Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
tarix23.08.2018
ölçüsü0,7 Mb.
#63901


 

 



AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM  

NAZİRLİYİ. 

            F. KÖÇƏRLİ  ADINA  RESPUBLİKA  UŞAQ  KİTABXANASI   ELMİ  METODİKA                   

ŞÖBƏSİ 

 

 



 

 

 



 

 

 



 

( Əbdürrəhim bəy Haqverdiyevin 140 illiyinə həsr 

olunmuş metodik vəsait) 

 

 



 

 

 



 

 

Unudulmaz sənətkar - Ə. Haqverdiyev. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

BAKI – 2010 


 

TƏRTİBÇİDƏN 



 

 

 

 

Bu vəsaiti kitabxanalara təqdim etməkdə əsas məqsədimiz oxucuları  xalqımızın 

böyük sənətkarı olan yazıçı, dramaturq, publisist, tənqidçi  Əbdürrəhim bəy 

Haqverdiyevin  həyat və yaradıcılığı ilə yaxından tanış etməkdir.  

 

Bu ilin may ayının 17-də sənətkarın 140 illiyi qeyd olunur. Bu məqsədlə bir sıra 



mədəniyyət ocaqlarında silsilə  tədirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Sizlərə 

təqdim etdiyimiz bu vəsaitdən istifadə edərək yazıçını öz oxucularınıza daha yaxşı 

tanıda bilərsiniz. 

  

Metodik 



vəsait iki hissədən ibarətdir. Birinci hissə “Böyük ədib.” adlanır. Bu 

hissədə Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığından  söhbət açılır.  

 

Vəsaitin “Unudulmaz sənətkar” adlı ikinci hissəsində kitabxanalarda mövzu ilə 



əlaqədar keçiriləcək tədbirlər haqqında məlumat verilir.   

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

I. Böyük ədib.  



 

Əbdürrəhim bəy Haqverdiyev XIX əsrin sonu XX əsrin  əvvəlləri Azərbaycan 

ictimai-ədəbi və  mədəni fikri tarixində özgün yeri olan şəxsiyyətlərdəndir. O, 

dramaturq, rejissor, dirijor, nasir, publisist, pedaqoq, tədqiqatçı alim kimi çoxcəhətli 

səmərəli fəaliyyəti ilə milli-mədəni şüurumuzun və sosoial-siyasi düşüncəmizin inkişaf 

edib formalaşmasında xüsusi rol oynamış, duma üzvü, xalq komissarı  və digər 

vəzifələr daşımaqla dövlətçilik və idarəçilik işinin  təkmilləşdirilməsi sahəsində öz 

xidmətlərini əsirgəməmişdir... 

Əbdürrəhim bəy Haqverdiyev həm dramaturgiya və  bədii nəsrimizi, həm də 

satirik publisistikamızı yeni və orijinal mövzularla yanaşı, özünəməxsus ideya-estetik , 

sujet və kompozisiya xüsusiyyətlərinə, üslub və ifadə  tərzinə malik olan əsərlərlə 

zənginləşdirmişdir. Bununla da XX əsrin ilk onilliyində  milli ictimai- bədii fikrimizin 

əlvanlığını və sürətli inkişafını təmin edən əsas şəxsiyyətlərdən biri kimi parlamışdır.  

Əbdürrəhim bəy  Əsəd bəy oğlu Haqverdiyev  1870-ci il mayın 17-də  Şuşa 

şəhərinin yaxınlığındakı Ağbulaq kəndində anadan olmuşdur. Üç yaşında ikən atasını 

itirən Əbdürrəhim əmisi Əbdülkərim bəyin himayəsində böyümüşdür. 

1890-cı ildə Əbdürrəhim bəy Haqverdiyev Şuşa realnı   məktəbinin altıncı sinfini 

bitirib, Tiflis realnı  məktəbinin axırıncı sinfinə daxil olurmuş. Burada rus və Avropa 

klassiklərini öyrənərək, tez-tez teatr tamaşalarına baxırdı.  

Əbdürrəhim bəy Haqverdiyev 1891-ci ildə Tiflis realni məktəbini bitirib, ali 

təhsil almaq üçün Peterburqa getmiş, Yol mühəndisliyi İnstitutuna daxil olmuşdur. 

Peterburqda baxdığı tamaşaların təsirilə Haqverdiyevdə sənətə, teatra olan həvəs 

daha da artmışdı. Gənc yazıçı özünün ilk əsərləri olan “Yeyərsən qaz ətini, görərsən 

ləzzətini”(1892) və “Dağılan tifaq” (1896) əsərlərini də  məhz Peterburqda yazmışdır. 

1899-cu ildə vətənə qayıdan dramatur sonrakı əsərlərini məhz burada yazmışdır. 

 

Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan tarixinin mühüm bir dövrünü öz 



əsəsrlərində  əks etdirmişdir. Onun ədəbi yaradıcılığının inkişaf yolu xalq həyatı ilə, 

cəmiyyətin keçdiyi ziddiyyətli yollarla bağlı olmuşdur. Ilk əsərini çıxmaq  şərtilə 

müəllifin qalan əsərlərində yazıçı get-gedə  həyat sahəsində öz mövqeyini itirən, 

tənəzzülə  uğrayan mülkədarlığın süqutunu təsvir etməklə  bərabər, onun təbiətinə xas 

olan tipik xüsusiyyətləri: yeni qüvvələrə qarşı  çıxdığını, istismarçılığını  əxlaq 

düşkünlüyünü, və  əməkçi insana mənfi münasibətini açıb göstərmişdir. Yazıçı bu 

dövrdə mülkədarlığın çürümə prosesi keçirdiyini, cəmiyyətin ciddi islahatlara möhtac 

olduğunu dərk edən, kəndlilərin hüquqlarını müdafiəyə qalxan surətlər yaratmışdır. 

 “Yeyərsən qaz ətini görərsən ləzzətini” pyesinin mövzusu tacir həyatından 

alınmışdır. Komediya ailədə  fəlakətə  səbəb olan qadınların  şərəf və hüququnu 

ayaqlayan çoxarvadlılıq məsələsinin tənqidinə həsr edilmişdir. Pyes gənc müəllifin ilk 

qələm təcrübəsi kimi qiymətlidir.  

 Azərbaycan klassik realist dramaturgiyasının  ən dəyərli nümayəndələrindən 

sayılan və Haqverdiyevə dramaturq şöhrəti qazandıran “Dağılan tifaq” adlı  məşhur 




 

faciənin yaranmasında  ədibin  Şuşada olarkən müşahidə etdiyi hadisələrin böyük rolu 



olmuşdur. Peterburqa gəldikdən sonra rus ədəbiyyatının  və  mədəniyyətinin qabaqcıl 

ideyaları ilə tanışlıq onun dünyagörüşünün formalaşmasına kömək etmişdi. Dövrün 

tarixi həqiqətləri onun “Dağılan tifaq” əsərində    öz  əksini tapmışdır.  Əsərdə eyni 

zamanda, yaranmaqda olan yeni ictimai qüvvələri təmsil edən Məşədi Cəfər və Cavad 

kimi həyatda fəal  olmağa çalışan tacirlərin, sələmçilərin surətləri yaradılmışdır. Artıq 

elə bir dövr gəlmişdi ki, mülkədarlıq cəmiyyətin təzə meylləri, inkişafı qarşısında duruş 

gətirə bilmir, dağılırdı. 

 Bütün 


bunlar 

XIX 


əsrin sonlarında Azərbaycan mülkədar həyatı üçün səciyyəvi 

bir hal idi və Haqverdiyev də gördüyü həqiqətləri “Bəxtsiz cavan”, “Pəri cadu” 

əsərlərində də əks etdirmişdir. 

 

Əbdürrəhim bəy Haqverdiyevin nəsr yaradıcılığı  ədəbiyyatımızda mühüm yer 



tutur. Yazıçının hekayələri mövzuca müxtəlifdir. Hekayələrin bir qismində çar 

hakimiyyəti dövründə yaşayan satqın, yaltaq, ikiüzlü bəylər xanlar, tacirlər, 

çinovniklərin acgözlüyü tənqid edilir (“Odabaşının hekayəsi”, “Qaban”, “Diş  ağrısı”, 

“Mirzə Səfər”, “Çeşmək”, “Pristav və oğru”) yazıçının istər dramaturgiyası, istərsə də 

nəsr yaradıcılığı Azərbaycan oxucusu üçün böyük əhəmiyyət kəsb etməkdədir. 

 Yazıçı  1933-cü ildə dekabrın 11-də Bakıda vəfat etmişdir. Lakin o xalqımızın 

yaddaşında hər zaman yaşamaqdadır. Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığı hər 

bir gənc üçün tərbiyəvi  əhəmiyyətə malikdir. O həmişə bir klassik kimi bizə  əziz və 

canlıdır.  

 

  



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

II. Yubiley tədbirlərinin keçirilməsi. 



 

Odlar yurdu Azərbaycan dahi oğullar yetişdirmişdir.  Əbdürrəhim bəy 

Haqverdiyev də məhz belə şəxsiyyətlərdəndir. Onun Azərbaycan ədəbiyyatına, tarixinə 

verdiyi töhfələr  əvəzsizdir.  Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan  ədəbiyyatı 

tarixində dramaturq, nasir, teatr xadimi, istedadlı alim və mütərcim kimi daxil 

olmuşdur. Onun ədəbi irsi ədəbiyyatımızın xəzinəsini zənginləşdirən qiymətli töhfədir. 

Xalqını  mədəni, xoşbəxt və azad görmək arzusu hər zaman Haqverdiyevin 

yaradıcılığında mərkəzi yerlərdən birini tutmuşdur.  

 

Zəngin həyat yolu keçən  Əbdürrəhim bəy Haqverdiyev istər inqilabdan əvvəl, 



istərsə  də Sovet hakimiyyəti illərində yazdığı  əsərlərdə ailə, tərbiyə, təhsil,  əxlaq 

məsələlərinə dönə-dönə toxunmuşdur. Onun bir sıra hekayə və dramlarında gənc nəslin 

təlim-tərbiyəsinə kömək edən, dünyagörüşünün təkmilləşməsinə yardım göstərən 

motivlər aydın görünməkdədir. 

 

Haqverdiyevin ictimai həyat hadisələrini dərin bir həssaslıqla izləyib qələmə 



alması, sıravi insanların gün-güzəranını ürək yanğısı ilə izləməsi,  əks etdirməsi 

Haqverdiyevi zamanının  ən məşhur yazıçıları  sırasına çıxarmışdır. Onun müəllifi 

olduğu “Dağılan tifaq” , “Bəxtsiz cavan”, “Ağa Məhəmməd  şah Qacar”, “Pəri cadu” 

kimi realist faciələri tez bir zamanda yalnız Azərbaycanın deyil, bütün Qafqaz teatr 

səhnələrini şöhrətlə dolaşmışdır. Bu əsərlərin hamısı köhnə ictimai quruluşun, istismar 

aləminin labud uçurum qarşısında olduğunu inamla təbliğ edirdi. Ədib yaratdığı 

dramatik əsərlərin ifasında əsl səhnə xadimi kimi iştirak etmiş və bu sənət əsərlərində 

realist sənərkar kimi yetişmiş, şöhrət qazanmışdır.  

 

Məhz belə bir sənətkarın müasir dövrdə yeni nəslə tanıdılması əsas vəzifələrdən 



biridir.  Belə şərəfli bir işdə kitabxanalarda keçirilən tədbirlərin rolu əvəzsizdir.  

 Kitabxanalarda 

keçirilən  ən maraqlı  tədbirlərdən biri icmallardır. Bu səbəbdən 

də  Əbdürrəhim bəy Haqverdiyevin iki cilddə  nəşr olunmuş “Seçilmiş  əsərləri”nin 

icmallarının keçirilməsi oxucularda maraq doğurar. 

 

   Azərbaycan Respublikasının prezidenti İlham  Əliyevin “Azərbaycan dilində 



latın qrafikası ilə kütləvi nəşrlərin  həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il 

tarixli sərəncamı ilə nəşr olunmuş və ölkə kitabxanalarına hədiyyə edilən kitabın hər iki 

cildinin nəşri 2005-ci ildə “Lider nəşriyyat” tərəfindən həyata keçirilmişdir.  

 “Seçilmiş  əsərləri”nin birinci cildinə  ədibin dram əsərləri daxil edilmişdir. 

Tariximizin mühüm bir dövrünü əks etdirən bu əsərlər XX  yüzilin əvvəlində 

Azərbaycan səhnəsində gedən axtarışları ifadə edən səciyyəvi bədii nümunələrdir. 

Kitabda  ədibin yaradıcılığının birinci dövründə yazdığı (1892-1905) “Yeyərsən qaz 

ətini, görərsən ləzzətini ”, “Dağılan tifaq”,  “Bəxtsiz cavan”, “Pəri -cadu” və s. əsərləri 

əksini tapmışdır.  

 Azərbaycan klassik realist dramaturgiyasının ən dəyərli nümunələrindən sayılan 

və Ə. Haqverdiyevə dramaturq şöhrəti qazandıran “Dağılan tifaq” adlı məşhur faciənin 

yaranmasında  ədibin hələ  Şuşada ikən, içərisində dolaşdığı mühiti ətraflı müşahidə 




 

etməsi böyük rol oynamışdır. O hələ yeniyetmə ikən mülkədarlığın iflasını görürdü.  



Bütün bu tarixi həqiqətlər “Dağılan tifaq” faciəsində əks olunmuşdur. “Dağılan tifaq” 

əsərində müəllif Nəcəf bəy və onun “yemək-içmək ”dostu olan bəylərin nüfuzlarının 

azaldığını, fəaliyyətlərinin get-gedə  zəiflədiyini, mübarizə meydanından sıxışdırılıb 

çıxarıldıqlarını göstərmişdir.  Əsərdə eyni zamanda, yaranmaqda olan yeni ictimai 

qüvvələri təmsil edən Məşədi Cəfər və Cavad kimi, həyatda fəal olmağa çalışan 

tacirlərin, sələmçilərin surətləri də yaradılmışdır.  

 “Dünya 

beş gündür, beşi də qara” fəlsəfəsiylə ömür sürən Nəcəf  bəyin 

tərcümeyi-halı Azərbaycan mülkədarlığının keçirdiyi yola uyğundur. O “varlığa nə 

darlıq” deyə israfçılığa başlayır və bunu özü üçün şan-şöhrət bilir. Kəndlilərin alın təri 

ilə qazandıqları  sərvəti, adı  çıxsın deyə, sağa-sola paylayır. Zəhmətsiz,  əziyyətsiz 

yaşadığına görə bu zəhmət adamlarını  bəyənmir. Onun ailəyə, qadına, oğluna 

münasibəti dözülməzdir. Oğlu Süleymanın tərbiyəsiz böyüməsi, atasının yolu ilə 

getməsi onun məhvinə səbəb olur.  

 Eyş-işrət, qumar Nəcəf bəyin ailəsini, var dövlətini ac bir canavar kimi dağıtmış, 

özünü də başqalarına  əl açmağa məcbur etmişdir. Yazıçı, realizmin gücü ilə, öz 

oxucusunu inandırır ki, mülkədarlığın keçdiyi yol budur. 

 Kitabın birinci cildində yer alan əsərlərdən biri də “Bəxtsiz cavan” pyesidir. 

Yazıçı bu əsəri 1900-cu ildə Şuşada qələmə almışdır. Pyesin əsas qəhrəmanı Fərhaddır. 

Faciədəki gənc maarifçi Fərhad surətilə əlaqədar olan və həll edilən məsələlər öz dövrü 

üçün səciyyəvidir. Burada mübarizə “atalar” və “oğullar”  arasında gedir. “Atalar” – 

hacı  səməd ağalar köhnə mülkədar həyatının, dar dünyagörüşün, kütləşmiş  şüur və 

hissin müdafiəçiləridirlərsə, “oğullar” – fərhadlar orta əsr ənənələrinə dözə bilməyən, 

mürtəce və mühafizəkar “atalara” qarşı mütərəqqi fikirlər irəli sürən, elm maarifi təbliğ 

edən, xalq kütlələrinə yaxınlaşan və onların dərdinə şərik olan gözüaçıq gənclərdir. 

 

Fərhad mülkədarları da kəndlilər kimi zəhmət çəkməyə çağırır.  Ədibin özü də 



gənc qəhrəmanı  Fərhad kimi kəndlilərin hüquqsuzluqlarına acıyır, qurtuluş yolu 

tapmağa çalışırdı.  Ə. Haqverdiyev bir demokrat yazıçı kimi artıq Azərbaycan kəndli 

sinfinə, bu ictimai qüvvəyə istinad edirdi. Dövrün əsas ictimai ziddiyyəti, konflikti 

“Bəxtsiz cavan” pyesində açıq  şəkildə qoyulurdu. Bu əsər həmişə cavandır. Belə ki, 

pyes Azərbaycanda, Qafqazda, Volqaboyunda, Orta Asiyada olduğu kimi, İranda da 

böyük müvəffəqiyyətlə tamaşaya  qoyulmuşdur. 

 

Kitabda yer alan digər bir əsər “Pəri cadu” pyesidir.  Pyesdə əsasən ailə-məişət 



məsələsi həll edilir. Əsərdə üç təbəqənin: yoxsulların, ortababların və mülkədarların 

həyatı, ailə münasibətləri təsvir edilmişdir. Qurban pyesin ən mürəkkəb ruhi hala malik 

surətlərindən biridir. Onun arvadı gözəl xasiyyətli olsa da, zahirən çox çirkindir. Bu 

vəziyyət gözəl, boylu-buxunlu Qurbanı narahat edir. O əvvəlcə Hafizə xanımla, onu 

öldürdükdən sonra isə başqa bir xanımla ailə qurur. Qurban tutduğu işlərə görə peşman 

olduqda isə çox gec olur. Beləliklə Qurban öz əməllərinin qurbanı olur. Yazıçı 

xatırladır ki, zəhmət insanda yüksək alicənab xasiyyətlər yaradır. Ədibin fikrincə, gözəl 



 

insani keyfiyyətlər pula, var-dövlətə, sərvətə bağlanmış varlı  təbəqələrdə  və onlara 



nökərçilik edənlərdə ola bilməz.  

 

 Ədəbiyyat tariximizdə ikinci tarixi faciə olan “Ağa Məhəmməd  şah Qacar” 



pyesi  də “Seçilmiş  əsərlərin” birinci cildində yet alır.  Ə. Haqverdiyev tarixi 

həqiqətlərə sadiq qalaraq, faciədə İranın qəddar şahı olan Ağa Məhəmməd şah Qacarın 

istilaçı siyasətini, Tiflisə, Qarabağa hücumunu təsvir etmişdir. 1907-ci ildə  və ondan 

sonra, uzun zaman böyük müvəffəqiyyətlə səhnədə nümayiş etdirilən faciənin müasir 

ruhunu gücləndirən əsas səbəblərdən biri də Qacar simasında işğalçı müharibənin ifşası 

idi.  


 Qacar 

surəti yazıçının realist üslubuna uyğun olaraq, eyni zamanda, ikiüzlü, 

alçaq, qaniçən fəryadlardan həzz alan bir cani və işğalçı kimi daha çox nəzəri cəlb edir. 

Haqverdiyev də realist bir sənətkar kimi şahın bütün mənfi xüsusiyyətlərini qələmə 

almışdır. 

 Kitabın ikinci cildində yazıçının hekayələri, məqalə  və  məktubları öz əksini 

tapmışdır.  

 

Ədib hekayələrində  burjua-mülkədar  cəmiyyətinin  ayrı-ayrı  nöqsanlarını, 



ictimai  xəstəliklərini  qeyd  edərkən  gülüşdən, 

 

onun  müxtəlif  şəkillərindən istifadə 



edir.  “Bomba”,  “Qiraət”,  “Diş  ağrısı” hekayələrində    isə  gülüşün  arxasında  göz  

yaşları da durur.  Ə.  Haqverdiyevin  hekayələrində,  bir  çox  müasirlərinin  

yaradıcılığında  olduğu  kimi  təlim-tərbiyə    məsələlərinə xeyli yer 

 

verilmişdir.“Şikayət”  hekayəsində  din  ilə  elm  arasında ziddiyyət,  yeni  təlim-



tərbiyənin  xalqı  ayıq saldığını dərk edən din nümayəndələrinin müxtəlif fırıldaqlara əl 

atmaları  təsvir olunmuşdur. Vəzifəsinə pul, qazanc  mənbəyi  kimi baxan, tipin  öz 

sözü  ilə  dеyilsə  “başını girləyən  “uçitеl” Mirzə  Səttarın  “Gеdirəm dərs gətirməyə!” 

sözlərini nəinki uşaqlar, böyüklər də əzbər bilirlər. 

Ə. Haqvеrdiyеv hеkayələrinin  əsas mövzularından biri mövhumatın tənqididir. 

“Cəhənnəm məktubları”, “Mоzalan bəyin səyahətnaməsi”, “Marallarım” kimi 

əsərlərində müəllif cəhalət, nadanlıq və köhnə  еtiqadlara istеhza  еdir, xalqın ruhunu, 

zеhnini zəhərləyənləri kəskin tənqid atəşinə tuturdu.   

 Yubiley 

münasibətilə bütün kitabxanalarda tədbirlərin keçirilməsi nəzərdə 

tutulmuşdur.  Kitabxanalarda uşaqların sevimli tədbirlərindən biri Ucadan oxudur. Elə 

bu səbəbdən də yazıçının bir-birindən maraqlı hekayələrinin - “Ata və oğul”, “Bomba”, 

“Marallarım”, “Qiraət”, “Pir”, “Mirzə Səfər” - ucadan oxusunun təşkili maraqlı olar.  

 Bütün 


bunlarla 

yanaşı hekayələrdən istifadə edərək səhərciklər də  təşkil etmək 

mümkündür. Onu da qeyd edək ki, səhərciklər uşaq psixologiyasına daha çox təsir edən 

kitabxana tədbirlərindən biridir. Belə ki, uşaqlar gördüklərinin təsirinə daha tez 

düşürlər. Bu məqsədlə “Bomba”  hekayəsinin səhərciyini sizə təqdim edirik. Hekayədə  

hər kəsin bacardığı  işlə  məşğul olması, təhsilin insan həyatındakı rolu, insanın daim 

inkişafda olub, biliyini artırması fikirləri ön planda durur. 

Aparıcı: Qorodovoy 

Kərbəlayi Zal iyirmi beş ildən artıq idi polis idarəsində 

xidmət edirdi. Onun arvadı hərdənbir deyərdi: 




 

Arvad: A 



kişi, sənin saqqalına nə  şaşka yaraşır, nə  də  şapka. Gəl sən bu 

qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış.  

Kərbəlayi Zal: 

Arvad,  sən hökümətin söhbətini anlamırsan. Bir-iki ildən sonra 

pensiyəyə çıxacam. Bundan sonra oturub pensiyəni yeyərik. 

Aparıcı: Bu 

dəfə  Kərbəlayi Zalın ovqatı  təlx idi. Dəftərxanada pristav onu 

çağırıb demişdi: 

Pristav:   Kərbəlayi Zal, sədən narazıyam. Sən dünya görmüş qorodovoysan.

 Bununla 

belə dünən Rusiyadan gəlmiş qorodovoy, görürsən, bomba      

  

 



tapır, tüfəng tapır, patron tapır... həm ağasının üzünü ağ eləyir, həm  

özünün. Amma sən indiyədək bir sınıq balta da tapmamısan.  

Görünür, sən ya rüşvət alırsan, yainki qocalıb zay olubsan. Əgər  

belə getsə, bizim bir yerdə qulluq etməyimiz tutmayacaq.  

Aparıcı:   Kərbəlayi Zal axşam evə bikef gəldi.Yemək yeyib getdi qarovula. O  

“Qanlı küçə” ilə “Zavallı” küçənin küncündə durub pristavın  

sözlərini fikir edirdi. Gecədən bir xeyli keçmiş Kərbəlayi gördü ki,  

usta Feyzulla nalbəndin qapısında bir kişi dayandı. Yedəyində də   

bir at, atın üstündə də bir cüt çuval və çuvalın içində də bir növ  

girdə şeylər. At sahibi ilə ev sahibi çuvalları atın üstündən alıb  

ehmallıca evə apardılar. 

Kərbəlayi Zal: 

Daha baxtımın ulduzu parıldadı. Gecənin bu vaxtında gələn girdə  

şey xatalı ola bilər.  

Aparıcı: 

 

O saat fit çaldı, yaxındakı qorodovoy Patap gəldi.  



Kərbəlayi Zal:        Vot Patap, bomba rabatay! 

Patap:  


 

Qde? 


Kərbəlayi Zal:        Dom Feyzulla bomba pirnesom. 

Aparıcı: 

          Patap İvana xəbər elədi, İvan oqolodoçniyə, oqolodoçni pristava,    

pristav  qala  bəyinə, qala bəyi jandarmlar  rəisinə. Yarım saatdan 

sonra usta Feyzullanın evini qorodovoy, saldat  bürüdü. Feyzulla 

qapını açan kimi dili tutuldu: 

Feyzulla: 

          Bəs niyə buyurubsunuz?  

Kərbəlayi Zal:        Danışma gərək sənin evin axtarılsın. 

Patap:  


 

Barin, vot, vot bomba! 

Aparıcı:   Heç 

kəs çuvalların ağzını açmağa cürət etmirdi.   

Feyzulla:  

Ay 


ağalar, o çuvalların nəyindən qorxursunuz? Izin verin,  

qollarımı açsınlar, o çuvalların içindəkiləri bir-bir çıxarıb sizə 

göstərim.  

(Onun qollarını açırlar.) 

Aparıcı: Feyzullanın qollarını açırlar. Gəlib çuvalın ağzını açıb beş  dənə 

qarpız çıxarır. O biri çuvalda da qarpızdan başqa heç nə yox idi. 

Səhər Kərbəlayi Zalı işdən xaric etdilər. 



 

Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığı ilə oxucuları daha yaxından tanış 



etmək üçün kitab sərgisinin təşkil edilməsi də məqsədə uyğundur. Sərgini “Xalqımızın 

ölməz sənətkarı”, “Realist sənətkar”, “Ölməz sənətkar Ə. Haqverdiyev” adları altında 

keçirmək olar. Sərginin nümunəsini aşağıda təqdim edirik: 

 

  



 

 

 



 

 

 



 

 

  



 

 

 



     

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

1.

 



 

Başlıq – “Ölməz sənətkar” 

2.

 



Portiret  və səhnələşdirilmiş əsərlərindən olan şəkillər. 

3.

 



Yarım başlıq – Seçilmiş əsərləri. 

4.

 



Yarım başlıq - Ayrı-ayrı  kitabları.  

5.

 



Marallarım. 

6.

 



Diş ağrısı. 

7.

 



Mozalanbəyin səyahətnaməsi. 

8.

 



Bəxtsiz cavan. 

9.

 



Qoca tarzən. 

10.


 

Fərman və Gövhərtac. 

11.

 

Yarım başlıq – Haqqında olan ədəbiyyat. 



12.

 

Mirzə Abay Dağlı – Səslərəm səni. 



13.

 

İlham Rəhimli – Səhnəmizin fədailəri. 



 

 

  



 

_________ 

1

 _________ 



 

  

 



_________ 

2

 _________ 



 

  

_______________  



   _______________ 

 

  

 



_________ 

4

___________ 



 

 _______ 

5

 ______ 


 

______ 


_______ 


 

 ______ 


_______ 


 

______ 


8

 _______ 

 

 ______ 


9

_______           

______ 

10

_______ 



                                          _________ 

11

___________ 



 

 ______


12

_______ 


 

______


13

________ 

 

______


14

_______ 


 

______


15_

_______ 


______

16_


_______ 

 

______



17

_________ 




10 

 

14.



 

Teymur Əhmədov – Ədəbi qeydlər. 

15.

 

XX əsr Azərbaycan Ədəbiyyat məsələləri. 



16.

 

Məsud Əlioğlu – Məhəbbət və qəhrəmanlıq 



17.

 

Məsul Əlioğlu – Haqverdiyevin idealları 



 

   


 

 

 



 

Sərgidə verilmiş sitatlar 

1. Əbdürrəhim bəy Haqverdiyev xalqını böyük məhəbbətlə sevən, onun övladlarını 

daim tərəqqidə görmək istəyən alovlu vətənpərvər yazıçı və ictimai xadim idi. 



   

 

 

 

 

                                                  Nadir Vəlixanov 

                                                                                               Filoloji elmlər namizədi 

 

2. Əbdürrəhim bəy Haqverdiyev hər  şeydən qabaq “Molla Nəsrəddin” məcmuəsinin 

ibtidasından... məcmuənin  ən yaxın  əməkdaşlarından və  məsləhətçilərindən hesab 

olunur. Qoca əməkdaşımızın bu günlərdə təhiyyə olunan yubileyini “Molla Nəsrəddin” 

öz bayramı kimi alqışlayacaqdır. 

   

 

     



 

 

 



 

 

           Cəlil Məmmədquluzadə. 



   

 

 

 

 

 

 

 

 

         Yazıçı-dramaturq 

3. 50  illik fəaliyyəti müddətində bir çox ədəbi və  mədəni izlər buraxıb gedən  Ə. 

Haqverdiyev daim tərəqqipərvər olmuş, yalnız yeniliklə maraqlanmaqla 

kifayətlənməyib, bu yeniliklərin həyata keçməsi uğrunda mübarizə etmişdir. 

   


 

 

 



 

 

 



 

            Hacıbaba Nəzərli. 



   

 

 

 

 

 

 

 

 

 

Yazıçı 

 

4. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan  ədəbiyyatı tarixində dramaturq, nasir, 

teatr xadimi, istedadlı alim və mütərcim kimi məşhurdur. Onun ədəbi irsi 

ədəbiyyatımızın xəzinəsini zənginləşdirən qiymətli mirasdır. Xalqını  mədəni, xoşbəxt 

və azad görmək arzusu Haqverdiyevin yaradıcılığında mərkəzi yerlərdən birini tutur. 

   

 

 



 

 

 



                                                                                                  Əbdül Əzizov.  

 

 

    Filologiya 

elmləri namizədi 

   

 

Sevimli yazıçımızı oxuculara tanıtmaq onlara sevdirmək üçün sual-cavab gecəsi 

təşkil etmək olar: 

1. Əbdürrəhim bəy Haqverdiyev kimdir? 

Ə. Haqverdiyev xalqımızın böyük sənətkarı, yazıçı, publisist, dramaturqdur. 



2. Ə. Haqverdiyev neçənci ildə, harada anadan olmuşdur? 

Ə. Haqverdiyev 1870-ci ildə may ayının 17-sində Şuşa şəhərində anadan olmuşdur. 



3. Ə. Haqverdiyevin ilk əsəri hansıdır? 

Ə. Haqverdiyevin ilk əsəri “Yeyərsən qaz ətini, görərsən ləzzətini” dramıdır. 




11 

 

4. Yazıçının daha hansı dram əsərləri ilə tanışsınız? 

 “Dağılan tifaq”, “Bəxtsiz cavan”,  “Ağa Məhəmməd  şah Qacar”, “Pəri cadu”,   “Ac 

həriflər”, “Qoca tarzən”, “Millət dostları”, “Qırmızı qarı”, “Köhnə dudman”,  

“Vavelya”, “Padşahın məhəbbəti”, “Kimdir müqəssir”, “Baba yurdunda”, “Yoldaş    

Koroğu”. 



5. Ə.Haqverdiyevin hansı əsəri Azərbaycan ədəbiyyatındakı ikinci faciədir? 

“Ağa Məhəmməd şah Qacar” əsəri Nəriman Nərimanovun “Nadir şah” əsərindən sonra 

yazılmış ikinci faciədir. 

6. Ə. Haqverdiyevin hansı hekayələrini tanıyırsınız? 

“Odabaşının hekayəsi”, “Çeşmək”, “Mirzə Səfər”, “Pristav və oğru”, “Diş ağrısı”, “İt 

oyunu”, “Qaban”, “Keçmiş günlər”, “Söhbət”, “Haqq Mövcud” və s. 

7. Ə. Haqverdiyev nə zaman və harada öz dünyasını dəyişmişdir? 

Ə. Haqverdiyev 1933 –cü ildə Bakıda öz dünyasını dəyişmişdir. 

   

Məktəb yaşlı oxuculara  Əbdürrəhim bəy Haqverdiyevi sevdirmək,  əsərlərini 



təbliğ etmək məqsədilə məktəblərdə şagirdlər arasında rəsm müsabiqəsi keçirmək olar. 

Ancaq bu dəfə  təşkil ediləcək müsabiqədə  uşaqlara dramaturqun ən çox sevdikləri 

əsərinə illustrasiya çəkmək tapşırığı verilərsə, uşaqlar yazıçının  əsərləri ilə daha 

yaxından tanış olmaq imkanı qazanarlar.  

 

Ə. Haqverdiyevin yaradıcılığı ilə bağlı  rəsm sərgisi də  təşkil etmək  olar.    



Sərgidə verə biləcəyiniz bir neçə şəkili sizə təqdim edirik.  

 

Rəsm sərgisi: 

 

 

 



 

 

Ə. Haqverdiyevin “Dağılan tifaq”  



pyesindən bir səhnə 

Ə. Haqverdiyevin “Pəri-cadu”  

pyesindən bir səhnə 


12 

 

   



 

 

   

 

      

Kitabxanalarda oxucular arasında onların  Əbdürrəhim bəy Haqverdiyevlə bağlı 

fikirlərini öyrənmək məqsədilə  anket sorğuları  təşkil edə bilərik. Sorğuda təqdim 

olunan sualların cavablarını açıq və qapalı  təqdim edirik ki, oxucular öz fikirlərini 

rahatca ifadə edə bilsinlər: 

1. Ən sevimli şair və yazıçınızın adını qeyd edin. 

 

 



     ☺ 

 

2. Əbdürrəhim bəy Haqverdiyevi tanıyırsınızmı? 

 

    ☺Bəli 



    ☺Xeyir 

 

3.  Əbdürrəhim bəy Haqverdiyevin  əsərlərilə tanışsınızmı? 

      

     ☺Bəli 



     ☺Xeyir 

 

4. “Yeyərsən qaz ətini, görərsən ləzzətini” dramını oxumusunuzmu? 

 

    ☺Bəli 



    ☺Xeyir 

 

5. “Bəxtsiz cavan” əsərinin müəllifi kimdir? 

   ☺ 

 

 



6. “Nəcəf bəy” Ə. Haqverdiyevin hansı əsərinin obrazıdır ? 

 

Ə. Haqverdiyevin “Dağılan tifaq” 



pyesindən bir səhnə 

Pəri-cadu  əsərinin uşaqlar üçün 

hazırlanmış tamaşasından bir 

səhnə


13 

 

  ☺ 



 

 

7.  Əbdürrəhim bəy Haqverdiyevin hekayələrini oxumusunuzmu? Oxumusunuzsa bir 

neçəsinin adını qeyd edin. 

 

☺ 



 

 

8. Ə. Haqverdiyevin “Molla Nəsrəddin” jurnalında hansı imzalarla çıxış etdiyini 

bilirsinizmi? Əgər bilirsinizsə bir neçəsini qeyd edin. 

 

 ☺ 



 

 

9. “Bəxtsiz cavan”, “Dağılan tifaq” əsərlərinin hansı janrda yazıldığını bilirsinizmi? 

Əgər bilirsinizsə, qeyd edin. 

 

 



☺Bəli 

☺Xeyir  


 

10.  Əbdürrəhim bəy Haqverdiyevin ən çox sevdiyiniz əsərinin adını qeyd edin. 

 

☺ 



 

 

 

Bildiyimiz kimi orta məktəblərdə yuxarı sinif şagirdlərinə  Əbdürrəhim bəy 

Haqverdiyevin həyat və  fəaliyyəti tədris olunur. Uşaqların sənətkar haqqında olan 

biliklərini yoxlamaq məqsədilə  onuncu və on birinci sinif şagirdlərinə  təqdim etmək 

üçün testlərin tərtib edilməsi də məqsədə uyğundur. Belə nümunələrdən aşağıda qeyd 

edirik. 

 

1.



 

Əbdürrəhim bəy Haqverdiyev neçənci illər arasında yaşayıb fəaliyyət göstərmişdir? 

 

A.

 



1860-1970 

B.

 



1870-1933* 

C.

 



1880-1944 

D.

 



1875-1930 

 

2.



 

“Nəcəf bəy” Əbdürrəhim bəy  Haqverdiyevin hansı əsərinin qəhrəmanıdır? 

 

A.

 



Dağılan tifaq* 

B.

 



Bəxtsiz cavan 

C.

 



Yeyərsən qaz ətini, görərsən ləzzətini. 


14 

 

D.



 

Pəri cadu 

 

3.

 



“Xortdan”, “Lağlağı”, “Mozalan” imzaları kimə məxsusdur? 

 

A.



 

Cəlil Məmmədquluzadə 

B.

 

Əbdürrəhim bəy Haqverdiyev* 



C.

 

Mirzə Ələkbər Sabir 



D.

 

Nəriman Nərimanov 



 

4.

 



Əbdürrəhim bəy Haqverdiyev hansı dövrü nəşrdə “Xortdan”, “Lağlağı”, “Mozalan” 

imzaları ilə çıxış edir? 

 

A.

 



Füyuzat 

B.

 



Əkinçi 

C.

 



Molla Nəsrəddin* 

D.

 



Həyat 

 

5. Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” əsəri hansı janrda yazılmışdır? 



 

A. roman 

B. komediya 

C. faciə * 

D. poema 

 

6.



 

Əbdürrəhim bəy Haqveridyevin hansı əsəri tarixi faciə janrında yazılmışdır? 

 

A.

 



Bəxtsiz cavan 

B.

 



Dağılan tifaq 

C.

 



Yeyərsən qaz ətini, görərsən ləzzətini. 

D.

 



Ağa Məhəmməd şah Qacar* 

 

7.



 

Əbdürrəhim bəy Haqveridyevin yaradıcılığı neçə dövrə bölünür? 

 

A.

 



B.

 



3* 

C.

 



D.

 



 

8.



 

Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Yeyərsən qaz 

ətini, görərsən ləzzətini” əsərlərini yaradıcılığının hansı dövründə yazmışdır? 

 



15 

 

A.



 

I dövründə (1892-1905)* 

B.

 

II dövründə (1905-1920) 



C.

 

III dövründə (1920-1933) 



D.

 

IV dövründə (1930-1933) 



 

9.

 



Aşağıdakı hekayələrdən hansı Əbdürrəhim bəy Haqverdiyevə məxsusdur? 

 

A.



 

 Kişmiş oyunu 

B.

 

 Quzu 



C.

 

 Bomba* 



D.

 

 Xanın təsbehi 



 

10.


 

“Dünya beş günlükdür, beşi də qara” fikri Əbdürrəhim bəy Haqverdiyevin hansı 

əsərinin obrazına məxsusdur? 

 

A.”Müsibəti - Fəxrəddin”əsərində Fəxrəddin surəti 



B. “Bəxtsiz cavan” əsərində Fərhad surəti 

C. “Pəri cadu” əsərində Qurban surəti 

D. “Dağılan tifaq” əsərində Nəcəf bəy surəti* 

 

 



Ədəbi bədii gecələr oxucuların sevimli tədbirlərindən biridir. Odur ki, görkəmli 

yazıçımız  Ə. Haqverdiyevə  həsr olunmuş  ədəbi bədii gecənin təşkili oxucuların çox 

marağına səbəb ola bilər. Bu səbəbdən də hazırladığımız  ədəbi bədii gecənin 

ssenarisini sizə təqdim edirik:   

I Aparıcı:  

Salam əziz uşaqlar və qonaqlar. Hamınızı xoş gördük. Bu gün bura 

yığışmağımızın səbəbini bilirsinizmi? 

II Aparıcı: 

Əziz dostlar, hörmətli qonaqlar, bu gün sevimli yazıçımız 

Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 140 illiyidir.  Bu 

münasibətlə kitabxanamızın hazırladığı tədbiri açıq elan edirik. 

I Aparıcı: Hamımızın bildiyi kimi Əbdürrəhim bəy Haqverdiyev bir çox 

əsərlərin müəllifi olmaqla yanaşı həm də, xalqımızın maariflənməsi 

məqsədilə mühüm addımlar atmışdır.  

II Aparıcı:  

Dostlar, siz uşaqların yaxşı təhsil alması sevimli yazıçımızı narahat 

edən məsələlərdən biri olmuşdur. Axı uzaqgörən yazıçımız 

vətənimizin gələcəyinin sizlərdən asılı olduğunu yaxşı bilirdi. Yəqin 

ki, hamınız dramaturqun “Bəxtsiz cavan” əsərini oxumusunuz. 

Əsərdə Haqverdiyevin elmə təhsilə necə münasibət bəslədiyinin bir 

daha  şahidi oluruq. Indi həmin  əsərdən bir səhnəni sizlərə  təqdim 

edirik. 


 

(Oxucular səhnəyə daxil olurlar  və  əsərdən bir səhnəni canlandırırlar. 




16 

 

Səhnədə  Səməd  ağanın otağı əks olunmuşdur. Otaqda Hacı Səməd və Fərhad əyləşib.) 



 

Hacı  Səməd ağa: Bala, şükr olsun ki, bir belə zəhmətdən sonra oxuyub dərsini tamam 

elədin. Indi mən də qocalıb  əldən düşmüşəm. Oturarsan öz mülk-

maaşının üstündə, mülkün də, Allaha şükür, ucu-bucağı yoxdur, 

əgər oturub abad eləsən, özündən də savayı neçə adam saxlarsan. 

Fərhad: Doğrudur,  əmi. Bu sözləri buyurursan, amma məgər mən bundan 

ötrü sümük sındırmışam ki, axırı gəlib əkinçilik eləyim? Əgər belə 

idi heç əvvəldən oxumazdım. Bir belə  zəhməti çəkincəyə  qədər 

gedərdim əkinçiliyə. 

Hacı Səməd ağa: Xub, 

bəs belə olan surətdə sənin fikrin nədir?  

Fərhad: Bağışlayın,  əmi, insan ki, elm oxudu, gərək onun elmindən 

elmsizlər  az-çox mənfəətbərdar olsunlar. Elm oxuyanlar gərək 

korlara göz, qaranlıqda qalanlara, çıraq olsunlar. Elmli adamlar 

hamıdan artıq bizlərə lazımdır. Çünki, camaatımız başsızdırlar. Bu 

vəzifəni yerinə yetirməkdən ötrü mənim elmim kifayət etməz. Indi 

mənim fikrim budur ki, Musa ilə belə danışmışıq ki, bir yerdə gedək  

Xarkov şəhərinə. Orada həkimlik oxuyub qurtaraq. 

Hacı Səməd ağa:   Ay, balam, bu dilləri sənə kim öyrədib? Sən ki, bir sadədil uşaq 

idin?! Oğlum, Fərhad, qurbanın olum bu fikirləri başından çıxart. 

Indiyədək oxuyubsan, rusun dilini bilirsən, elə o sənə kifayətdir. 

Ömürlər olub gödək. Bundan sonra get təzədən oxu, zəhmət çək, 

pənah Allaha, ola ya, olmaya! Get, əlbəttə bu fikirlərdən düş. Sənin 

başına dönüm, hələ  sən uşaqsan, beynin dolu qandır. Amma biz 

dünyada saqqal ağardıb, diş tökmüşük. Heç sənin məsləhətin deyil 

ki, bizim sözümüzdən çıxasan. 

II Aparıcı: Uşaqlar, səhnəcikdən gördüyünüz kimi Ə.Haqverdiyev sizlərin 

təhsilinə, maariflənməyinizə olduqca həssaslıqla yanaşırmış. Elə 

buna görə  də sizin üzərinizə düşən başlıca vəzifə  də bu etimadı 

doğrultmaqdır. Sevimli yazıçımızın gələcək inkişafımız üçün nələrin 

vacib olduğunu bilməkdən ötrü onun əsərlərini oxumağınızı sizə 

tövsiyyə edirik. 

I Aparıcı: 

 Uşaqlar, yəqin ki, hamınız rus təmsilçisi Krılovun təmsillərini 

oxuyursunuz? Bəs heç düşünmüsünüz ki, sizin sevərək oxuduğunuz 

bu şeirlər kimlər tərəfindən tərcümə olunub ?! 

II Aparıcı: Bu 

şeirlərin bir çoxunu Əbdürrəhim bəy Haqverdiyev  siz uşaqların 

oxuya bilməsi üçün doğma dilimizə tərcümə etmişdir. İndi isə həmin 

təmsillərdən birini oxucumuzun ifasında sizə təqdim edirik: 

(Oxucu Krılovun “At  və Eşşək” şeirini söyləyir.) 

 Ittifaq düşmüşdü atın yanında 

   

 

 



 

    Bir eşşək gedirdi bir karvanda. 




17 

 

   



 

 

 



    Kişnəyərək at gedirdi keyfi kök, 

  

 



 

 

    Çünki heç yox idi onun üstə yük. 



    Az qalırdı çıxa eşşəyin canı, 

    Çox yükləmiş idi çünki heyvanı. 

   

 

 



 

    Yalvardı o ata, dedi:  ay qardaş, 

   

 

 



 

    Biz ikimiz varıq bu yolda yoldaş. 

   

 

 



 

    Yükdən gəl sən bircə xırda şey götür. 

    

 

 



 

    Rəhm et, kömək əlini mənə yetir. 

  

 

 



              Cavab verdi, at söylədi: ay axmaq, 

                                             Məgər çətindi sənə bunu qanmaq 

   

 

 



             Ki, mən özüm nəcib atlardan olam, 

    


 

 

 



    Belimə eşşəyin yükünü alam? 

                                             Bir az getdi, eşşək yıxılıb öldü, 

                                             Nəcib at o vədə öz işini bildi. 

                                             Eşşəyin yükünü götürdü bütün, 

                                             Dərisin də aldı üstünə yükün. 

 I Aparıcı:  

Əziz qonaqlar,  yəqin  Əbdürrəhim bəyin həyatı ilə bağlı hadisələr 

hamınız üçün maraqlı olar.  

 II Aparıcı: Bunu 

nəzərə alaraq növbəti səhnəciyimizi sizə  təqdim edirik. Onu 

da qeyd edək ki, səhnəcik həvəskar oxucumuzun ifasında təqdim 

olunur. Səhnəcikdə    bəstəkar, dirijor, musiqişünas alim, 

Azərbaycanın xalq artisti Əfrasiyab Bədəlbəylinin  Ə. Haqverdiyev 

haqqında xatirəsi canlandırılır. 



 (Ə. Bədəlbəyli obrazı oxucu tərəfindən canlandırılır.  Ə. Haqverdiyevin çıxış etdiyi 

səhnələri isə  pərdə arxasındakı II oxucumuzun səsi canlandırır. Lakin onun özü 

səhnədə görünmür. Bu da xatirənin daha təsirli olmasına səbəb olur. I Oxucu yazı 

masasının arxasında oturmuşdur. Onun önündə  vərəqlər,  əlində isə  qələm var.   

Zahirən və geyimindən  Əfrasiyab Bədəlbəylini xatırladır . O üzünü qonaqlara tutaraq 

sözə başlayır: ) 

Ə. Bədəlbəyli:        Onun adını ilk dəfə 1920-ci ildə - Azərbaycanda Sovet               

hakimiyyəti qurulanda eşitmişəm. O vaxt 13 yaşım var idi. İnsanın 

qəribə yaddaşı olur. Xeyli vaxt əvvəl baş vermiş hadisəni yaxşı 

xatırlayır və elə düşünürsən ki, bu, dünən baş vermişdir. Mənim də 

yaxşı yadımdadır ki, bir dəfə atam Əbdürrəhimbəy Haqverdiyevin 

qonaqlığına getməyə hazırlaşırdı. Danışığından hiss olunurdu ki, o, 

böyük sənətkarla tanışlığı ilə  fəxr edir. Qonaqlıqdan qayıdarkən 

atam həmin gecə haqqında elə  həvəslə, elə ürəklə danışırdı ki!..  

O, Haqverdiyevi mən hələ dünyaya gəlməmişdən tanıyırdı. Axı, o, 

həvəskar müğənni, teatr vurğunu idi. Hərdənbir səhnədə  Məcnun 

rolunda da çıxış edirdi. Tezliklə  mənim həyatımda mühüm hadisə 

baş verdi. Mən  Şövkət Məmmədovanın açdığı teatr məktəbinin 



18 

 

dinləyicisi oldum. Əbdürrəhim bəy bizə diksiyadan dərs deyirdi. 



Hərçənd onun özünün diksiyası aydın deyildi. Lakin o, şerləri qeyri-

adi oxuyardı. Çünki Azərbaycan  şeirinin ritm ölçüsünü çox gözəl 

bilirdi. O, şer oxuyanda biz nəfəsimizi çəkmədən dinləyərdik. Onun 

dərsini həmişə səbirsizliklə gözləyərdik. İkinci dəfə Haqverdiyevlə 

öz gücümü musiqi sahəsində  sınamağa başlayanda görüşdüm.  Ə. 

Haqverdiyev "Köhnə  nəsil" adlı pyes yazmışdı. Musiqisi isə 

Mailyana tapşırılmışdı. Bir dəfə yazıçı ikimizi də çağıraraq, 

bəstəkara dedi:  

Ə. Haqverdiyev:   Tanış olun, mənim yerlimdir. Dinləmişəm. O, Qarabağ 

melodiyalarını yaxşı bilir. Yəqin ki, sənə köməyi dəyər. 

Ə. Bədəlbəyli:       Bir dəfə də Ə. Haqverdiyev  mənə dedi:  

Ə Haqverdiyev:     Sən musiqiçisən, ədəbiyyatı da yaxşı bilirsən. Məsləhət görərdim ki, 

poetik söz və musiqi problemi ilə  məşğul olasan. Avropada bu 

mövzu çoxdan və dərindən işlənib, rus musiqişünasları da bu sahədə 

öz işlərini davam etdirirlər. Niyə Azərbaycanda belə bir mühüm 

məsələyə aid elmi əsərlərimiz olmasın... Mən cavan deyiləm - 63 

yaşım var. Bu, elə bir vaxtdır ki, qəmli-qəmli düşünürsən: hələ 

görülməli nə qədər iş var?!  

Ə. Bədəlbəyli:     İndi də gənclik illərimdə olduğu kimi, Haqverdiyevin həmin sözləri 

qulağımda səslənir. Onun bu məsləhətini həyata keçirmək 

məqsədilə tələbələr üçün "Söz və saz" adlı vəsait hazırlayıram. (Bu 

sözü deyərkən masanın üstündəki kağızlara işarə edir.) Əbdürrəhim 

bəy Haqverdiyev haqqında dərsliklərdə yazırlar: "...Azərbaycan 

realist  ədəbiyyatının görkəmli  nümayəndələrindən biri"... Hamısı 

düzdür. Lakin mənim yaddaşımda başqa bir Haqverdiyev yaşayır. 

Xalq üçün alışıb yanan, sadə, lakin olduqca işgüzar gözəl  ədib və 

gözəl müəllim. Bir sözlə, əsil insan!..  

I Aparıcı:           Əziz qonaqlar, balaca dostlar, ümüd edirik tədbirimiz xoşunuza gəldi.  

II Aparıcı:  Sevimli 

sənətkarımız haqqında olan məlumatınızı artırdıqsa, ona olan 

hörmətinizi, sevginizi daha da çoxaldıqsa demək ki istəyimizə nail ola 

bildik. 


I Aparıcı:  

Sizinsə üzərinizə bir vəzifə düşür, əzizi uşaqlar, Ə. Haqverdiyev kimi 

böyük sənətkarımızın istəyini, arzusunu doğrultmaq vətənə, xalqa 

laiqli övlad olmaq. 

II Aparıcı:  Sağ olun. Gələn görüşlərədək. 

  

 



 

 

 



 

 

 


19 

 

Ədəbiyyat siyahısı 

 

Internetdə: 

www.google.az

 

 

 Kitablar: 

 

1.Əbdürrəhim bəy Haqverdiyev, Seçilmiş əsərləri. İki cilddə. I cild. B.: Lider     

    nəşriyyat, 2005.- 504 səh. 

2.Əbdürrrəhim bəy Haqverdiyev. Seçilmiş əsərləri. Iki cilddə. II cild. B.: Lider    

   nəşriyyat, 2005.- 408 səh. 

3. Teymur Əhmədov. Ədəbi qeydlər. B.: Nurlan, 2005.- 184 səh. 

4. Rəhimli İlham. Səhnəmizin fədailəri. B.: QAPP-POLİQRAF, 2002.- 304 s. 

5. Mirzə Abay Dağlı. Səsələrəm səni. B.: Şuşa, 2002.-200s. 

6. Əli Nazim. Seçilmiş əsərləri. B.: Yazıçı, 1997.- 374 s. 

7. Məsud Ə. Məhəbbət və qəhrəmanlıq.B.: Yazıçı, 1979.-460 s. 

 

 

Dövrü mətbuatda: 



 

1.

 



Novruzov T. Poetik təhlilin imkanları //Azərbaycan müəllimi.-1989.-8 sentyabr. 

2.

 



Mir Cəlal. Böyük ədib //  Bakı.- 1970.-24 dekabr. 

3.

 



Bayramoğlu Alxan. Böyük zəhmətin bəhrəsi // Respublika.- 2008.- 19 dekabr.-s4 

4.

 



Məmmədli Razim. Ə. Haqverdiyev gürcüstan parlamentində // Bakı.- 1994. 

5.

 



Bəxtiyar oğlu Nemət. Əbdürrəhim bəy Laçında doğulmuşdur // Azərbaycan  

    müəllimi.-1992.-26 mart 

6.Qocayeva Güldəniz. Əbdürrəhim bəy Haqverdiyev -130 // Azərbaycan müəllimi.  

   1992. 12-20 dekabr. 



 

 

    


Tərtib edən:    Xəyalə Xəlilova – F. Köçərli adına Respublika Uşaq Kitabxanası elmi  

                         metodika şöbəsinin baş  kitabxanaçısı 

Redaktor:       Fizurə Quliyeva – F. Köçərli adına Respublika Uşaq  

        Kitabxanasının  direktoru  



 

 

 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə