Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə26/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   22   23   24   25   26   27   28   29   ...   77

ləndirilmiş, həm də daralmışdır. Başqa hallarda isə dövlət idarəsini təsis 
edən akta əsasən idarələrin təşkili, fəaliyyəti, maliyyələşdirilməsi və onun 
fəaliyyətinə nəzarət qaydaları da nəzərdə tutulurdu. 
İdarələrin  rəhbər  orqanları  müxtəlif  olurlar.  Bəziləri  direktor, 
digərləri inzibati şura tərəfindən seçilən sədr adlanır. Sədrin yanında isə 
baş direktor vəzifəsi təsis edilir, İnzibati şuraların tərkibləri də müxtəlif 
çeşidlidir. 
Bəzi hallarda onlar dövlət nümayəndəsi kimi fəaliyyət göstərirlər. 
Bəzi yerlərdə  isə  dövlət  nümayəndələri  ümumiyyətlə  olmur.  Belələrinə 
universitet  şuralarını  nümunə  göstərmək  olar.  Çox  vaxt  rəhbər  işçilər 
əmək  kollektivləri  tərəfindən  seçilirlər,  bəzi  hallarda  isə  direktoru 
kollektivlər  özləri  təyin  edirlər,  lakin  bu  zaman  dövlət  nümayəndələri 
həmin iclasda iştirak etmirlər. 
Maliyyələşdirmə  rejimi  sahəsində  də  belə  müxtəliflik  müşahidə 
edilir.  Bəzi  təsisatlar  öz  maliyyə  vəsaitlərinə  malik  olur  və  həmin 
vəsaitlər  hesabına  fəaliyyət  göstərirlər:  bu,  prinsipcə  sənaye  və  ticarət 
təsisatlarına aiddir.  Bəzən isə əksinə, onların  yeganə maliyyələşdirilmə 
mənbəyi  dövlət  təsisatları  olur;  bu  nazirliklərin  büdcələri  ilə  birlikdə 
parlamentdə  müzakirə  edilir.  Məsələn,  milli  inzibati  məktəb  tipli 
təsisatların  vəsaitləri.  Əksər  hallarda  maliyyələşdirmə  hər  iki 
kateqoriyanın  vəsaitlərinin  birləşdirilməsi  hesabına  (universitetlər) 
həyata keçirilir. 
Təsisatların  fəaliyyətinə  nəzarət  və  yaxud  gözqoyma,  müxtəlif 
formalarda həyata keçirilir. 
Fransada  bəzi  hallarda  ierarxiya  üzrə  çox  sərt  nəzarət 
müəyyənləşdirilir;  belə  nəzarət,  1971-ci  il  tarixli  aktla  nəzərdə 
tutulmuşdur.  Həmin  akta  əsasən  çox  dedi-qodu  olan  yerlərdə  belə 
nəzarətləri həyata keçirirdilər. Həmin nəzarətin həyata keçirilməsi məxfi 
xarakter daşıyırdı. 
Milli təhsil naziri tərəfindən lisey rəhbərlərinə məlumat verilmişdi 
ki, onların ərazilərində olan departamentlərin və periferiya xidmətlərinin 
direktorlarına nazirin bəzi səlahiyyətləri həvalə edilmişdir. 
Bəzi  hallarda  isə  əksinə  olur,  Frans-Press  agentliyi  və  yaxud 
universitetlər kimi mühüm sahələr, siyasi və ya maliyyə mübahisələrinə 
görə məhdudlaşdırılmış olsa da, geniş müstəqilliyə malik olurlar. 
Bu  qeyd  edilən  iki  fərqdən  belə  nəticə  çıxarmaq  olar  ki,  tam 
ierarxiya  asılılığı  ilə  geniş  muxtariyyət  arasında  müxtəlif  dərəcəli 
müstəqillik  mövcuddur.  Qeyd  etmək  lazımdır  ki.  Fransadakı 
mərkəzləşdirmə  ənənələrə  uyğun  olaraq  əvvəlkinə  nisbətən  zəifləməyə 
başlamışdır. 
Bu baxımdan Fransada müstəqillik vəziyyəti, Bi-Bi-Si kimi 
78 


analoji təsisatlann müstəqilliyi əksər ölkələrə nisbətən daha yaxşıdır. 
Dövlət  təsisatları  hazırda  saysız-hesabsız  sayda  icazəsiz  olaraq 
inkişaf edərək çoxluq təşkil edirlər. Bu ondan irəli gəlir ki, deyilən fakt 
təkcə  Fransa  üçün  xarakterik  deyil,  dünyada  müşahidə  olunan  bu 
təzahürdən  yaxa  qurtarmaq  qeyri-mümkündür.  Lakin  anonim  artımı 
aradan qaldırmaq məqsədi ilə tədbirlər görülmür. Bunun üçün təsisatların 
yaradılma meyarını işləyib hazırlamaq lazım idi; həm o dövrlərdə, həm də 
müasir  dövrdə  bu  barədə  heç  bir  tədbir  görülmür.  İcazəsiz  olaraq 
yaradılan təsisatların qarşısını almaq üçün dövlət tərəfindən hər hansı bir 
tədbirin görülməsi məqsədəmüvafiq hesab edilir. 
Məsələnin  ikinici  tərəfi  ondan  ibərətdir  ki,  dövlət  təsisatlarının 
ümumi status çərçivəsində özünəməxsus şəkildə yaradılması və onların 
ümumi idarəetmə qaydaları mövcud olmalıdır. Belə tənzimləmə artıq bir 
neçə onillikdən bəri həll edilməmiş qalmışdır. 1972-ci ildə Dövlət Şurası 
öz  səlahiyyətləri  çərçivəsində  dövlət  təsisatları  barədə  olan  «hüdudları 
aydın  olmayan»,  «zəif  hüquqi  məzmunlu»  və  «hüquqi  təsisatı  aydın 
olmayan» anlayışları çox ciddi tənqid etdi. Dövlət Şurasının yığıncağında 
həmçinin  dövlət  təsisatlannm  dövlət  səviyyəsində  yaradılmasının 
qaydaya salınması və bu barədə islahat aparılmasına dair bir neçə təkliflər 
irəli sürüldü. 
Bu  müzakirələr  də  heç  bir  nəticə  vermədi,  dövlət  təsisatlarının 
yığıncağında həmçinin əvvəlki kimi qalmaqdadır. 
Dövlət  təsisatları  bundan  sonra  da  inzibati  həyatda  böyük  rol 
oynayacaqlar və onların ləğvinə nail olmaq arzuedilməzdir, çünki ümumi 
(ictimai)  bölmələrə  çevik  rəhbərlik  vasitəsi  kimi,  bəzi  vətəndaşların 
idarəetmədə  iştirakını  təmin  edən  sistem  öz  əhəmiyyətini  qoruyub 
saxlayır. 
Fransa  inzibati  hüququ  ilə  nizamlanan  və  fəaliyyət  göstərən 
dövlət  təsisatları  ilə  Azərbaycan  Respublikasının  inzibati  hüquq  ilə 
müəyyən  edilmiş  inzibati  hüququn  kollektiv  subyektlərini  müqayisə 
etdikdə,  məlum  olur  ki,  inzibati  hüquq  münasibətlərində  kollektiv 
subyektlər  bir  tərəfdən  öz  adından  fəaliyyət  göstərir,  onun  üzərinə 
müəyyən öhdəliklər qoyulur, ona hüquqlar verilir, digər tərəfdən isə onlar 
konkret şəxsləri şəxssizləşdirir. 
Buna görə də şəxsi heyətdə olan dəyişikliklər kollektiv subyektin 
adma  və  hüquqi  vəziyyətinə  təsir  etmir.  Məsələn,  dövlət  idarəetmə 
orqanının  şəxsi  heyəti  bütövlükdə  dəyişə  bilər,  lakin  bu,  onun 
səlahiyyətlərinə 
təsir 
etməyəcəkdir 
(Məsələn, 
Azərbaycan 
Respublikasının  Nazirlər  Kabinetinin  tərkibinin  dəyişməsi)  müstəqil 
təşkilatlar  qrupunda  fəaliyyət  məqsədində,  hüquqi  statusunun 
xüsusiyyətlərinə görə 
79 


dövlət  orqanı,  idarə,  müəssisə  və  digər  (məsələn,  hərBi  hissələr) 
təşkilatlar  bir-birindən  fərqlənirlər.  İctimai  və  dini  təşkilatlar  arasında 
müstəqil  təşkilatlar,  həmçinin  də  mürəkkəb,  ictimai  və  dini  birliklərin 
tərkib elementləri sayılan orqan, idarə və müəssisələri fəqləndirmək olar. 
Digər  qrup  aid  olan  təşkilatların  sayı  və  müxtəlifliyi  son  illər  kəskin 
surətdə  artmış  və  yenə  də  artacaqdır.  Xarici  təşkilatlara  qan-  şıq, 
beynəlxalq,  kollektiv,  aksioner,  ailə,  şəxsi  (fərdi)  təşkilatlar  da  əlavə 
olunmuşdur.  Mürəkkəb  təşkilatlara  misal  olaraq  Azərbaycan  Nəqliyyat 
Nazirliyini, Daxili İşlər Nazirliyini göstərmək olar. 
Yuxarıda  qeyd  edilən  təşkilatlar,  müəssisələr  və  s.  icra 
hakimiyyəti  orqanlarından  fərqli  olaraq  idarəetmə  funksiyalarını  yox, 
dövlətin, cəmiyyətin, vətəndaşların maddi, mənəvi və digər tələbatlarını 
ödəmək  məqsədilə  iqtisadi,  sosial-mədəni  və  digər  funksiyaları  həyata 
keçirir. 
Buna  görə  də  onlar  hüquqi-hakimiyyət  səlahiyyətlərinə  malik 
deyillər və idarəetmənin subyekti sayılırlar. 
Bütün  təşkilati-hüquqi  formalı  müəssisə  və  təşkilatlara  aid  olan 
normalar  müəssisə  və  təşkilatların  dövlət  orqanları,  əsasən  də,  icra 
hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqələrinin prinsipi mövqelərini təsbit 
edir. Onlar bir qayda olaraq, dövlətin və onun orqanlarının müəssisə və 
təşkilatlarının  fəaliyyətinin  qarşısına  qadağan  qoyur,  dövlət 
qeydiyyatından  keçmə,  qeydiyyatın  həyata  keçirilmə  qaydasını  və 
qeydiyyatdan  keçməsinin  rədd  edilməsinin  əsasının  göstərilməsi, 
müəssisələrdə mühasibat və statistik qeydiyyatın apanlmasmm vacibliyi 
və  vergi  yığımı  üçün  dövlət  orqanlarına  lazımi  məlumatların  verilməsi 
kimi prinsipləri müəyyən edir. 
Dövlət müəssisələrinin inzibati-hüquqi statusunun xüsusiyyətləri 
bu müəssisələrin dövlət mülkiyyətində olmasından yaranır. 
Dövlət  orqanlarının  səlahiyyətlərinə  aiddir:  Müəssisənin  təsis 
edilməsi,  onların  fəaliyyət  istiqamətinin  və  yerinin  müəyyən  edilməsi, 
nizamnamələrin  təsis  edilməsi,  rəhbərlərin  vəzifəyə  təyin  və  vəzifədən 
azad  edilməsi,  dövlət  müəssisələrinin  fəaliyyətlərinin  dayandırılması, 
müəyyən edilmiş hallarda dövlət siyasətinin onlann nəzərinə çatdırılması, 
müəssisələrin təsisi və ləğvi. 
Bir  sıra  fəaliyyət  növləri  ilə  məşğul  olmağa  yalnız  dövlət 
müəssisələrinə icarə verilir və bu fəaliyyətə icazəvermə sistemi rejimin 
seçilməsində həyata keçirilir: istənilən növ silahların, döyüş sursatlarının 
və  partlayıcı  maddələrin  istehsalı,  narkotik  maddələrin  hazırlanması  və 
satışı və s. 
Dövlət müəssisələrinin vəzifəli şəxsləri dövlət-hakimiyyət xa 
80 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə