti yarpaq 
formada  tozcuqlar  azca  uzunsov  –  elipsvari  formadadır.  Toz-
cuqların  diametri  formalar  üzrə  45,0  -  49,3 

 
arasında dəyiş-
ilir.  Göründüyü    kimi    tozcuqların  cücərmə  qabiliyyəti  
formalar  üzrə  fərqləndiyi  kimi    onların  ölçüləri    də  müəyyən 
dərəcədə bir-birindən fərqlənir.  
Həna populyasiyasında növdaxili dəyişkənliyin öyrənilməsi 
zamanı  ayrı-ayrı  formaların    qeyd  olunan  xüsusiyyətləri  ilə 
yanaşı  onların  ən  mühüm  əlamətlərindən  olan  100  meyvə 
qutucuğunun  çəkisi,  1000  toxumun  çəkisi,  toxumun  ölçüsü, 
toxum  qutucuqlarının  və  toxumun  rəngi,  eyni  ilə  həmin 
formalardan alınan toxumların laboratoriya şəraitində cücərmə  
enerjisi və qabiliyyəti öyrənilmişdir. Aldığımız nəticələr cədvəl 
6. 5 - də göstərilmişdir.  
Göründüyü kimi toxumların ölçüsü müxtəlif formalar üzrə 
dəyişilir.  Ölçüsünə  görə  ən  iri  toxumlara  xətvari    yarpaq,  enli 
yarpaq,  sarımtıl-yaşıl  yarpaq,  sıx  budaqlı  və  iti  yarpaq 
formalarda  rast    gəlinir.  Bu  formalarda  toxumların  uzunluğu 
2,69-2,84 mm, eni 1,65-2,01 mm, qalınlığı isə 1,56 - 1,64 mm 
arasında dəyişilir.  
Sivri yarpaq, seyrək budaqlı uzun ensiz yarpaq, qısa boylu, 
xırda  yarpaq,  formalarda  olan  toxumlar  isə  ölçülərinə  görə 
yuxarıda  qeyd  edilən  formalara  nisbətən  kiçikdir.  Həmin 
formalarda  toxumların  uzunluğu  1,70  –  1,91  mm,  eni  1,31  – 
1,57 mm, qalınlığı isə 1,19- 1,23 mm arasında dəyişir.  
Ayrı-ayrı formalar üzrə 100 toxum qutucuğunun çəkisi  də 
fərqlənir.  Ən  ağır  çəki  iti  yarpaq,  sarımtıl-yaşıl  yarpaq,  sıx 
budaqlı  formalarda  3,580-3,730  qr  müşahidə  edilir.  Ən  aşağı 
çəki isə 3,100 – 3,170 qr xırda yarpaq, seyrək budaqlı və uzun 
ensiz  yarpaq  formalarda  olur.  Qalan  formalar  isə  100  toxum 
qutucuğunun çəkisinə görə orta yeri tuturlar (cədvəl 5. 5).
 
 


 
111
 
 
Apardığımız  müşahidələr  zamanı  müəyyən  etdik  ki,  ayrı-
ayrı formalar  1000 toxumun çəkisinə görə müəyyən dərəcədə 
bir-birindən  fərqlənirlər.  Sıx  budaqlı  və  sarımtıl-yaşıl  yarpaq 
formalarda 1000 toxumun çəkisi  uyğun olaraq 0,820 və 0,850 
qr-dır.  Xırda  yarpaq  və  uzun  ensiz  yarpaq  formalarda  bu  çəki 
0,485-0,495  qr-dır.  Bütün  formalar  üzrə  1000  toxumun  orta 
çəkisi 0,485-0,850 qr arasında dəyişilir.  
Ayrı-ayrı həna formaları üzrə bir toxum qutucuğunda olan 
toxumların orta sayı da dəyişilir.  Sarımtıl-yaşıl yarpaq formada 
1  qutucuq  içərisində  olan  toxumların  orta  miqdarı  53  ədəddir. 
Bu  toxumlar  öz  iriliyi    ilə  başqa  formalardakı  toxumlardan 
fərqlənir.  Seyrək  budaqlı  və  xırda  yarpaq  formalardan  yığılan 
qutucuqlardakı  toxumların  orta  sayı  108-115  arasında  dəyişir. 
Bütün formalar üzrə bir qutucuqda olan toxumların miqdarı 53-
115 ədəd olmuşdur.  
Tədqiqat  zamanı  ayrı-ayrı  formalardakı  qutucuqların    və 
toxumların  rəngi  də  qeyd    edilmişdir.  Sivri  yarpaq  və  dairəvi 
yarpaq  formalar  müstəsna  olmaqla  qalan  formalarda  meyvə 
qutucuqlarının  rəngi  (yetişən  vaxt)  tünd    qəhvəyi  olur.  Qeyd 
edilən  başqa  formalarda  isə  tünd  qırmızı  rəngli  meyvə 
qutucuqları  müşahidə  edilmişdir.  Formalar  üzrə  toxumların 
rəngi o qədərdə dəyişkənliyə uğramamış, əksər formalarda tünd 
və ya açıq qəhvəyi rənglərdə olmuşdur.  
Qeyd  etmək  lazımdır  ki,  tədqiqat  zamanı  ayrı-ayrı 
formalardan yığılmış toxumların keyfiyyəti də yoxlanılmışdır.  
Ən  yüksək  cücərmə  enerjisi  (84,2%)  sarımtıl  yaşıl  yarpaq 
formada  qeydə  alınmışdır.  Lakin  bu  formanın  cücərmə 
qabiliyyəti  əsas növdən 0,4% geri qalmışdır. 
Əsas  növün  cücərmə  enerjisi  3  ildə  orta  hesabla  83,4%, 
cücərmə  qabiliyyəti  isə  89,7%  təşkil  etmişdir.  Digər  formalar 
cücərmə enerjisinə görə bəzi hallarda əsas növdən azacıq üstün 
olsalar da, cücərmə qabiliyyətinə görə əsasən əsas  növdən geri 
qalmışlar (cədvəl 5. 5). 
 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə