Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə50/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   46   47   48   49   50   51   52   53   ...   121

131 
 
16.Bəstəkar Qəmbər Hüseynlinin anadan olmasının 100 illiyi (16.04.1916-1961) 
“Qəmbər Hüseynlinin tarda “Segah”, “Şur” və “Zabul” və digər muğamları yüksək 
peşəkarlıqla ifa etmə  bacarığı başqalarından fərqlənirdi. Qəmbər Hüseynlinin 
“Muğana ceyran”, “Tellər oynadı”, “İlk məhəbbət”, “Ay işığında”, “Gecələr 
uzanaydı” mahnılarında insanı heyrətləndirən elementlər zəngindir. Ona görə də, bu 
melodiyaları dinləmək adamı bezdirmir.”  
                                                                                                                        
Professor  Şirəli Məmmədov 
Hüseynli Qəmbər Məşədi Muxtar oğlu (16 aprel 1916 – 1 
avqust 1961) — Azərbaycan bəstəkarı, Azərbaycanın əməkdar 
incəsənət xadimi (1961). 
Qəmbər  Hüseynli  16  aprel  1916-cı  ildə Gəncədə  dəmirçi  MəĢədi 
Muxtarın ailəsində anadan olub. 1927-ci ildə orta məktəbdə oxuya-
oxuya  Gəncə  orta  ixtisas  musiqi  məktəbinin  tar  sinfinə  qəbul 
olunur.  1929-cu  ildə  isə  Gəncə  pedaqoji  texnikumuna  daxil  olur. 
Təhsil  illərini  sonralar  Azərbaycanın  böyük  bəstəkarı  olan  Fikrət 
Əmirov  və  tarzən  Zərif  Qayıbovla  birgə  addımlayırdı.  ―Rast‖ı, 
―ġur‖u, ―Zabul segahı‖nı və baĢqa muğamları tarda məharətlə ifa edən gənc və istedadlı 
Q.Hüseynli  hələ  tələbə  ikən  aĢıq  və  el  havalarını  toplayıb  nota  alırdı.  1934-cü  ildə 
texnikumun tar sinfini fərqlənmə diplomu ilə bitirən Qəmbər pedaqoji kollektivin qərarı 
ilə  təhsilini  davam  etdirmək  üçün  Bakıya  göndərilir.  Ona  Bakı  Musiqi  Texnikumunun 
violonçel  sinfində  təhsil  almaq  təklif  olunanda  tərəddüd  etmədən  razılıq  verir.  O, 
görkəmli  dramaturq  Cəfər  Cabbarlının  sözlərinə  ―Tellər  oynadı‖  romans-mahnısını 
bəstələyir.  Gənc  bəstəkar  1951-ci  ildə  yenidən  A.Zeynallı  adına  Bakı  Orta  Ġxtisas 
Musiqi  məktəbinin  bəstəkarlıq Ģöbəsinə  daxil  olaraq  professor B.Ġ.Zeydmanın  sinfində 
təhsilini davam etdirir. Üç ildən sonra tanınmıĢ Ģair Mirmehdi Seyidzadənin liberettosu 
əsasında  diplom  iĢi  kimi  ―Qızıl  quĢ‖  operasını  yazaraq,  1954-cü  ildə  həmin  məktəbi 
müvəffəqiyyətlə  bitirir.  Görkəmli  bəstəkarın  yaradıcılığında  mahnı  və  romans 
yaradıcılığı mühüm yer tutur. Unudulmaz sənətkarın romans lirikasının zirvəsi sayılan 
―Ay  iĢığında‖,  ―Gecələr  uzanaydı‖,  ―Ġlk  məhəbbət‖,  ―DüĢür  yadıma‖,  ―Gülə-gülə‖, 
―Sən-sən‖  və  s.  əsərlərindəki  zərifliyə  heyran  qalmamaq  mümkün  deyil.  Ancaq 
bəstəkarın  mahnı  çələngində  öz  təravəti,  xalq  təranələri  ilə  könüllər  oxĢayan,  bütün 
dünyanı diyar-diyar dolaĢan bir sənət incisi də var - ―Cücələrim‖. 
Cücələrim demək olar 
ki,  dünyanın  hər  yerində  səslənib  və  100-dən  artıq  dildə  ifa  edilib.
  ġair  Tofiq 
Mütəllibovla birgə hələ 1948-ci ildə bu gözəl sənət incisini yaratmaq böyük sənət uğuru 
idi. 
Qəmbər  Hüseynli  musiqinin  bütün  janrlarında  yazıb.  O,  ―Ailə  namusu‖,  ―ġeyx 
Sənan‖, ―Dağılan tifaq‖, ―Almaz‖ və sair bu kimi səhnə əsərlərinə də musiqi yazıb. 100-
dən çox romansın müəllifidir.
 
Filmoqrafiya: Cücələrim (film, 1980), Hər Ģey yaxĢılığa doğru (film, 1997), Qəlbin Ay 
iĢığı (film, 2002), Qəmbər Hüseynli (film, 2007) 
 


132 
 
20.Nəsibə Zeynalovanın 100 illiyi (20.04.1916-10.03.2004) 
Zeynalova Nəsibə Cahangir qızı — Azərbaycan aktrisası, 
Azərbaycan SSR-nin Xalq Artisti (1967), Azərbaycan SSR 
Dövlət Mükafatı laureatı (1974)  
Nəsibə  Cahangir  qızı  Zeynalova  1916-cı  il  aprel  ayının  20-də 
Bakıda doğulmuĢdur. Atası Kərbəlayı Cahangir tanınmıĢ tacir  və 
sevimli aktyor idi. Atasını erkən itirən Nəsibə Zeynalova Bakıda 
orta  məktəbi  bitirdikdən  sonra  Bakı  Teatr  Texnikumuna  daxil 
olmuĢdur. 1941-ci  ildə  Azərbaycan  Musiqili  Komediya  Teatrına 
iĢə  qəbul  olunmuĢdur.  Bu  hadisə  onun  həyatında  həlledici  rol 
oynamıĢdır.  Müharibə  dövründə  cəbhələrdə  və  hospitallarda 
əsgərlər  qarĢısında  tamaĢalarda  iĢtirak  edən  aktrisa  faĢizm  üzərində  qələbənin 
qazanılmasına  öz  töhfəsini  vermiĢdir.  Dinc  dövrdə  teatr  bir  sıra  maraqlı  tamaĢalar 
qoymuĢdur  ki,  onlarda  Nəsibə  Zeynalova  özünəməxsus  aktyorluq  istedadını  nümayiĢ 
etdirmiĢdir. 
S.Rüstəmovun 
―Beş 
manatlıq 
gəlin‖ 
tamaĢasında 
Gülnaz, 
A.MəĢədibəyovun  ―Toy  kimindir?‖  tamaĢasında  Məsmə,  F.Əmirovun  ―Gözün  aydın‖ 
tamaĢasında  Nargilə,  S.Ələsgərovun  ―Ulduz‖  tamaĢasında  Züleyxa  obrazları  aktrisanı 
tamaĢaçılara  sevdirmiĢdir.  XX  əsrin  50-ci  illərində  aktrisanın  sənətkarlığı  daha  da 
püxtələĢmiĢdir. Onun bu dövrdə yaratdığı səhnə obrazları Azərbaycan komediya teatrı 
tarixinə  iri  hərflərlə  yazılmıĢdır.  Nəsibə  Zeynalova  T.Quliyevin  ―Qızılaxtaranlar‖ 
tamaĢasında  RəxĢəndə,  S.Rüstəmovun  ―Rəisin  arvadı‖  tamaĢasında  Afərin, 
ġ.Miloravanın ―Tbilisi nəğməsi‖ tamaĢasında Gesiya, A.Rzayevin ―Hacı Kərimin Aya 
səyahəti‖  tamaĢasında  Kəblə  Fatma,  S.Ələsgərovun  ―Həmşəxanım‖  tamaĢasında 
HəmĢəxanım, ―Sevindik  qız  axtarır‖ tamaĢasında Xeyransa kimi bir-birindən maraqlı 
obrazlar  yaratmıĢdır.  Bura  T.Bakıxanov  və  H.Məmmədovun  ―Altı  qızın  biri  Pəri‖ 
tamaĢasında Cəhrə, E.Sabitoğlunun ―Hicran‖ tamaĢasında Qızbacı obrazlarını da əlavə 
etsək,  çox  zəngin  və  rəngarəng  bir  obrazlar  qalereyası  yaranmıĢ  olar.  ―Qaynana‖ 
tamaĢasında  Cənnət  rolu  aktrisanı  yaddaĢlara  ilk  növbədə  qaynana  kimi  həkk 
etdirmiĢdir.  Aktrisa  kino  sahəsində  də  öz  sözünü  demiĢdir.  ―Ögey  ana‖  (1959), 
―Böyük  dayaq‖  (1963),  ―Ulduz‖  (1964),  ―Qanun  naminə‖  (1969),  ―Bizim  Cəbiş 
müəllim‖  (1970)  filmlərində  müxtəlif  səpkili,  yaddaqalan  obrazlar  yaratmıĢdır. 
Aktrisanın həyat və yaradıcılıq yolunu əks etdirən bir neçə televiziya filmi də xalqımız 
tərəfindən  böyük  rəğbətlə  qarĢılanmıĢdır.  Musiqili  teatrın  inkiĢafında  böyük 
xidmətlərinə  görə  Nəsibə  xanım  24  may  1960-cı  ildə  Azərbaycan  Respublikasının 
Əməkdar artisti, 1967-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüĢdür. ―Hicran‖ 
tamaĢasındakı  Qızbacı  roluna  görə  Azərbaycan  Dövlət  mükafatı  laureatıdır.  Aktrisa 
2004-cü il mart ayının 10-da Bakıda vəfat etmiĢ və Fəxri Xiyabanda dəfn edilmiĢdir. 
 
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə