Azərbaycan respublikasi kənd тəSƏRRÜfaтi naziRLİYİ



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə26/35
tarix01.07.2018
ölçüsü2,06 Mb.
#53011
1   ...   22   23   24   25   26   27   28   29   ...   35

 
101
 
 
növbəli, yuxarı  yaruslarda isə qarşı-qarşıya  yerləşir.  Budaqlar 
yarpaq qoltuğundan 2,0–2,5  sm yuxarıdan qalxır.  Buğumarası 
məsafə 5,3- 5,8 sm-ə  çatır. Bitkilərin gövdəsi qalın olub, tünd 
qəhvəyi    rəngdədir.  Küt  uclu  yarpaqları  saplaqsız  olub,  tünd 
yaşıl  rəngli,  qalın  və  dairəvi  formadadır.  Yarpağın  orta  uzun-
luğu  2,1  sm,  eni  isə  1,3  sm-dir.  Bu  formalı  bitkilərdə  bütün 
yaruslar boyunca çiçəklənmə müşahidə edilir. Çiçək salxımları  
başqa  formalara  nisbətən  uzundur.  Belə  çiçək  salxımının 
uzunluğu  18  sm-ə,  salxımdakı  çiçəklərin  sayı  isə    180  ədədə 
çatır. Çiçəkləri ağ rəngli olub, diametri 18,0 mm-dir.  
13.  Elastiki    gövdə  forma  .  Formanın  əsas  xarakterik 
əlaməti  başqa  formalara  nisbətən  yarpaqlarının    daha  qalın 
(0,52 mm) və gövdəsinin elastiki  olmasıdır. Bitkilərin gövdəsi 
şaxəli qolu-budaqlı olub açıq qəhvəyi rəngdədir. Yarpaqları küt 
uclu, yarpaq saplağı 0,5 sm-dir. Yarpağın orta uzunluğu 5,8 sm, 
eni  isə  1,9  sm-dir.  Bitkilərdə  vegetasiya  ərzində  çiçəklənmə 
müşahidə olunmamışdır.  
2001-2003-cü  illərdə  həna  populyasiyalarında  növdaxili 
dəyişkənliyi    öyrənən  zaman  müəyyən  etdik  ki,  tədqiq 
etdiyimiz  həna  formaları  böyümə  və  inkişafına  görə  bir-
birindən  fərqlənirlər.  Belə  ki,  həna  formaları  yerüstü 
hissələrinin  hündürlüyü,  çətirinin  və  kök  boğazının  diametri, 
budaqlarının  sayına  görə  seçilirlər.  Eyni  ilə  həmin  formalar 
inkişaf  fazalarının  başlanması,  vegetasiya  müddətinə  görə  də 
fərqlənirlər.  Həna  formalarının  böyümə  və  inkişafına  dair 
apardığımız  tədqiqatların  nəticələri  cədvəl  5.  2  və  5.  3  -  də 
verilmişdir.  
Cədvəl 5. 2- dən göründüyü kimi müxtəlif formalar yerüstü 
hissələrinin  böyüməsinə  görə  bir-birindən  fərqlənirlər. 
Müşahidələrimiz  göstərdi  ki,  əsas  növə  daxil  olan  bitkilərin 
hündürlüyü  82  sm,  çətirinin    diametri  45  sm,  kök  boğazının 
diametri    17  sm,  yan  budaqlarının  sayı  44  ədəddir.  Dairəvi 
yarpaq,  iti  yarpaq,  uzun  ensiz  yarpaq,  enli  yarpaq,  elastiki 
gövdə, sivri yarpaq və xətvarı yarpaq formalara daxil olan  


 
102
 
 
Cədvəl 5. 2 
 
 Müxtəlif həna formalarının morfoloji göstəriciləri  
 
Sıra
 s
ay
ı 
Formalar 
Bitkilərin yerüstü hissəsinin 

nd
ür


,  
sm
-lə
 
Ç
ətir
in
in
 d
iam
etr
i, 
 s
m
-lə
 


bo
ğaz
ın
ın
  d
iam
etr
i,
 
 mm
-lə
 
Yan
 b
ud
aq
lar
ın
ın
 s
ay
ı, 
əd
əd

 

Əsas növ  
82 
45 
17 
44 

Xətvari yarpaq  
104 
58 
19 
48 

Sivri yarpaq  
103 
60 
18 
46 

Enli  yarpaq  
110 
71 
20 
50 

Dairəvi yarpaq  
120 
71 
22 
64 

Uzun, ensiz yarpaq 
105 
77 
21 
60 

Xırda yarpaq 
85 
38 
17 
42 

İti yarpaq 
115 
40 
16 
66 

Sarımtıl - yaşıl yarpaq  
95 
60 
18 
58 
10  Sıx budaqlı  
90 
63 
19 
56 
11  Seyrək budaqlı  
97 
52 
17 
40 
12  Qısa boylu  
75 
42 
17 
38 
13  Elastik gövdə  
108 
48 
18,5 
42 


 
103
 
 
 
 


 
104
 
 
 


 
105
 
 
bitkilərin  hündürlüyü  100-120  sm,  çətirin  diametri  71-58  sm, 
kök boğazının diametri  19-22 mm, yan budaqlarının sayı 48-64 
ədəd arasından dəyişilir. Orta hündürlüyə malik olan bitkilərdə 
morfoloji göstəricilər uyğun olaraq 90-97 sm, 52-60 sm, 17-18 
mm, 40-58 ədəd arasında dəyişilir. Qısa boylu və xırda yarpaq 
bitkilərin hündürlüyü isə 75-85 sm, çətirin  diametri 38-42 sm, 
kök boğazının diametri 17 mm, yan budaqların sayı 38-42 ədəd 
təşkil edir.  
Həna  formalarının  inkişaf  fazalarının  başlanması, 
vegetasiyanın qurtarması və vegetasiya müddəti cədvəl 5. 3 - də 
verilmişdir. Göründüyü kimi  eyni torpaq-iqlim şəraitində həna 
formalarının  inkişaf  fazaları  bir-birindən  müəyyən  dərəcədə 
fərqlənir.  Belə  ki,  iti  yarpaq,  xırda  yarpaq  və  qısa  boylu 
formalar  öz  inkişaf  fazalarını  başqa  formalara  nisbətən  20-30 
gün tez başlayırlar.  Bu formalarda iyul  ayının I-II ongünlüyü 
qönçələmə  müşahidə  edilir.  Həmin  formalar  iyunun  axırı  və 
avqustun  əvvəllərində  çiçəkləmə  fazasına  daxil  olurlar.  Qeyd 
etmək  lazımdır  ki,  qısa  boylu,  xırda  yarpaq  formalarda 
qönçələmə  və    çiçəkləmə  yalnız  bitkinin  aşağı  yarusunda  bir 
budaq üzərində müşahidə  edilir.  
Qalan  iki  formada  isə  iyunun  axırlarında  tam  qönçələmə  
və  avqustun  ortalarında  tam  çiçəkləmə  gedir.  Avqustun 
ortalarından  sonra  həmin  çiçək  salxımlarında  ilk  meyvə 
qutucuqların görünməyə başlayır.  
Sivri  yarpaq  forma  və  seyrək  budaqlı  forma  iyulun 
axırlarında qönçələmə fazasına daxil olurlar. Qönçələmə yalnız 
bitkinin aşağı yaruslarında gedir. Avqustun əvvəllərində həmin 
formalarda çiçəkləmə müşahidə edilir. Avqustun axırlarında ilk 
meyvə  qutucuqları  görünür.  Vegetasiyanın  sonunda  yetişmiş 
toxum məhsulu toplamaq olur.  
Xətvarı  yarpaq,  sarımtıl-yaşıl  yarpaq,  sıxbudaqlı,  uzun 
ensiz  yarpaq  formalarda  qönçələmə  mərhələsi  avqustun  I  on-
günlüyündən  sonra  başlayır.  Qönçələmə  bitkinin  ancaq  aşağı 
yarusunda  bir və ya iki budaq üzərində müşahidə edilir. 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə