Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə4/17
tarix31.10.2018
ölçüsü1,21 Mb.
#76970
1   2   3   4   5   6   7   8   9   ...   17

 

                                                

 



 

Bakı kəndlərinin mənzərəsini canlandıran neçə-neçə belə hekayə və povestləri son 

50 illik ədəbiyyatımızın həmiĢəyaĢarlıq fondunun vəsiqəsini almıĢdır.    

       Ġstedadlı  tənqidçi  Q.YaĢar  yazır:    Elçin  Əfəndiyev  ―  gözəllik  uzaqda  deyil, 

həyatımızda, məiĢətimizdədir‖  –  prinsipi ilə  hərəkət  edərək  adi  adamların  daxilən 

gizlədib  xəlvətdə  saxladığı  mənəvi  keyfiyyətləri  hamımız  üçün  estetik  sərvətə 

çevirir‖.  Bu  ədalətli  qiymətə  belə  bir  fikir  də  əlavə  etmək  olar  ki,  yazıçı  bu  adi 

adamların  heç  birinin  tərəfində  dayanmır,  onların  həyatını,  mübarizəsini  təsvir 

etdikcə  bu  adamların  daxilində  gizlənən  və  qətrə-qətrə  üzə  çıxan  bütövlükdə;  - 

Ġnsan gözəldir!  Təbiətin yaratdığı ən gözəl varlıq insandır! – fəlsəfəsinin ifadəsinə 

çevrilir.  Müxtəlif  əhvali-ruhiyyəli,  müxtəlif  fərdi  həyat  yolları  keçən  adamların 

mənəvi  aləminə  eyni  səviyyədə  dərindən  nüfuz  etmək  qabiliyyəti  onun  yazıçılıq 

istedadının ən qüvvətli amillərindəndir.  

      


Elçin  Əfəndiyev  uzun  illər  boyu  Azərbaycan  ədəbiyyatının  ən  müxtəlif 

problemləri  barədə  keçmiĢ  ittifaq  mətbuatında  çıxıĢlar  etmiĢ  və  bu  professional 

səviyyəli  yazıları  ilə  milli  ədəbiyyatın  uğur  və  problemlərini  iĢıqlandırmağa  nail 

olmuĢdur. Onun  həm bədii, həm də elmi-tənqidi yazılarında əsas özül sabitlikdir.                   

Ədəbiyyat  elminin  bu  və  ya  digər  sahəsi  ilə,  milli  mədəniyyət  və  mənəviyyatın 

ayrı-ayrı    problemləri  ilə  bağlı  fikir  və  qənaətlərin  sabitliyi,  daha  artıq  dərəcədə 

qəlbən və ağlın gücü və iĢığı  ilə inandığı, tanındığı həqiqətlərdən üz çevirməmək, 

onları  hər  Ģeydən  qabaq  milli  mənəviyyatla  bağlamaq,  araĢdırıb  öyrənmək  adəti. 

Yazıçının  bir çox tənqidi məqalələri dünya ədəbiyyatı və mədəniyyəti kontekstini 

əhatə  edir.  Bu  tipli  yazıları  diqqətlə  nəzərdən  keçirdikdən  sonra  dərk  edirsən  ki, 

əsas  məqsəd  yenə  də  məhz  milli  ədəbiyyatın  indiyə  kimi  gün  iĢığı  düĢməyən, 

kölgədə  qalan  cəhətlərini  öyrənməkdir.  Elçin  müəllim  təsvir  etdiyi  obrazları 

içinəcən, daxili aləminin bütün çalarlarınacan görməyi bacarır, bu görüntülərdə ən 

dəqiq,  ən  səciyyəvi  olan  cizgiləri  seçə  bilir.  Yazıçı  nə  elmi,  nə  də  bədii 

yaradıcılığında  rəng  adiliyi,  həyata  münasibətin  birtərəfliliyi  ilə  barıĢmır. 

Əsərlərində varlığın Ģeriyyətini açır, ehtiyac duyanda onun sərt və acı həqiqətlərini 

göstərir. Dinamiklik, hadisələri daxildən açıb mənalandırmaq, surəti təbii və həyati 

ifadə etmək onun hekayələri ilə povestləri arasında rabitə yaradır.

   

Elçin müəllim 



mövzu  seçəndə,  həyatın  bir  ―parçası‖nı  təsvir  edəndə,  surətin  daxili-mənəvi 

aləminə  enəndə  heç kimə  bənzəmir, həmiĢə özünün  üslubuna, Ģirin  və  axarlı  yazı 

tərzinə  sadiq  qalır,  geniĢ  əhatəli  təbiət  təsvirləri  vermir,  əlavə  haĢiyələrlə 

düĢünmür, bir qayda olaraq mahiyyətə, psixologiyaya, his və düĢüncə aləminə enir, 

surətin daxilində gizlətdiyi ziddiyyətləri, qeyri-adi keyfiyyətləri açır. Buna görə də 

oxucu  bu  istedadlı  sənətkarın  yaratdığı  surətlərin  taleyi,  əxlaqi-mənəvi 




 

                                                

 



 

keyfiyyətləri, istək və arzuları, onların özlərinə məxsus hərəkət və fəaliyyətləri ilə 

maraqlanır. 

          Elçin  Əfəndiyev  ―Yaxın,  uzaq  Türkiyə‖  əsərində  özünü  iĢgüzar    bir 

tədqiqatçı  kimi  göstərir.  Türkiyədəki  kitabxanalardan,  arxivlərdən  əldə  etdiyi 

məlumat,  dövri  mətbuatı  hərtərəfli  nəzərdən  keçirməsi  nəticə  etibarilə  onun 

oçerklərinin elmi və faktik sanbalını daha da artırır.  Elçin Əfəndiyevdə  görmək, 

seçmək,  səciyyəvini  sənətə  gətirə  bilmək,  ümumiləĢdirmək  və  mənalandırmaq, 

gözəlliyi  məiĢətdə,  yaĢayıĢda,  davranıĢ  və  münasibətdə  axtarıb  tapmaq  bacarığı 

çox  güclüdür.  Onun  bədii  nəsrində  hər  Ģeyin,  hər  kəsin  öz  yeri,  öz  məqamı,  öz 

məna və məzmunu var. Yazıçı rəmzdən, bədii-fəlsəfi Ģərtilikdən, kəskin məcazdan 

cəsarətli istifadə edir, psixoloji əhvali-ruhiyyəni detalda əyaniləĢdirən mizanlar və 

cizgilər axtarır, onları görümlü, baxımlı, obrazlara çevirən epitetlər tapır. Məhz bu 

epitetlərin təĢkil etdiyi bir mozaikada bəzən nağıl və hekayə, əfsanə və həqiqət bir- 

biri ilə barıĢa və qaynayıb qarıĢa bilir. Elçin müəllimin  laboratoriyasında yerində 

istifadə  oluna  bilən  bir  çox  vasitələr  vardır.  Hazırla  keçmiĢi,  ayıqlıqla  yuxunu, 

həqiqətlə  xəyalı,  real  hadisələrlə  nağılı,  əfsanəni  yanaĢı  təsvir  etmək,  daxili 

dioloqlardan  öz-özü  ilə  söhbətdən,  dramaturji  səhnələrdən,  mozaik  parçalardan, 

mübaliğə,  ĢiĢirtmə  üsulundan  istifadə  etmək,  onun  təsvirlərinin  emosional 

qüvvəsini artırır, fikrimizi də bir qədər hərəkətə gətirir.  

         Elçin  Əfəndiyevin  dünyanın  Ģah  əsərləri  arasına  girən  və  ədəbi  dəyəri 

üzərində həssaslıqla durulan  ―Ağ  dəvə‖, ―Ölüm  hökmü‖,  ―Mahmud  və Məryəm‖ 

əsərlərini  də  türk  ədəbiyyatsevərlər  tanıyırlar,  bu  əsərlər  ədəbiyyat  tarixinə 

düĢmüĢdür.  Mənim  fiktimcə,  insanlar  nə  ilə  iftixar  edərlər?  Ya  keçmiĢi,  tarixi, 

ədəbiyyatı,  mədəniyyəti,  ya  da  bugünkü  beynəlxalq  siyasət  səhnələrindəki 

müvəffəqiyyətləri ilə. Bu xüsusiyyətlərin əksəriyyəti Elçin Əfəndiyevdə var. 

     

Elçin  Əfəndiyev  atası,  müəllimi  olmuĢ  Ġlyas  Əfəndiyevdən  müasir  həyatı 



dərindən  duymağı,  insan  taleyinə,  insan  mənəviyyat  və  psixologiyasına  sənət 

qayğısı ilə yanaĢmağı, mövzuya vətəndaĢ münasibəti bəsləməyi, bədii yaradıcılığın 

sirlərini  və  dilin  daxili  imkanlarını  axtarıĢda  mənimsəməyi,  oxucunun  zövqü  və 

yüksək  tələbi  səviyyəsində  dayanmağı  öyrənmiĢdir.  Çünki  yazıçıda  Ġlyas 

Əfəndiyev sənətinə bir obyektiv yazıçı-tənqidçi məhəbbəti vardır. Elçin Əfəndiyev 

bu görkəmli ədibi yaradıcı Ģəkildə duyur, onun boya və rənglərindən təzə axarda 

istifadə  edir.  Sirr  deyildir  ki,  ―Aman  ovçu,  vurma  məni‖  kinopovesti  Ġlyas 

Əfəndiyevin  ―Mahnı  dağlarda  qaldı‖  pyesinin  motivləri  əsasında,  ―Hökmdarın 

taleyi‖  kinopovesti  isə  Ġlyas  Əfəndiyevin  qələmə  aldığı    ―Hökmdar  və  qızı‖ 

faciəsinin  motivləri  əsasında  yazılmıĢdır.  Elçin  Əfəndiyev  fasiləsiz  yaradıcılıq 

axtarıĢındadır, onun bədii Ģəkillərin hamısından eyni dərəcədə istifadə edə bilmək 



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə