Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə10/17
tarix31.10.2018
ölçüsü1,21 Mb.
#76970
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

 

                                                

 

22 



 

ifadə etmək üçün müəllif yenə də rənglərdən istifadə edir. Rənglər hisslərin obrazı 

kimi özünü göstərir və əsərin daha canlı olmasını Ģərtləndirir.  

Kitabxanaçı:  Əziz  oxucularımız.  Bildiyimiz  kimi  ―GümüĢü,  narıncı,  məxməri‖ 

hekayəsi  də  yazıçının  uĢaqlara  həsr  etdiyi  əsərlərindəndir.  Gəlin  bu  hekayə 

ətrafında diskusiya aparaq. Hekayədəki  rənglər nəyi ifadə edir? Əsərin qəhrəmanı 

haqqında  fikirləriniz.  Bu  əsərin  ―Bu  dünyadan  qatarlar  gedər‖  hekayəsi  ilə 

bənzərliyi nədədir? 

I  Oxucu:  ―GümüĢü,  narıncı,  məxməri‖  hekayəsinin  qəhrəmanı  Allahverdi 

uĢaqlıqla  gəncliyin  sərhəddində  özünə  də  məlum  olmayan  hisslər  keçirir.  Çox 

sonralar  ona  məlum  olur  ki,  bu  hisslər  Sədəf  adlı  qızı  sevməsi  ilə  bağlıdır.  Lakin 

müəllif  bu  hissləri  mürgülü,  yarıyuxulu  uĢaqlıq  dünyasının  qurtarması  kimi  verir 

və  onun  rəng  çalarlarını  tapır.  Allahverdi  ilk  eĢqə  düĢən  gündən  rəngli  yuxular 

görür. Bu yuxular gümüĢü, məxməri və narıncı rənglərlə doludur. Rəng obrazları 

Elçin Əfəndiyevin  realist – romantik hekayələrində xüsusi bir xətt kimi nəzəri cəlb 

edir. Yazıçı  hər bir rəngin ifadə etdiyi hissi vermək üçün məlum yolla getmir, özü 

yeni  yollar  axtarır  və  hər  dəfə  məqsədinə  uyğun  Ģəkildə  ondan  istifadə  edir. 

Məsələn  ‖  Bu  dünyadan  qatarlar  keçər‖  hekayəsində  sevinc  hissilərini  əks  edən 

çəhrayı rənglə mənfi obraz yaradanda biz görürük ki, yazıçı rənglərin ifadə etdiyi 

təbii  hissilərdən  asılı  qalmır,  özü  rənglərə  təzə  məna  verir  və  bizi  həmin  mənaya 

inandıra  bilir.  ―GümüĢü,  məxməri,  narıncı‖  hekayəsində  də  rənglərin  ifadə  etdiyi 

təbii  hisslər  yazıçı  üçün  əsas  olmur.  Müəllif  Allahverdinin  qəlbində  bir  –  birinə 

qarıĢan sevgi, qürrə, xudbinlik kimi hisslərin hamısını rənglər Ģəklində görə bilir. 

Elçin  Əfəndiyevin  hekayələrində  ilk  baxıĢda  əhəmiyyətli  olmayan  detallar 

həlledici  rol  oynaya  bilir,  qəhrəmanın  özünə  məlum  olmayan  hisslərinin 

ifadəçisinə çevrilə bilir.  



II Oxucu: ―GümüĢü, narıncı, məxməri‖ hekayəsinin qəhrəmanı Allahverdi uĢaqlıq 

həyatının  yuxulu  günlərini  keçirdir.  Hətta  yoldaĢı  Sədəfin  sevgi  məktubu  da 

Allahverdinin  mürgülü  hissilərini  oyada  bilməyib.  Müəllif  burada  belə  bir  fikir 

söyləyir ki, gəncliyin ilk oyanıĢ çağlarında onun mürgülü həyatını pozmaq üçün bir 

təkan  olmalıdır.  Bəli,  Allahverdi  Sədəfin  ona  yazdığı  sevgi  məktubunu  qətiyyən 

qiymətləndirə  bilmir.  Lakin  kinooperatorun  Sədəfi  kinoya  çəkmək  istəməsi,  bu 

barədə kənddə gedən söz-söhbətlər Allahverdini yuxulu uĢaqlıq günlərindən ayırır. 

Bu  təkan  onu  uĢaqlıqdan  gəncliyə  keçməsinə  kömək  edir.  Allahverdi  Sədəfə 

yenidən  baxa  bilir  və  qızı  sevdiyini  yalnız  bu  hadisədən  sonra  özü  üçün 

aydınlaĢdırır. 



Sonda kitabxanaçı diskussiyanı yekunlaşdırarkən Elçin Əfəndiyevin əsərlərinə 

konkret şəkildə fikrini bildirir: 


 

                                                

 

23 



 

 Kitabxanaçı:    Elçin  Əfəndiyev    ilk  hekayələrindən  həyata  cəsarətlə  müdaxilə 

edir.  ĠĢdə  və  fəaliyyətdə,  düĢüncə  və  münasibətdə,  ailə  və  məiĢətdə  baĢ  verən 

nöqsanlarla  barıĢmır.  Humanizm  və  vətənpərvərliyi,  xalq  məhəbbətini  zahiri 

əlamətlərdə axtaran, əslində milli hiss və qürurdan, daxili yetkinliklərdən məhrum 

olan,  Füzuli  ilə  Vaqifi  bir-birindən  ayıra  bilməyən  ―qanlı  oğlana‖  gülür.  Elçin 

Əfəndiyev    gənclərin  narahat  və  yaradıcı axtarıĢlarından,  onların  romantik xəyal, 

arzu  və  düĢüncələrindən,  məiĢətdən,  ailə  həyatından  yazanda  Ģirin  söyləmə  üsulu 

seçir,  mənalı  yumor  lirizmə  qarıĢır,  surətin  mündəricəsini  sətiraltı  qənaətlər 

tamamlayır. Əgər belə olmasaydı, nə ―BaladadaĢın ilk məhəbbəti‖, ―Toyuğun diri 

qalması‖,    ―BaladadaĢın  toy  hamamı‖,  nə  də  ―Bir  görüĢün  tarixçəsi‖ndə  haqqın, 

iĢığın, gözəlliyin mövcudluğu, hətta bir çox hallarda təntənəsi barədə ürəkdən tikan 

çıxaran epizodlar və xallar olmazdı. Belə olmasaydı, BaladadaĢ, əli pulla, ―brilyant 

medalyon‖la  oynayan  Murada,  on  altı  -  on  yeddi  yaĢlı  məsum  Məsməxanım 

harınlamıĢ  ―Qızıl  AğadadaĢ‖a,  həssas  məktəbli  Əbili  ―çəhrayı  qızlara‖,  ―çəhrayı 

oğlanlara‖, sürücü  Ağababa  ―GümüĢ  Malik‖ə qarĢı  qoyulmazdı.  Elçin  Əfəndiyev 

həyatı, bədii obrazı dərindən düĢünür. Ġnsanı özünəməxsusluğu, daxili ziddiyyətləri 

ilə  təsvir  edir.  Təkcə  hekayələrində  yox,  povestlərində  də  geniĢ  tərcümeyi    -  hal 

materialı  vermir,  portret  yaradanda  təfərrüata  varmır.  Rənglərlə,  mükalimələrlə, 

bədii  mahiyyətdən  doğan  haĢiyələrlə  surətin  mühiti,  ömür  yolu  haqqında  dolğun 

təsəvvür oyadır. 

Kitabxanada  sevilən  tədbirlərdən  biri  də  rəsm  müsabiqələridir.  Bildiyimiz 

kimi  Elçin  Əfəndiyev  bir-birindən  maraqlı  hekayələrin,  povestlərin    müəllifidir. 

Müsabiqə  zamanı  həmin  hekayələrə,  povestlərə  uĢaqlar  tərəfindən  illüstrasiyalar 

çəkilməsi tapĢırılır. ġəkilərin hazırlanması üçün uĢaqlara iki həftə vaxt verilir. Bu 

vaxt  ərzində  oxucular  həm  Elçin  Əfəndiyevin    əsərlərini  oxuyur,  həm  də 

oxuduqları və  ən  çox  bəyəndikləri hekayəyə,  povestə   illüstrasiyalar  çəkirlər.  Ən 

gözəl  məna  kəsb  edən  rəsm  iĢləri  mükafatlandırılır.  Həmçinin rəsm  müsabiqələri 

üçün məktəblərarası yarıĢmalar da təĢkil etmək olar. Rəsm müsabiqələri ilə yanaĢı 

baĢqa  müsabiqələrin  də  təĢkili  mümkündür.  Məsələn,  uĢaqların  ifasında  Elçin 

Əfəndiyevin hekayələri, kinopovestləri səhnələĢdirilərək münsiflərə təqdim olunur

.

 



Münsiflər  heyəti  kitabxana  müdirindən,  teatrımızın  görkəmli  nümayəndələrindən 

təĢkil  edilir.  Əsəri  ən  gözəl  səhnələĢdirən  uĢaqlardan  ibarət  komanda 

mükafatlandırılır.  

Kitabxanada keçiriləcək kütləvi tədbirlərin ən canlı və maraqlısı  sual-cavab 

gecəsi    və  viktorinalardır.  Sual-cavab  gecələri  və  viktorinalar  canlı  söhbət  və 

müsahibə  Ģəklində  keçirilir.  Bu  da  oxucuları  maraqlandıran  sualların 

aydınlaĢdırılmasına xidmət edir. Tədbir zamanı suallar uĢaqlara paylanır. Ən çox 



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə