Naxçıvan Muxtar Respublikası – 90
Naxçıvan ərazisində Paleolit, Neolit və Eneolit dövrünə aid
arxeoloji abidələr aşkar edilmişdir. İbtidai icma cəmiyyətinin
sonrakı mərhələlərində (e.ə. XII-I minilliklərdə) Azərbaycanın
Günortacı adlanan bu ərazisində davamlı və intensiv yaşayış
olmuşdur. Məhz bu dövrdə yerli əhalinin kaspi antropoloji tipi
formalaşmışdır.
E.ə. IV-II minilliklərdə Naxçıvan ərazisində meydana
gələn iri tayfa ittifaqları Azərbaycan xalqının soykökünün
formalaşması prosesində mühüm rol oynamışlar. Bunlar başlıca
olaraq türk mənşəli kaspi, kadusi və naxçı tayfa ittifaqları idi.
Mənbələrdə Urmiyadan Naxçıvana qədər olan ərazilərdə mehran
tayfasının yaşaması haqqında da məlumatlar var. Burada
meydana gəlmiş tayfa birlikləri Azərbaycanın etnik-siyasi
tarixində mühüm rol oynamışlar.
Naxçıvan
diyarı
Azərbaycanın
ən
qədim
şəhər
məskənlərindən biridir. Bu diyarın baş şəhəri olan Naxçıvan isə
Şərqdə və bütün dünyada ən qədim şəhərlərdən biri hesab olunur.
Beş min ildən artıq tarixə malik olan Naxçıvan şəhəri sonralar
Azərbaycanın iqtisadi, siyasi və mədəni mərkəzlərindən birinə
çevrilmişdir.
Orta Tunc dövründə Naxçıvanda güclü tayfa ittifaqları
formalaşmış, şəhər-dövlətlər yaranmışdır. Qədim Naxçıvan
şəhərinin yaxınlığında e.ə. II minilliyin əvvəllərində mövcud
olmuş Şahtaxtı, Qızılburun və Qarabağlarda şəhər tipli yaşayış
yerlərinin sakinləri, Cənubi Qafqazın qonşu regionları, eləcə də
Ön Asiya və Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələr
yaratmışlar. Daxili və beynəlxalq ticarət əlaqələri Naxçıvanda
yaranmış tayfa ittifaqları mərkəzlərinin e.ə. II-I minilliklərdə
Naxçıvan Muxtar Respublikası – 90
Naxçıvanın hərtərəfli inkişafına, digər mərkəzlərin qala-şəhərlərə
çevrilməsinə gətirib çıxarmışdır.
Naxçıvanın əlverişli geostrateji mövqeyi, mühüm karvan
yollarının, o cümlədən “İpək Yolu”nun üzərində yerləşməsi,
habelə zəngin ticarət, sənətkarlıq mərkəzi olması bölgələrin
məhsuldar torpaqları hələ eramızdan əvvəl qonşu dövlətlərin
diqqətini cəlb etmişdi. Ona görə də Naxçıvan uzun illər ərzində
bir-birini əvəz edən dövlətlərin tərkibində qalmış, lakin bununla
belə bu ərazi həmin dövlətlərin ən inkişaf etmiş əyalətlərindən
birinə çevrilmişdir.
Naxçıvan e.ə. IX-VII əsrin sonlarına qədər Azərbaycan
Manna dövlətinin tərkibində olmuşdur. Manna dövləti qonşu
Assuriya
və Urartu dövlətlərinə qarşı
mübarizədə öz
müstəqilliyini qoruyub saxlamışdır. Urartuya qarşı mübarizədə
e.ə. 820-810-cu illərə aid edilən İlandağda aşkar olunmuş yazıda
əks olunmuşdur. E.ə. 820-600-cü illərdə Şərurda mərkəzi
Oğlanqala olan qədim dövlət yaranmışdır. Manna dövlətinin
süqutundan sonra Naxçıvan əvvəlcə Midiyanın (e.ə. VII əsrin
sonları – e.ə. 550-ci il), sonra isə Əhəməni imperiyasının (e.ə.
550-e.ə.330-cu illər) tərkibinə daxil olmuşdu. Əhəmənilər
imperiyası Makedoniyalı İsgəndər (e. ə. 336- e.ə. 323) tərəfindən
süquta yetirildikdən sonra Naxçıvan yeni yaranan Atropatena
dövlətinin tərkibində qaldı. Ölkənin cənubunda Atropatena,
şimalında isə Albaniya dövləti yarandı. Azərbaycan xalqının
təşəkkülü tarixində Atropatena dövrü çox mühüm mərhələ
olmuşdur. Naxçıvan bu dövlətin əsas əyalətlərindən, iqtisadi və
mədəni mərkəzlərindən biri idi.
Naxçıvan Muxtar Respublikası – 90
Antik dövrdə və eramızın ilk əsrlərində Naxçıvanda
ictimai-iqtisadi və mədəni tərəqqi daha da sürətləndi. Şəhər xeyli
genişlənərək Azərbaycanın əsas ticarət mərkəzlərindən biri
olmuşdur. Antik dövrdə Naxçıvanla yanaşı, Gilan şəhəri də
məşhur sənətkarlıq və ticarət mərkəzi olmuşdu. Oğlanqala,
Govurqala, Qazançı qalası kimi qala-şəhərlər diyarın iqtisadi,
siyasi, mədəni həyatında, xüsusilə Naxçıvana yadelli basqınların
qarşısının alınmasında çox böyük rol oynamışdır.
E.ə. 150-ci ildən eramızın III əsrinədək Naxçıvan Parfiya
hökmdarlarının aramsız təzyiqinə qarşı rəşadətlə müqavimət
göstərmişdir. E.ə. I əsrdə romalılar Cənubi Qafqaza yiyələnmək
üçün parfiyalılarla müharibələr aparan zaman Naxçıvana böyük
zərbə dəymiş, çoxlu yaşayış məntəqələri dağıdılmışdır. Bu
dövrdə Naxçıvan barədə Roma və yunan müəlliflərinin əsərlərinə
də məlumatlar daxil edilmişdir. İosif Flavi (e.ə. I əsr) və Klavdi
Ptolemey (II əsr) öz əsərlərində Naxçıvandan bəhs etmişlər.
Eramızın III əsrində İran Sasani dövləti (224-651)
güclənməyə başladı. Regionda üstünlüyü ələ keçirmək uğrunda
Sasani, Roma, sonra isə Bizans imperiyaları arasında dağıdıcı
müharibələr baş verdi. Sasani dövləti Naxçıvanı ələ keçirdi. Bu
dövrdə Naxçıvan torpaqları İran-Roma, sonralar isə Bizansla
müharibələrdən xeyli əziyyət çəkdi, dağıntılara məruz qaldı.
Buna baxmayaraq, Naxçıvanın hərbi-strateji mövqeyi və ticarət
yollarının üzərində yerləşməsi onun inkişafına təkan verdi.
Sasanilər Naxçıvanı işğal etdikdən sonra naxçıvanlılardan ibarət
hərbi dəstələri yeni növ silahlarla təchiz etməyə başladılar. Yeni
növ silahlar yerli sənətkarlar tərəfindən istehsal edilmiş silahlarla
birgə istifadə edilirdi. Sasanilər Naxçıvanın Şərqi Roma
Dostları ilə paylaş: |