Azərbaycan respublikasi kənd тəSƏRRÜfaтi naziRLİYİ



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə20/35
tarix01.07.2018
ölçüsü2,06 Mb.
#53011
1   ...   16   17   18   19   20   21   22   23   ...   35

 
69
 
 
 


 
70
 
 
 


 
71
 
 
 


 
72
 
 
4. 6. Müxtəlif torpaq - iqlim şəraitinin həna bitkilərinin 
böyümə və inkişafına təsiri 
 
Bitkilərin  həyat  qabiliyyətinin  əsas  göstəricilərindən  biri 
onların  böyüməsi  və  inkişafıdır.  Yeni  iqtisadi  bölgələrə 
introduksiya 
edilmiş 
bitkilərin 
böyümə 
və 
inkişaf 
qanunauyğunluqlarının öyrənilməsinin böyük əhəmiyəti vardır. 
Bitkilər böyümə və inkişaflarının tarixən formalaşmış  və irsən 
möhkəmləndirilmiş  qanunauyğunluqlarını  qoruyub  saxlaya 
bilirlər. Lakin, onları yeni becərmə şəraitinə gətirdikdə öz həyat 
funksiyalarını  az  və  ya  çox  dərəcədə  dəyişməli  olur.  Nəzərə 
alınmalıdır  ki,  yeni  becərmə  şəraiti  bitkilərdə  böyümə  və 
inkişaf  xüsusiyyətlərinin  qismən  dəyişilməsinə  və  müəyyən 
morfoloji  əlamətlərin  meydana  çıxmasına  səbəb  olur.  Həna 
bitkiləri də Azərbaycan şəraitinə introduksiya olunduğuna görə 
onun da böyümə və inkişaf xüsusiyyətlərini dəyişməsi  nəzərdə 
saxlanılmalıdır. Bununla əlaqədar olaraq Azərbaycanın Gəncə -
Qazax  və  Şirvan  bölgələri  şəraitində  həna  bitkilərinin  böyümə 
və  inkişaf  xüsusiyyətlərini  öyrənməyi  qarşımıza  məqsəd 
qoymuşuq. 
1991-1993 - cü illərdə apardığımız tədqiqatlar zamanı müx-
təlif torpaq - iqlim şəraitində becərilən həna  bitkilərinin böyü-
mə  dinamikası  hərtərəfli  tədqiq  edilmişdir.  Bu  məqsədlə 
vegetasiyanın  başlanmasından  sonuna  qədər  hər  ayın  axırında 
bitkilərin hündürlüyü, çətirinin diametri ölçülmüş və morfoloji 
göstəriciləri qeyd edilmişdir. 
Тorpaq  -  iqlim  şəraiti  ilə  əlaqədar  olaraq  4  aylıq  standart 
ölçüdə həna şitilləri Şirvan bölgəsində aprelin III ongünlüyündə 
Gəncə  -  Qazax  bölgəsində  isə  may  ayının  III  ongünlüyündə 
(torpaqda  18 
0
C  temperatur  şəraitində)  birbaşa  açıq  sahəyə 
çıxarılaraq  müxtəlif  qida  sahəsində  əkilmişdir.  Qeyd  etmək 
lazımdır  ki,  şitillər  açıq  sahəyə  çıxarılan  zaman  onların 
kökbağlama qabiliyyətini artırmaq məqsədilə əsas kökündən 10 


 
73
 
 
-  12  sm,  yerüstü  hissəsindən  isə  20  sm  saxlamaqla  qalan 
hissələr kəsilmişdir. 
Bitkilər  əkildikdən  sonra  açıq  sahəyə  uyğunlaş-
madıqlarından  yarpaqlarını  tökürlər.  Hər  iki  bölgədə  əkilən 
bitkilərdə  12-15  gün  sonra  yeni  sıx  yarpaqlar  əmələ  gəlir. 
Bitkilər  əkildikdən  sonra  12-25  gün  ərzində  zəif  böyüyürlər. 
Hərarətin yüksəlməsi ilə əlaqədar olaraq müxtəlif torpaq  iqlim 
şəraitində becərilən bitkilərdə intensiv böyümə müşahidə edilir. 
Belə  ki,  həna  bitkisi  qida  sahəsindən  asılı  olaraq  Şirvan 
bölgəsində  iyul  ayında  15-19  sm  böyüyür.  Avqust  ayında  isə 
bitkilərin  boyu  50,7  -  73,5  sm-ə  çatır.  Bitkilərin  hündürlüyə 
intensiv  böyüməsi  ilə  bərabər  çətirin  də  intensiv  böyüməsi 
başlanır. Göründüyü kimi avqust ayında həna bitkisində çətirin 
diametri 27- 45 sm-ə bərabər olur (cədvəl 4. 7). 
Gəncə - Qazax bölgəsində isə avqust ayında həna bitkisinin 
boyu  qida  sahəsindən  asılı  olaraq  53,4  -  76,4  sm-ə  çətirinin 
diametri isə 28,5 - 50,5 sm-ə bərabər olmuşdur. 
Vegetasiyanın  sonunda  biçilməyib  saxlanmış  bitkilərin 
hündürlüyü Şirvan bölgəsində 56,5 - 103,4 sm, çətirin diametri 
isə 45,5 - 70,2 sm olmuşdur. Gəncə - Qazax bölgəsində isə bu 
göstəricilər müvafiq olaraq 60,5 - 120,2 sm, və 50,0 - 72,0 sm 
olmuşdur. 
 
  Qeyd  etmək  lazımdır  ki,  hər  iki  bölgədə  becərilən 
bitkilərdə  böyümə  vegetasiyasının  əvvəlindən  axırına  qədər 
davam  edir.  Lakin,  oktyabr  ayından  başlayaraq  havanın  və 
torpağın  temperaturunun  aşağı  enməsi  ilə  əlaqədar  olaraq 
bitkilərin  boyümə  intensivliyi  də  azalır.  Noyabr  ayında  10-12 
0
C  temperaturda  bitkilərin  böyüməsi  dayanır.  Тemperaturun 
sonrakı  aşağı  enməsi  bitkilərin  yerüstü  hissəsinin  məhvinə 
səbəb olur. Bitkilərin yerüstü hissəsinin məhv olması Şirvanda 
noyabrın axırlarına, Gəncədə isə əvvəllərinə təsadüf edir. 
Тədqiqatlarımızda  hər  iki  bölgədə  becərilən  həna 
bitkilərinin qida sahəsindən asılı olaraq vegetativ orqanlarının  
 


 
74
 
 
 


 
75
 
 
 
morfoloji göstəriciləri  əsas və yan budaqların sayı, əsas gövdə 
üzərində  buğumarasının  sayı  və  uzunluğu,  eləcədə  də 
yarpaqların  ölçüləri  müqayisəli  öyrənilmişdir.  Тədqiqatın 
nəticələri cədvəl 4. 8 və 4. 9- da verilmişdir. 
Bitkiyə  verilən  qida  sahəsindən  asılı  olaraq  vegetasiyanın 
sonunda  Şirvanda  becərilən  həna  bitkilərində  əsas  budaqların 
sayı  orta  hesabla  1,5  -  3,0,  yan  budaqlarının  sayı  25,0  -  41,6, 
əsas  gövdə  üzərində  buğumayrasının  sayı  33,9  -  53,2  ədəd, 
buğumarasının uzunluğu  0,9 - 1,4 sm, yarpaqların sayı 652,2 - 
880,9 ədəd, yarpağın uzunluğu 1,9 - 2,8 sm eni isə orta hesabla 
1,3 - 2,0 sm olmuşdur (cədvəl 4. 8). 
Gəncə  -  Qazax  bölgəsində  becərilən  həna  bitkilərinin 
Şirvanda becərilən bitkilərlə müqayisəsindən aydın oldu ki, bu 
bölgədə  eyni  qida  sahəsində  becərilən  bitkilərin  morfoloji 
göstəriciləri Şirvanda becərilən bitkilərə nisbətən artıqdır. Belə 
ki, qida sahəsindən asılı olaraq vegetasiyanın sonunda Gəncə - 
Qazax  bölgəsində  becərilən  həna  bitkilərində  əsas  budaqların 
sayı orta hesabla 2,0 - 4,0 ədəd, yan budaqların sayı 28,4 - 58,4 
ədəd,  əsas  gövdənin  üzərində  buğumarasının  sayı  41,4  -  68,2 
ədəd, uzunluğu isə 1,3  -  2,1 sm,  yarpağın  sayı  744,1  - 1376,8 
ədəd, uzunluğu 2,0 - 3,1 sm, eni isə 1,5 - 2,5 sm təşkil etmişdir 
(cədvəl 4. 9). 
Müxtəlif  torpaq  -  iqlim  şəraitlərinin  həna  bitkilərinin 
böyümə  dinamikasına  təsirinin  öyrənilməsindən  bu  nəticəyə 
gəldik  ki,  həna    bitkisi  ona  verilən  qida  sahəsi  nə  qədər  artıq 
olarsa  o  qədər  də  intensiv  böyüyür  və  morfoloji  göstəriciləri 
yüksək  olur.  Bu  hal  hər  iki  bölgədə  özünü  göstərir.  Onu  da 
qeyd  etmək  lazımdır  ki,  həna  bitkiləri  Gəncə  -  Qazax  bölgəsi 
şəraitində  Şirvan  bölgəsinə  nisbətən  daha  yaxşı  böyüyüb 
inkişaf edirlər. 
 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə