Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə7/17
tarix31.10.2018
ölçüsü1,21 Mb.
#76970
1   2   3   4   5   6   7   8   9   10   ...   17

 

                                                

 

16 



 

UĢaqlar,  sizin  bu  haqda  fikriniz  nədir?  Nə  üçün  yazıçı  ―Mahmud  və 

Məryəm‖ əsərini dastan adlandırır? Bu dastanla ―Əsli və Kərəm‖ dastanı arasında 

oxĢar və fərqli cəhətlər nədir?‖ 

Oxucuların fikirləri: 

I  Oxucu:  Mahmud  və  Məryəm‖  romanların  içində  ən  zərifi,  ən  kövrəyidir. 

―Mahmud  və  Məryəm‖  eĢq  haqqındadır.  Ən  azı  ona  görə  ki,  romanın  əsasında 

bütün  ġərqdə  ‖Əsli  və  Kərəm‖  adı  ilə  dillərdə  gəzib  dolaĢan,  dastan  gecələrini 

bəzəyən  kədərli  bir  əhvalat  dayanır.‖Əsli  və  Kərəm‖in  motivlərinə  söykənib  baĢı 

bəlalı eĢqdən, öndə aĢiqlərə bal dadızdıran, ortada zəhərə, sonda külə dönən eĢqdən 

yan  keçmək  mümkün  deyil.  ―Əsli  və  Kərəm‖in  motivləri  əsasında  Elçin 

Əfəndiyevin    qələmə  aldığı  ―Mahmud  və Məryəm‖  isə  realist yazıçının  yaratdığı 

dastandır.  Romanın  bütün  sturkturuna  hopmuĢ  aydınlıq,  sadiqlik,  xəlqilik, 

humanizm, bəĢərilik, kamillik ―Mahmud və Məryəm‖i dastan adlandırmağa imkan 

yaradır. ―Əsli və Kərəm‖ dastanın sujeti ―Mahmud və Məryəm‖ romanında olduğu 

kimi saxlanılıb, fantaziyaya yol verilməyib; ayrı – ayrı dinlərə məxsus iki gənc bir-

birini sevir, lakin Ģəriətin müəyyən etdiyi qaydalar bu izdivaca yol vermir. Fəqət 

―Əsli və Kərəm‖dən fərqli olaraq ―Mahmud və Məryəm‖də eĢq, sevgi bədii mətnin 

yeganə  predmeti  deyil.  Romanda  iki  gəncin  qara  gələn  bəxti,  yaranıĢdan 

uğursuzluğa məhkum taleyi fondur, hərçənd ki, bu fonun özü çoxçalarlıdır, ümumi 

məzmunda həlledici atributddur. 



II  Oxucu:    Mahmud,  eləcə  də  onun  əhatəsində  olan  bütün  insanlar  sonu  zəhərə, 

külə  dönən  eĢqdən  daha  dəhĢətli  bir  fəlakət  qarĢısındadır.  Bu  fəlakət  dünyanın 

faniliyi ilə bağlıdır. Fani olan dünyada eĢqin əbədiliyindən söz açmaq olarmı? 

Mahmud  və  Məryəm  həqiqətini  yaradan,  ona  qoynunda  yer  ayıran  dünya  qan 

qoxuyur. Bu böyük məhəbbətin gözləri qarĢısında ordular baĢ-baĢa gəlir, qılıncının 

zərbindən  qayalar  parçalanan  cəngavərlərin  gözlərini  qarğalar  dimdikləyir. 

Humanist  yazıçı  insanları  ayılmağa,  yaxĢılıqları  dəyərləndirməyə  çağırır.  Yazıçı 

həyatın  faniliyinə qarĢı  əzəli bal,  ortası  əzab, sonu kül  olan sevgini,  müharibələrə 

qarĢı sülhü, var- dövlətə, dünya sərvətlərinə qarĢı həqiqi təmizliyi, paklığı qoyur. 

Kitabxanaçı:  Azərbaycan  ədəbiyyatının  nadir  nümunələrindən  olan  ―Ağ  Dəvə‖ 

Elçin  qələminin  sirli  qüvvəsi  ilə  min  illərin  yaxĢılıq  və  pisliklərini,  mərdlik  və 

namərdliklərini  bir  anın  içinə  sığıĢdıran  epopeyadır.  Bu  haqda  mülahizələrinizi 

söyləyin. 

I  Oxucu:    Qəbirstanlıqda  adi  bir  təsadüf  nəticəsində  əsərin  qəhrəmanı,  həm  də 

hadisələrin  qəhrəmanı  Ələkbərin  gördüyü  uĢaqlıq  illərinin  tanıĢları,  məhəllə 

adamlarının çöhrəsi saysız-hesabsız tale hekayələrini göz önünə gətirir. ―Ağ Dəvə‖  

sənətkarlıq baxımından Elçin Əfəndiyevin  yaradıcılığında, eləcə də çağdaĢ nəsrin 




 

                                                

 

17 



 

hərtərəfli  tədqiq  olunmağa  layiq  əsərlərdən  biridir.  Bu  əsərlə  tanıĢlıqdan  sonra 

oxucuya  elə  gəlir  ki,  bir  qədər  əvvəl  qeyd  etdiyimiz  kimi,  Azərbaycan  nəsrində 

hansı bir mərhələsə baĢa çatır və əlinə qələm alan hər hansı bir Azərbaycan yazıçısı 

yeni  bir  oxucu  marağı  qazanmaq  istəyəcəksə  o,  mütləq  Elçinin  ―Ağ  Dəvə‖ 

romanındakı etirafları təkrar etməli olacaq. 



II Oxucu: Yazıçının əsərləri ilə tanıĢ olarkən görürük ki, humanist yazıçı insanları 

ayılmağa, yaxĢılıqları dəyərləndirməyə çağırır. Yazıçı həyatın faniliyinə qarĢı əzəli 

bal,  ortası  əzab,  sonu  kül  olan  sevgini,  müharibələrə  qarĢı  sülhü,  var-  dövlətə, 

dünya sərvətlərinə qarĢı həqiqi təmizliyi, paklığı qoyur.  



Kitabxanaçı: UĢaqlar bildiyimiz kimi Xalq yazıçısı Elçinin ―Ölüm hökmü‖  əsəri 

1960-cı  illərin  ən  gözəl  romanları  sırasında  oxucuların  marağına  səbəb  olmuĢ, 

rəğbətini  qazanmıĢdır.  Romanda  qaldırılan  problemlər  bu  günümüz  üçün  də 

ibrətamizdir. Bu roman haqqında kim ətraflı məlumat verə bilər? Əsər hansı dövrü 

əhatə edir? 

I  Oxucu:  Bu  romanda  yazıçı  üçün  fərqləndirici  üç  əsas  cəhət  diqqəti  cəlb  edir. 

Tarixi  mənbələrə,  arxiv  sənədlərinə  bələdlik,  yüksək  elmi  mühakimə  və  bədii 

yaradıcılıq  bacarığı.  Bu  iĢdə  Elçin  Əfəndiyevin  üzərinə  çox  böyük  məsuliyyət 

düĢürdü. Çünki hadisələr yaĢlı nəslin gözləri qarĢısında cərəyan etmiĢdi. Çünki 20 

-30-cu illərin hadisələri Azərbaycan xalqı üçün zəlzələdən, taundan dəhĢətli fəlakət 

idi.  Onun  zərbəsi  bütün  ağıllı  adamları  yaxalayırdı.  ―Ölüm  hökmü‖  təkcə 

repressiyalar  və  onun  nəticələrindən  bəhs  edən  roman  deyildir.  Bu  əsərdə  çox 

adamın deyə bilmədiyi Ģeyləri Elçin Əfəndiyev demiĢdir. Yazıçı hər cür tərifə və 

alqıĢa  layiqdir,  roman  isə  Azərbaycan  bədii  nəsrinin  nailiyyəti,  ədəbi 

ictimaiyyətimizdə  mükəmməl  bir    hadisədir.  1920-1960-cı  illər  arasında 

respublikamızda  baĢ  verən  faciəvi  hadisələrin  bədii  ifadəsi  olan  həmin  əsəri 

müəllif özü səhnələĢdirmiĢdir. Əsərdə hadisələr iki hissədə cərəyan edir. 1954-cü 

ilə qədərki stalinizm dövrü hadisələri birinci hissədə, Ģəxsiyyətə pərəstiĢ dövrünün 

sona  çatıb  ―XruĢĢov  mülayimləĢməsi‖  dövrü  hadisələri  isə  ikinci  hissədə 

verilmiĢdir.  

II  Oxucu:  Əsərdə  irəli  sürülən  əsas  ideya,  qoyulan  əsas  fikir  insanın  Ģəxsiyyət 

kimi  daim  Ģərə  qarĢı  durmasıdır,  insan  ləyaqəti  hər  Ģeyi  üstələməlidir.  Ölüm 

hökmünü  bir  olan  Allahdan  baĢqa  heç  kəs  verə  bilməz.  Edilən  pislik,  törədilən 

cinayət  cəzasız  qalmır;  gec  –  tez  hər  kəs  öz  əməlinin  cavabını  alır.  Mənəviyyata, 

hiss  və  duyğuya  təsir  etmək,  oxucunu  düĢündürmək  və  fikrən  hərəkətə  gətirmək 

üçün  Elçin  Əfəndiyev    sözün  və  bədii  təsvirin  imkanlarından  yaradıcı  Ģəkildə 

istifadə edir.  



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə