Azərbaycan respublikasi kənd тəSƏRRÜfaтi naziRLİYİ



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə16/35
tarix01.07.2018
ölçüsü2,06 Mb.
#53011
1   ...   12   13   14   15   16   17   18   19   ...   35

 
51
 
 
IV  F Ə S İ L.  HƏNA BİTKİSİNİN  BECƏRİLMƏ 
ÜSULLARI 
4. 1. Səpin müddətinin standart həna şitillərinin alınmasına 
təsiri 
Həna  bitkilərindən  yüksək  keyfiyyətli  yarpaq  və  toxum 
məhsulu  əldə  etmək  üçün  optimal  səpin  müddətinin  təyin 
edilməsi  vacib  məsələlərdən  biridir.  Bu  məsələni  həll  etmək 
üçün  müxtəlif  bölgələrdə  və  şəraitdə  müxtəlif  vaxtlarda  həna 
toxumları  səpib  onlardan  normal  şitillərin  alınması  üsullarını 
araşdırmışıq. 
Araşdırmalarımızın  nəticələri  aşağıdakı  cədvəldə  verilir. 
Cədvəldən  görünür  ki,  Şirvan  bölgəsində  blok  tipli  istixanada 
düzəldilmiş ləmələrdə (polkalarda ) 10. I ayda səpin aparmaqla 
1  kv.m  dən  orta  hesabla  792  ədəd  standart  həna  şitili  əldə 
edilmişdir.  20.  I  ayda  səpin  apardıqda  841  ədəd,  30.  I  ayda 
səpin apardıqda isə 791 ədəd standart həna şitili alınmışdır. Bu 
bölgədə istixananın torpağında 5. X ayda səpilmiş həna toxum-
larından 496 ədəd, 15. X ayda səpilmiş həna toxumlarından 531 
ədəd,  25.  X  ayda  səpilmiş  həna  toxumlarından  isə  513  ədəd 
standart şitil alınmışdır. 
Standart həna şitilləri dedikdə istixana və parnikdə 4  - 4,5 
ay  ərzində  aqrotexniki  qulluq  göstərilməklə  becərilib 
hündürlüyü  25  -  30  sm,  kök  boğazının  diametri  2  -3  mm  və 
daha böyük, çətirinin diametri 8 - 10 sm, kök dairəsi 5-10 sm, 
əsas  kökün  uzunluğu  12  -16  sm,  gövdəsi  qonurlaşmış  şitillər 
nəzərdə tutulur. 
Həmin  vaxtlarda  Gəncə-Qazax  bölgəsində  də  istixananın 
ləmələrində  və  torpağında  həna  toxumları  səpilmişdir. 
İstixanada düzəldilmiş ləmələrdə 10. I aydakı səpinin hər kv. m 
-  dən  orta  hesabla  813  ədəd,  20.  I  aydakı  səpindən  927  ədəd, 
30.  I  aydakı  səpindən  isə  804  ədəd  standart  həna  şitilləri 
götürülmüşdür.  İstixananın  torpağında  5.  X  aydakı  səpindən 
orta hesabla 570 ədəd, 15. X aydakı səpindən 599 ədəd, 25. X 


 
52
 
 
aydakı  səpindən  isə  541  ədəd  standart  həna  şitilləri  əldə 
olunmuşdur. 
Parnikdə  də  səpin  vaxtının  standart  həna  şitillərinin 
alınmasına təsirini öyrənmişik. Məlum olub ki, Gəncə - Qazax 
bölgəsində  10.  II  ayda  səpin  aparmaqla  1  kv.  m    dən  orta 
hesabla 481 ədəd, 20. II ayda səpin aparmaqla 493 ədəd, 28. II 
ayda  səpin  aparmaqla  394  ədəd  standart  həna  şitilləri  əldə 
etmək mümkündür (cədvəl 4. 1).  
Parnikin  üstü  şüşə  çərçivə  ilə  örtülü  olduğundan  dibinə 
tökülmüş  bioloji  istilik  mənbəyi  peyinin  hesabına  güclü  istilik 
əmələ gəlir. Bu isti nəticəsində həna toxumunda əmələ gəlmiş 
çox  zərif  rüşeyim  kökcük  tez  məhv  olur.  Daha  artıq  enerjili 
toxumlardan  əmələ  gələn  rüşeyim  kökcüyü  isə  bu  istiyə 
dözərək  inkişaf  edir.  Ona  görə  də  parnikdə  vahid  sahədən 
istixananın ləmələrinə nisbətən az standart şitil əldə olunur. 
Müxtəlif bölgələrdə və şəraitdə aparılmış səpindən alınmış 
20  günlük  cücərtilərin  miqdarının  standart  şitillərin  miqdarın-
dan  artıq  olmasına  baxmayaraq  sonrakı  dövrlərdə  şitillər 
standartlaşana  qədər  bu  cücərtilərin  təxminən  20-30  %  i 
müxtəlif səbəblər üzündən məhv olur (şəkil 4.1). 
Тədqiqatlardan məlum oldu ki, hər iki bölgədə istixananın 
ləmələrində aparılan səpindən torpaqda aparılan səpinə nisbətən 
daha artıq standart həna şitilləri əldə olunur. 
Müxtəlif  bölgələrdə  və  şəraitdə  səpin  müddətlərinin 
standart  həna  şitillərinin  alınmasına  təsirinin  öyrənilməsi  həm 
də onu göstərdi ki, eyni vaxtda, eyni şəraitdə səpin apardıqda 1 
m

sahədən  Gəncə  -  Qazax  bölgəsində  əldə  olunmuş  standart 
həna  şitillərinin  miqdarı  Şirvan  bölgəsindən  əldə  olunmuş 
standart həna şitillərinin miqdarından orta hesabla 60 - 90 ədəd 
artıq  olmuşdur.  Bunun  əsas  səbəbi  Şirvan  torpaqlarının  fiziki  
kimyəvi xüsusiyyətləri ilə izah olunur. 
Müxtəlif  bölgələrdə  səpin  müddətinin  standart  həna 
şitillərinin  alınmasına  təsirinin  öyrənilməsindən  belə  nəticəyə 
gəldik ki, Şirvan və Gəncə - Qazax bölgəsində istixananın 


 
53
 
 
 


 
54
 
 
 
 
 
(blok  tipli)  ləmələrində  həna  toxumlarının  optimal  səpin  vaxtı 
20.  I  ay  hesab  olunur.  Əgər  istixananın  ləmələri  yoxdursa, 
toxumu birbaşa torpağa səpmək lazım gəlirsə, onda bu iş üçün 
ən optimal vaxt 15. X aydır. Çünki, torpaqdakı qida maddələri 
qidalı qarışığa nisbətən azdır. Qranulometrik tərkib (kəsəklərin 
ölçüsü və s.) zərif cücərtilərin üzə çıxmasına mane olduğundan 
şitillər  zəif  inkişaf  edirlər.  Ona  görə  də  torpağa  birbaşa  səpin 
standart şitil almaq üçün bir neçə ay əvvəl aparılmalıdır. Əgər, 
ümumiyyətlə istixana yoxdursa, onda parnikdə də həna şitilləri 
yetişdirilə  bilər.  Parnikə  həna  toxumlarının  səpilməsinin  ən 
əlverişli vaxtı isə 20. II ay hesab olunur (46).  
Şəkil 4. 1. Müxtəlif vaxtlarda səpilmiş həna toxumlarından 
alınmış cücərtilər 


 
55
 
 
4. 2.  Səpin normasının standart həna şitillərinin alınmasına 
təsiri 
Həna  bitkilərinin becərilməsində toxumların optimal səpin 
normasının müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Bu 
məqsədlə  həna  toxumlarının  müxtəlif  səpin  normasının  bir 
kvadrat  metrdən  alınan  standart  həna  şitillərinin  miqdarına 
təsiri öyrənilmişdir. Müəyyən  edilmişdir ki,  Şirvan bölgəsində 
istixananın ləmələrinə 1 kv. m  - ə 8 q hesabı ilə  həna toxumu 
səpdikdə 798 ədəd, 10 q hesabı ilə həna toxumu səpdikdə 841 
ədəd, 12 q hesabı ilə səpin apardıqda isə 777 ədəd standart həna 
şitilləri  almaq  olar.  İstixananın  torpağında  isə  1  kv.  m-ə  10  q 
toxum səpilməklə 483 ədəd, 12 q toxum səpməklə 531 ədəd, 14 
q  toxum  səpməklə  494  ədəd  standart  həna  şitili  əldə 
olunmuşdur (cədvəl 4. 2). 
Gəncə  -  Qazax  bölgəsində  də  eyni  qaydada  səpin  aparıl-
mışdır.  İstixananın  ləmələrinə  1  kv.  m  -  ə  8  q  hesabı  ilə  həna 
toxumu səpildikdə 820 ədəd, 10 q toxum səpildikdə 927 ədəd, 
12 q toxum səpildikdə isə 788 ədəd standart həna şitili alınmış-
dır. İstixananın torpağında isə 1 kv.  m - ə 10 q toxum səpməklə 
512  ədəd,  12  q  toxum  səpməklə  599  ədəd,  14  q  toxum 
səpməklə  529  ədəd  standart  həna  şitilləri  götürülmüşdür 
(cədvəl 4. 2).    
Cədvəldəki  rəqəmlərdən  görünür  ki,  istər  Şirvan 
bölgəsində,  istərsə  də  Gəncə  -  Qazax  bölgəsində  1  kv.  m  də 
alınmış  20  günlük  həna  cücərtilərinin  miqdarı  həmin  sahədən 
əldə olunan standart şitillərin miqdarından xeyli çoxdur. Lakin, 
buna baxmayaraq bu cücərtilərin bir hissəsi sonradan tələf olub 
sıradan  çıxır,  bir  hissəsi  isə  əkin  vaxtına  qədər  tam  yetişib 
standartlaşmır.  Məlum  olmuşdur  ki,  həna  cücərtiləri  Şirvan 
bölgəsində Gəncə  -  Qazax  bölgəsinə nisbətən artıq tələf olur. 
Buna  görə  də  Gəncə  -    Qazax  bölgəsində  1  kv.  m    dən  alınan 
standart  şitillərin  miqdarı  Şirvan  bölgəsinə  nisbətən  üstünlük 
təşkil edir. Çünki toxumların səpilməsi üçün düzəldilmiş qidalı 
qarışığın (substratın) tərkibində (1:1:1 nisbətində torpaq, peyin 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə