Azərbaycan respublikasi kənd тəSƏRRÜfaтi naziRLİYİ



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə24/35
tarix01.07.2018
ölçüsü2,06 Mb.
#53011
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

 
93
 
 
yaranmayıb  təbii    yolla,    tarixi  təkamül  prosesi    nəticəsində 
yaranır. Hər hansı növ içərisində xarici mühitin kompleks təsiri 
nəticəsində baş verən xırda dəyişikliklər təbii seçmə  vasitəsilə  
toplanaraq  növ    müxtəlifliyi  əmələ  gətirir.  Bu  dəyişikliklər 
irsiyyət  nəticəsində  möhkəmlənərək    nəsildən  nəsilə    keçir  və  
yeni növə çevrilir. 
Həna 
populyasiyalarında 
növdaxili 
dəyişkənliyin 
öyrənilməsi  haqqında    məlumat  yoxdur.  Yalnız  ədəbiyyat  
materiallarından    məlumdur  ki,  yarpaqlarından  həna  kimi 
istifadə  edilən  bitki  növü  tikansız  həna  -  Lavsonia  inermis  L
növüdür.  
Sonrakı  digər  tədqiqatlardan məlumdur ki,  həna bitkisinin 
iki forması – L. inermis və L. alba formaları  var.  
2001-ci  ildən  başlayaraq  müxtəlif  torpaq-iqlim    şərait-
lərində  həna  bitkisinin  bioloji  xüsusiyyətlərinin  öyrənilməsi 
tədqiqatlarında tikansız həna – L. inermis L. növündən istifadə 
edilmişdir.  Tədqiqat  zamanı  bütün    bölgələrdə  becərilən  həna 
populyasiyalarında  əsas    növdən  müəyyən  morfoloji    əlamət-
lərinə  görə  fərqlənən  bir  neçə    formalar  müəyyən    etdik. 
Bununla  əlaqədar olaraq tədqiq etdiyimiz formaların bir-birin-
dən    eləcə  də  əsas  növdən  fərqlənən  fenotipik    dəyişiklikləri, 
böyümə  və  inkişafı,    məhsuldarlığı,  təsərrüfat  üçün  yararlılığı  
öyrənilmişdir.  
2001-2003-cü  illərdəki  müşahidələrimiz    göstərdi  ki, 
toxumdan alınan həna bitkiləri müəyyən morfoloji əlamətlərinə 
görə  bir-birindən    fərqlənirlər.  Həna    populyasiyalarında    bir 
sıra morfoloji  əlamətlərinə  -- kolun  forması,  gövdəsinin rəngi, 
yarpağının  forması,  ölçüsü,  rəngi  və  sayı,  çiçəklərinin  rəngi, 
toxum  qutucuqlarının    rəngi,  böyümə  və  inkişafı,  toxum  və 
yarpaq  məhsuldarlığı  və  s.    əlamətlərinə  görə    bir-birindən 
fərqlənən formalar seçilmiş toxum  və vegetativ yolla   çoxal-
dılaraq onlar üzərində lazımi müşahidələr  aparılmışdır.  
Respublikamızın  Gəncə  -  Qazax,  Mil-Muğan,  Lənkəran-
Astara  və  Şəki-Zaqatala  bölgələrində  müxtəlif  torpaq-iqlim 


 
94
 
 
şəraitin  və  başqa  faktorların    təsirindən  populyasiya  halında 
həna  bitkisinin    növdaxili  dəyişkənliyi  nəticəsində  əmələ 
gəlmiş  12  forması  müəyyən  edilmişdir.  Həna  bitkisinin  
növdaxili  dəyişkən    formaları  fenotipik  əlamətləri  ilə  kəskin 
fərqləndiyi  kimi    ehtimal  ki,  onların  genotipində,  fizioloji    və  
biokimyəvi  xassələrində də kəskin fərqlər olmalıdır.  
Həna  bitkilərində    morfoloji  əlamətlərin    dəyişkənliyinin 
öyrənilməsinə  bitkinin  yarpağının  formasından  başlamışıq.  
Məlum  olduğu kimi  yarpaq bitkinin xarici mühit şəraitinə ən 
tez  reaksiya  göstərən    və    başqa  orqanların  böyümə  və  inki-
şafını təyin  etməyə imkan verən ən hissiyyatlı orqanıdır.  
K.  A.  Tmiryazev  bitkinin  həyatında  yarpağın  funksiyasını 
aydınlaşdırmaqla tam  əsasla  qeyd edirdi  ki,  bitki elə yarpaq 
deməkdir.  Məhz  buna  görə  də    həna  populyasiyalarında 
yarpağın  formasına  görə  fərqlənən  bitkilər  ilk  müşahidələr 
zamanı nəzəri cəlb etmişdir.  
Çoxillik tədqiqatlarımız  zamanı apardığımız müşahidələrin 
nəticələri cədvəl 5. 1- də  verilmişdir.  
Cədvəldən  göründüyü  kimi,  formalar  populyasiyalar 
halında  bir  sıra  morfoloji  əlamətlərinə  görə  bir-birindən    və 
əsas  növdən  fərqlənirlər.    Bitkilər  kolun  formasına  görə  çox 
şaxəli, şaxəli, düzböyüyən, gövdənin rənginə görə; açıq, parlaq 
və tünd qəhvəyi rəngli, gövdənin möhkəmliyinə görə; qalın və 
elastik gövdəli olurlar.  
Yarpağın    formasına  görə  ellipsvarı,  uzunsov,  yumurtavarı, 
dairəvi formalı,  yarpağın səthinə görə əsasən düz, bəzilərində 
isə    yarpaq  kənarlarının    içəriyə  qatlanması  müşahidə  edilir. 
Yarpağın    rəngi  parlaq  yaşıl,  tünd    yaşıl,  açıq  yaşıl,  sarımtıl 
yaşıl rənglər arasında  dəyişilir.  Yarpağın ucu iti və   küt uclu, 
səthi isə nazik və qalın olmaqla iki  yerə ayrılır. Yarpaq forma-
larında  ölçülərinə,  saplaqlarına  görə  də    dəyişkənlik  müşahidə 
edilir.  Çiçəkləri  də    tünd  çəhrayı,  açıq      çəhrayı  və  ağ    rəngli 
olmaqla bir-birindən fərqlənir. Eyni zamanda həmin formaların 
böyümə inkişaf  və məhsuldarlığı da  müxtəlif olur.  


 
95
 
 
 


 
96
 
 
 


 
97
 
 
5. 1.  Müxtəlif  həna formalarının botaniki  təsviri   
 
1. Əsas  növ. Əsas növ nisbətən hamar  və qalın gövdəyə 
malikdir.  Sıx  şaxələnən  budaqları  yarpaqların  dibindən  əmələ 
gəlir. Belə ki, dörd  tərəfli  budaqlanmaya malikdir. Gövdə tünd 
qəhvəyi  rəngli  qabıq  qatı  ilə  örtülmüşdür.  Bitkinin  yarpaqları 
ellipsvarı formada olub, iti  uclu və səthi hamardır. Yarpaqların 
orta  uzunluğu  4,5  sm  eni  isə  3,2  sm-dir.  Yarpaqlar  saplaqsız 
olub, tünd yaşıl rəngdədir. Çiçək salxımının orta uzunluğu 15,0 
sm,  çiçəklərin  orta  sayı  isə  120  ədəddir.  Diametri    2  sm  olan  
çiçəkləri  ağ  rənglidir.  Çiçəkləmə  bitkilərin  müxtəlif 
yaruslarında müşahidə edilir.  
 2.  Xətvari  yarpaq  forma.  Bu  formaya  malik    olan 
bitkilərin  yerüstü  hissəsi – gövdəsi şaxəli olmayıb  əsasən düz 
böyüyəndir.  Budaqlanma  yarpaq    qoltuğundan  2,0-2,5  sm 
yuxarıda  qarşı-qarşıya  əmələ    gəlir.    Bitki  II,  III  dərəcəli 
budaqlara  malikdir.  Budaqlanma    seyrəkdir.  İki,  budaq  arası 
məsafə  (əsas  gövdə  üzərində)  4,5-5,8  sm-dir.  Əsas    gövdə  və 
yan budaqlar açıq qəhvəyi rəngli, nazik, səthi düz olub, xətvarı 
formadadır.  Uzun  saplaqlı  (1,0  sm)  yarpaqlarının  olması  ilə  
başqa  formalardan seçilir. Yarpağın orta uzunluğu 7,5 sm, eni  
isə  2,5  sm-dir.  Çiçəklər    açıq  çəhrayı    rənglidir,  çiçək 
salxımının uzunluğu 15,7 sm, bir çiçək salxımındakı çiçəklərin  
sayı  110  ədəddir.  Çiçəyin  diametri  11,1  mm-dir.  Çiçəkləmə 
bitkinin  yalnız aşağı yarusunda müşahidə edilir.  
3.    Sivri    yarpaq  forma.  Bu  formadan  olan  bitkilərin 
gövdəsi  qalın, parlaq qəhvəyi rəngli, şaxəli  və sıx budaqlıdır. 
Budaqlar yarpaq qoltuğunda əmələ gəlir. Buğumarası məsafə 2 
sm-  dir.  Yarpaqları  iti  uclu,  tünd  yaşıl  rəngli,  qalın,  uzunsov 
formadadır.  Səthi  düzdür  yarpaqlarının  ensiz  olmasına  görə 
başqa  formalardan  fərqlənir.  Yarpaqlarının  uzunluğu  6,3  sm, 
eni  isə  2,0  sm-dir.  Yarpaqlar  qısa    saplaqlı  olub,  saplağın 
uzunluğu 0,4 sm-dir. Bu formada olan bitkilərin çiçəkləri tünd 
çəhrayı  olmasına  görə  başqalarından  seçilir.  Nazik  saplaqlı 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə