Azərbaycan respublikasi kənd тəSƏRRÜfaтi naziRLİYİ



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə14/35
tarix01.07.2018
ölçüsü2,06 Mb.
#53011
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

 
45
 
 
dair  apardığımız  tədqiqatdan  belə  məlum  olur  həna 
bitkilərinin  I  yarusundan  toplanmış  toxumların  cücərmə 
enerjisi  və  cücərmə  qabiliyyəti  yuxarı  yaruslardan  toplanmış 
toxumların  müvafiq  göstəricilərinə  nisbətən  yüksək  olur. 
Bunun  əsas  səbəblərindən  biri  odur  ki,  həna  bitkilərinin 
çiçəkləməsi  aşağıdan  yuxarıya  doğru  gedir.  Buda  I 
yaruslardakı toxumların nisbətən isti ayda (avqust 24 - 26 
0
C) 
formalaşdığına görə yuxarı yarusdakılara nisbətən daha yaxşı 
yetişməsinə səbəb olur. 
Tədqiqatlarımızdan  belə  nətiçəyə  gəldik  ki,  həna 
bitkilərini  generativ  üsulla  çoxaldarkən  I  yarusdan  yığılmış 
toxumlardan istifadə  etməklə  daha  yüksək  çıxım faizinə  nail 
olmaq mümkündür. 
 
3. 4. Cücərtilərin morfologiyası 
Bitkilərin  yaşlı  formalarının  əlamət  və  xüsusiyyətlərini 
qabaqcadan  xəbər  vermək  məqsədilə  bəzi  yuvenil  (cavan) 
bitkilərin  formaəmələgətirmə  xüsusiyyətlərinin  və  biologiya-
sının  öyrənilməsi,  yaşdəyişmənin  və  formaəmələgətirmənin 
ümumi  qanunlarını  aşkara  çıxarmağa,  bitkilərin  uzunömür-
lülüyü sualına cavab tapmağa kömək edir (136). 
Cücərtilərin morfologiyasının öyrənilməsi,  ayrıayrı növ  və 
cinslərin  cücərmə  xüsusiyyətlərinin  analizi,  onların  əmələ-
gəlmə  tarixini  aydınlaşdırmaqda  və  filogenetik  sistematikanın 
tərtibində az əhəmiyyət kəsb etmir (80) . 
Ona  görə  də  həna  bitkisinin  yuvenil  dövründə  istixana 
şəraitində cücərmə xüsusiyyətlərini öyrənməyi qarşıya məqsəd 
qoyduq. 
Həna  cücərtilərinin  morfologiyasının  öyrənilməsi  göstərdi 
ki,  su  toxumun  mikropilindən  daxil  olub  toxumun  şişməsinə 
kömək  edir.  Toxumun  qabığı  çatlayır,  rüşeym  kökcüyü  xaricə 
çıxır  və  torpağa  daxil  olur.  Ləpə  yarpaqları  tezliklə  uzanıb 
toxumun  qabığını  da  özü  ilə  torpağın  səthinə  çıxarır.  Ləpə 


 
46
 
 
yarpağı  2  ədəd  olur.  Onlar  demək  olar  ki,  oturaq,  yaşıl,  tam 
kənarlı, 
oval, 
çılpaq 
və 
hamar 
formada 
olurlar. 
Ləpəyarpaqlarının  uzunluğu  3-4  mm-ə  çatır.  Ləpə  yarpaqları 
uzun  müddət  assimiliyasiya  funksiyasını  yerinə  yetirir.  Onlar 
səpindən  3-  4  ay  sonraya  qədər  qalırlar.  Ancaq,  əsas  gövdə 
intensiv  budaqlanmaya  başlayanda  tokülürlər.  Səpindən  18-20 
gün sonra birinci  çüt  əsil  yarpaqların  əmələ  gəlməsi  müşahidə 
edilir. Birinci çüt yarpaqlar yumurtaşəkilli, 11,5 sm uzunluqda, 
0,8  -  1,0  sm  enində  olurlar.  Ləpə  yarpağından  alt  hissə 
(hipokotil)  7-8  mm  uzunluğunda  yaşıl  rəngdə,  ləpə  yarpağının 
üst hissəsi (epikotil) 4-5 mm-ə yaxın olur. 
Əsas  gövdə  qida  sahəsindən,  qulluqdan  və  temperaturdan 
asılı  olaraq  səpindən  1,5-2  ay  sonra  budaqlanır  və  2-3  ədəd, 
bəzən daha çox yan budaq əmələ gətirir. 
Kök sistemi mil kök tipinə aiddir. Kök sisteminin böyüməsi 
yerüstü hissənin böyüməsi ilə eyni vaxtda başlayır. Adətən əsas 
kökün  uzanması  əsas  gövdənin  uzanmasını  ötür.  Cücərtilər 
alındıqdan 20 gün sonra yan köklər əmələ gəlir. 
Yanvar ayında səpilmiş toxumlardan alınmış cücərtilər may 
ayında 18-25 sm-ə çatır. Kök boğazının diametri 1,5 - 2,0 mm 
olmaqla 7-9 əsil yarpağa malik olur. Əsas kökün uzunluğu 17-
25 sm, bütövlükdə kök sisteminin diametri 5-7 sm olur. 
 
3. 5. Çiçəkləmənin biologiyası 
Apardığımız  tədqiqatların  nəticələrindən  məlum  olmuşdur 
ki,  becərildiyi  torpaq  -  iqlim  şəraitindən  asılı  olaraq  həna 
bitkilərinin toxumlarının kəmiyyəti və keyfiyyəti müxtəlif olur. 
İstər yarpaq, istərsə də toxum məhsulu əldə etmək məqsədi ilə 
həna  bitkilərini  plantasiyalar  halında  becərmək  üçün  onların 
çiçəkləmə  biologiyasının  öyrənilməsi  böyük  əhəmiyyətə 
malikdir. Məhz bu baxımdan müxtəlif torpaq - iqlim şəraitində 
becərilən həna bitkilərindən yüksək keyfiyyətli toxum məhsulu 
almaq  üçün  bitkilərin  çiçəkləmə  biologiyasına  aid  bəzi 


 
47
 
 
məsələlərin  öyrənilməsini  qarşımıza  məqsəd  qoyduq.  Тədqiqat 
zamanı  ilk  çiçəyin  əmələ  gəlmə  vaxtı,  bir  çiçəyin  ömrü, 
çiçəkyanlığının  və  çiçəyin  quruluşu,  tozlanma  və  s.  hərtərəfli 
öyrənilmişdir. 
Apardığımız  tədqiqatlar  göstərir  ki,  həna  bitkilərinin 
çiçəkləməsi  iqlim şəraiti  ilə sıx  əlaqədardır.  İsti  və quru iqlim 
şəraiti  bitkilərin tez çiçəkləməsinə səbəb olur.  Həna bitkisində 
çiçəkləmə açıq sahəyə əkildikdən 75 - 80 gün sonra başlanır. 
Həna  bitkisinin  çiçəkləri  süpürgəşəkilli  çiçək  qrupunda 
toplanmışdır.  Çiçək  salxımı  həm  əsas  gövdənin  uc  hissəsində, 
həm  də  yan  budaqlar  üzərində  əmələ  gəlir.  Тamamilə  açılmış 
çiçəyin diametri 1,0 - 1,3 sm - dir. Çiçək 4 ədəd yaşıl  çəhrayı-
mtıl  kasa  yarpaqlarından,  4  ədəd  ağ  və  ya  açıq  çəhrayı  rəngli 
ləçəklərdən,  4  çüt  tozcuqlardan  ibarətdir.  Dişicik  erkəkcik 
saplağından  uzun  olub,  şarvari  formada  yuxarı  yumurtalığa 
malikdir. Çiçəkləri xoş ətirlidir. 
Həna  bitkisinin  çiçəkləməsi  ardıcıl  olaraq  vegetasiyanın 
sonuna qədər davam edir.    Beləliklə, çiçəklərin hamısı eyni bir 
vaxtda  açılmır.  İlk  əvvəl  çiçək  salxımının  uc  hissəsində,  ilk 
qönçə əmələ gələn yerdə 2-3 ədəd çiçək görünür. 3 - 4 gündən 
sonra  isə  həmin  çiçək  salxımında  sıx  çiçəklər  görünür.  Çiçək 
salxımındakı bir çiçəyin ömrü quru və isti havada (Şirvanda) 20 
-21  gün,  nisbətən  sərin  və  rütubətli  havada  (Gəncədə)  23-25 
gün  davam  edir.  Həmin  müddətdən  sonra  tac  ləçəkləri 
qonurlaşır, bükülür və düşür. Kasa  yarpaqları isə öz  yaşılımtıl 
rəngini saxlayır, meyvələr yetişən zaman isə qonurlaşır. 
Həna  bitkisində  bir  çiçək  salxımının  orta  uzunluğu  12-33, 
diametri  isə  5-16  sm  arasında  dəyişir.  Bir  çiçək  salxımındakı 
çiçəklərin  orta  sayı  110-210  ədədə  çatır.  Bu  çiçəklərin  yalnız 
müəyyən  qismi    Şirvanda  81,2  %-i,  Gəncədə  isə  76,7  %  -i 
normal  tozlanaraq  meyvə  əmələ  gətirməyə  başlayırlar.  Lakin, 
heç  də  hamısı  bu  prosesi  başa  çatdıra  bilmirlər.  Çiçəkləmə 
dövründə Gəncə - Qazax bölgəsində tez - tez küləklərin əsməsi 
və  küləyin  sürətinin  Şirvana  nisbətən  (Gəncədə  3,2  m/san, 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə