Azərbaycan respublikasi kənd тəSƏRRÜfaтi naziRLİYİ



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə15/35
tarix01.07.2018
ölçüsü2,06 Mb.
#53011
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

 
48
 
 
Şirvanda 2,4 m/san) yüksək olması və havanın temperaturunun 
aşağı  düşməsi  çiçəklərin  müəyyən  qisminin  tökülməsinə  və 
meyvəəmələgəlmənin  yarımçıq  qalmasına  səbəb  olur.  Digər 
tərəfdən  tozlanma  getmədiyi  üçün  də  çiçəklərin  tökülməsi 
müşahidə edilmişdir. 
1991-1993  -  cü  illərdə  hər  iki  bölgədə  apardığımız  müşa-
hidələr  göstərdi  ki,  həna  plantasiyalarında  bitkilər  çiçəkləmə 
dərəcəsinə görə 4 qrupa bölünmüşdür : 
I qrup bitkilərdə  əsasən  vegetativ  orqanlar  əmələ gəlir. Bu 
qrup  bitkilərdə  generativ  orqanlar  inkişaf  etmədiyinə  görə 
bitkilər  bütün  qüvvəsini  vegetativ  orqanların  inkişafında  sərf 
edir.  Belə  bitkilərin  Şirvanda  və  Gəncədə  orta  hündürlüyü 
108,4  -121,0  sm-ə  çatır.  Bu  bitkilərin  kütləvi  sürətdə  artırıl-
masının ən yaxşı üsulu vegetativ yolla çoxaltmaqdır. Vegetativ 
yolla çoxaldılan bu bitkilər ikinci il çiçəkləyirlər. 
II  qrup  bitkilərdə  əsasən  vegetativ  orqanlar  əmələ  gəlir. 
Lakin  aşağı  yaruslarda  generativ  orqanlar  da  müşahidə  edilir. 
Bitkilərin hündürlüyü uyğun olaraq 96,3 -101,2 sm-ə çatır. 
III  qrup  bitkilərdə  isə  vegetativ  və  generativ  orqanlar  eyni 
dərəcədə inkişaf edir. Belə bitkilərin hündürlüyü 51,5 -70,2 sm-
ə çatır. 
IV  qrup  bitkilərdə  isə  bütünlüklə  generativ  orqanlar 
müşahidə  edilir.  Belə  bitkilərin  hündürlüyü  25  -50  sm-ə  çatır. 
Bitki bütün gücünü generativ orqanların yaranmasına sərf edir. 
Hər  iki  bölgədə  1000  kv.  m  sahədə  apardığımız 
müşahidələr  göstərdi  ki,  I  qrup  bitkilər  Gəncə  -  Qazax 
bölgəsində 29,1 %,  II qrup 26,8 %,   III qrup 26,1 %, IV qrup 
isə  18,0  %  təşkil  edir.  Şirvanda  isə  tamamilə  fərqli  nəticələr 
alınmışdır: I qrup 9,8 % ,  II qrup 15, 5 %, III qrup 28,0 %, IV 
qrup isə 46,7 % təşkil etmişdir. 
 Göründüyü  kimi  Şirvanda  quru  və  isti  iqlim  şəraiti 
bitkilərin  daha  çox      hissəsinin  bütünlüklə      çiçəkləməsinə 
səbəb olur. Buna görə də toxumluq sahə ayrıca saxlanılmalıdır. 
Yarpaq məhsulu almaq üçün saxlanılan bitkilərdə isə bitkilərin 


 
49
 
 
iki  dəfə  biçilməsi  və  ya  çiçəklərin  qoparılması  məqsədə-
uyğundur. 
 
3. 6.  Meyvəvermə xüsusiyyətləri 
 
Həna  bitkisi  Azərbaycanda    becərilən  yeni  texniki 
bitkilərdəndir.        Hər  il    respublikamızda  bu    bitkinin  planta-
siyaları  genişlənməkdədir.  Yüksək  keyfiyyətli  əkin  və  səpin 
materialı  ilə      plantasiyaları  təmin  etmək  üçün  yüksək  keyfiy-
yətli  toxum  məhsulu  hazırlanmalıdır.  Buna  görə  də  müxtəlif 
torpaq - iqlim şəraitində becərilən həna bitkilərində meyvələrin 
yetişmə vaxtını, yığım   vaxtını   və  toxumluq   sahələrin  yara-
dılması məsələlərini öyrənməyi qarşımıza məqsəd qoymuşuq.  
Apardığımız tədqiqat işləri göstərdi ki,  Şirvan və Gəncə - 
Qazax  bölgələrində    becərilən  həna  bitkiləri  normal  inkişaf 
edərək  yüksək  keyfiyyətli  yarpaq  və        toxum  məhsulu  əmələ 
gətirirlər.  Bitkilərdə  meyvələrin  yetişməsi  vegetasiyasının 
sonuna  qədər  davam  edir.  Çiçəklərdə  mayalanma  getdikdən 
sonra,  ilk  meyvə  qutucuqları  və  paxlalar  görünməyə  başlayır. 
Bu    vaxt  onlar  parlaq  yaşıl  rəngli  olur.  Vegetasiyanın  davam 
etməsi  ilə  əlaqədar  olaraq  meyvə  qutucuqları  və    paxlalar 
böyüyürlər. Qeyd  etmək lazımdır ki, Şirvanda   yüksək    tem-
peratur  və  quru    iqlim    şəraiti    meyvə  qutucuqlarının  Gəncəyə 
nisbətən  tez  yetişməsinə  səbəb  olur.  Həna  bitkilərinin  meyvə-
lərinin  yetişməsi  vaxtı  qutucuqlar  tünd  qəhvəyi  rəng  alırlar. 
Lakin,  bu zaman ayrı  -  ayrı  zoğlarda  yaşıl meyvələrə və  hətta 
çiçəklərə  də  rast  gəlmək  olur.  Ancaq  bu  meyvələr  yetişməyə 
imkan  tapmadıqlarına  görə  yığım  müddəti  yetkin  qəhvəyi 
qutucuqların meydana gəlməsi ilə müəyyənləşdirilir. Bu zaman 
qutucuq içərisindəki toxumlar formalaşmış olur. 
Həna  toxumları  meyvə  adlanan  4  yuvalı,  dairəvi  formalı 
qutucuq  içərisində  yerləşir.  Bir  qutucuğun  orta  diametri  4-9 
mm-dir.  1000  meyvə  qutucuğun  orta  çəkisi  37,0  q  dır.  Bir 
meyvə  qutucuğu  içərisində  25-105  ədəd  toxum  yerləşir.  Həna 


 
50
 
 
toxumları piramidal oval formalı olub üç, dörd, beş künclüdür. 
Küncləri  qeyri  bərabərdir.  Тoxumlar  xaricdən  açıq  və  ya  tünd 
qəhvəyi,  nazik  qabıq  qatı  ilə  örtülüdür.  Toxumun  rüşeymi  düz 
olmaqla onun üçdə bir hissəsini tutur. Тoxum endospermsizdir. 
Тoxumun  uzunluğu  1,83  -  2,73  mm,  eni  1,31  -  1,93  mm, 
qalınlığı 1,10 -1,57 mm-dir. 1000 ədəd toxumun kütləsi 0,5  - 
0,6 q- dır.  
Yuxarıda qeyd edildiyi kimi həna plantasiyalarında bitkilər 
çiçəkləmə  xüsusiyyətinə  görə  4  qrupa    bölünmüşdür.  I  qrup 
bitkilərdə  toxum  məhsulu  müşahidə  edilmir.  II  -  III  qrup 
bitkilərdən isə toxum məhsulu almaq üçün istifadə
 
etmək olur. 
Belə  ki,  II  qrup  bitkilərdə  aşağı  budaqların  biri  və  ya  ikisində 
meyvələr  müşahidə  olunur.  Qutucuqlarda  əmələ  gəlmiş 
meyvələr  iri  olur. Bir bitkidən orta hesabla 4,38 q xalis  toxum 
məhsulu əldə etmək mümkündür. Lakin bu bitkilərdə toxumun 
miqdarı  az  olduğu  üçün  onlardan  toxumluq  material  kimi 
istifadə etmək əlverişli deyil. 
III  qrup  bitkilərdə  isə  vegetativ  və  generativ  orqanlar  eyni 
dərəcədə  inkişaf  edir.  Bir  bitkidən  orta  hesabla  11,4  q  xalis 
toxum məhsulu  əldə etmək olur. 
IV  qrup  bitkilərdə  generativ  orqanlar  üstünlük  təşkil  edir. 
Lakin,  bitki  üzərində  meyvələr  çox  olduğundan    bunlar  
kiçikdir və vegetasiyanın  sonuna qədər  yetişmir. Buna görə də   
bu qrup toxumluq material üçün əlverişsiz sayılır. 
Aparılan tədqiqatlardan belə məlum olur ki, həna kollarının 
yarpaq  və  toxum  məhsulu  vermə  qabiliyyətindən  asılı  olaraq 
toxumluq sahə ayrıca saxlanmalıdır. Vegetasiyanın sonunda bu 
cür  ayrılaraq  saxlanılmış  həna  kollarının  üzəri  qəhvəyi  rəngli 
meyvə qutucuqları ilə örtülmüş olur. 
 
 
 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə