Naxçıvan Muxtar Respublikası – 90
AZƏRBAYCAN RESPUBLİKASI
NAXÇIVAN
MUXTAR RESPUBLİKASI – 90
(Quruculuq salnaməsi)
Naxçıvan - 2014
Naxçıvan Muxtar Respublikası – 90
İsmayıl Hacıyev
Bəxtiyar İsmayılov
Kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
2014-cü il 17 yanvar tarixli 181-04/S nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 90
illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın icrası ilə
əlaqədar olaraq hazırlanmışdır.
İsmayıl Hacıyev, Bəxtiyar İsmayılov. Naxçıvan Muxtar Respublikası - 90.
Íàõ÷ûâàí, “Яжями” Няшриййат-Полиграфийа Bирлийи, 2014, 184 сÿù.
4700000000
053-2014
“ßæÿìè” 2014.
Naxçıvan Muxtar Respublikası – 90
Naxçıvan Muxtar Respublikası – 90
“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz
bunu
qoruyub
saxlamalıyıq.
Naxçıvanın
muxtariyyəti Naxçıvanın əldən getmiş başqa
torpaqlarının qaytarılması üçün ona xidmət edən
çox böyük bir amildir. Biz bu amili qoruyub
saxlamalıyıq”.
Heydər ƏLİYEV,
Azərbaycan xalqının ümummilli lideri
Naxçıvan Muxtar Respublikası – 90
“Naxçıvanın güclü olması Azərbaycanın güclü
olması deməkdir. Azərbaycanın müstəqilliyinin
əldə edilməsində Naxçıvanın və naxçıvanlıların
çox böyük əməyi olmuşdur. Naxçıvanlılar bundan
sonra da Azərbaycanın dövlət müstəqilliyinin
möhkəmləndirilməsi işində, Azərbaycanın müasir
dövlət kimi inkişaf etməsi işində öz sözlərini
deyəcəklər və öz dəyərli töhfələrini verəcəklər”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
"Ölkə
Prezidentinin
rəhbərliyi
altında
Naxçıvan Muxtar Respublikasının inkişafının
2003-cü ildən sonrakı dövrü milli liderimiz
Heydər Əliyevin quruculuq xəttinin yaradıcı
gücünün daha bir əyani ifadəsidir. Bu xəttin
davam etdirilməsi blokada şəraitində yaşayan
Naxçıvan
Muxtar
Respublikasında
dinamik
inkişafı təmin etmişdir".
Vasif TALIBOV,
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri
Naxçıvan Muxtar Respublikası – 90
M Ü N D Ə R İ C A T
Naxçıvan: tarixi inkişaf yolu
7
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı
36
I mərhələ: 1924-1969-cu illər
36
II mərhələ: 1969-1987-ci illər
47
III mərhələ: 1987-1993-cü illər
62
IV mərhələ: 1993-2003-cü illər
66
V mərhələ: 2003-2013-cü illər
75
Əhali
104
Təhsil
106
Elm
120
Mədəniyyət
125
Səhiyyə
145
Bədən tərbiyəsi və idman
147
Xarici ticarət
149
Diaqramlar
157
Naxçıvan Muxtar Respublikası – 90
NAXÇIVAN: TARİXİ İNKİŞAF YOLU
Özünün 90 illik yubileyini qeyd edən Naxçıvan böyük və
şərəfli tarixi inkişaf yolu keçmişdir. Uzun əsrlər boyu qədim Şərq
sivilizasiyaları ilə sıx bağlı olan Naxçıvanda Azərbaycan xalqının
zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır.
Naxçıvan ərazisində aşkar edilən Daş və Tunc dövrünün
abidələri, Gəmiqayada sərt qayalar üzərində iki minə qədər
müxtəlif quruluşlu işarə və təsvirlər, öz sənətkarlığı ilə seçilən
boyalı
qablar
mədəniyyəti,
yüksək
qədim
şəhərsalma
mədəniyyətinin izləri bu yurdun ilkin sivilizasiya beşiklərindən
olduğunu təsdiq edir.
Tədqiqatlar Naxçıvan ərazisində insanların son buzlaşma
dövründən məskunlaşdıqlarını sübut edir. Naxçıvanın tarixi
Urmiya gölü hövzəsi və Mesapotamiyada yaranan sivilizasiya ilə
bağlı olmuşdur. Naxçıvan ərazisində 500-300 min il bundan
əvvəl yaşamış ulu əcdadlarımız zəngin təbiətli çay vadilərində,
dağ yamaclarında, mağaralarda məskunlaşmışlar. Qazma, Kilit,
Daşqala, Ərməmməd mağaraları, I Kültəpə, Sədərək, Ovçular
təpəsi, Xələc, Duzdağ, Şahtaxtı, Nəhəcir kimi yaşayış yerləri bu
ərazidə Neolit dövründən etibarən məskən salmış ibtidai insan-
ların izlərini qoruyur. Gəmiqaya və Əshabi-Kəhf abidələrinin
Naxçıvanda olması bu ərazinin ilkin məskunlaşma, eləcə də
zəngin mədəniyyət mərkəzlərindən biri kimi əhəmiyyətini daha
da artırır. Bu ərazidə Daş dövrü mədəniyyətinin izlərinə Batabat
yaylağında, Naxçıvançay və Əlincəçay vadilərində, İlandağın
cənub ətəyində, Qazma və Kilit mağaralarında, Ovçular təpəsi
yaşayış yerində və digər ərazilərdəki abidələrdə rast gəlinir.
Dostları ilə paylaş: |