Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə30/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   26   27   28   29   30   31   32   33   ...   77

ədliyyə  çərçivəsində'  irəli  sürülmüş  və  uzun  müddət  ona  aşağıdakı 
hallardan  başqa  heç  bir  istisna  edilməmişdi:  müqavilələr  sahəsində  - 
burada  inzibati  fəaliyyətin  birtərəfli  icrası  daha  artıq  zəifləmişdir.  Bu 
zaman  ona  imkan  verilir  ki,  administrasiyaya  özü  özünə  icra  vərəqəsi 
versin, yaxud hakimdən icra vərəqəsi verilməsini tələb etsin.^ Mülkiyyət 
sahəsində  də  xüsusi  hüquqa  yaxınlaşma  halları  müşahidə  olunur:  əgər 
administrasiya  kimi  isə  ictimai  əmlakdan  istifadə  etmək  hüququndan 
məhrum etmək istəyirsə, bu barədə tədbir görülməsi üçün inzibati hakimə 
müraciət edə bilər.^ 
Doğrudur, bu yaxınlarda qəbul edilmiş qərarda nəzərdə tutulur ki, 
dövlət  təsisatı  ümumi  (ictimai)  funksiyanın  müvəffəqiyyətlə  yerinə 
yetirilməsini  təmin  etməyə  yönəldilmiş  tədbirlər  nəticəsində  çıxarılmış 
qərarın  icrasının  təmin  edilməsindən  ötrü  inzibati  hakimiyyətdən  xahiş 
edə bilər.“* 
Bu  qərar,  bəlkə  də,  elə  bir  təkamülün  təzahürüdür  ki,  o, 
administrasiya  üçün  qərarın  məhkəmədənkənar  icrası  imtiyazından 
istifadə  etməyə  imkan  verir.  Bəzi  hallarda  isə  hakimin  qərar  vermək 
nüfuzunu saxlamaq üçün administrasiya ona müraciət etmək yollarından 
birini  seçmək  hüququna  geniş  yer  verir.  Lakin  hər  bir  halda 
administrasiya  özünə  variant  seçmək  imtiyazını  özündə  saxlayır: 
məhkəmə  iddiası  onun  üçün  yalnız  könüllü  əhəmiyyət  kəsb  edir  və 
şübhəsiz ki, praktikada bu prinsip istisna xarakterini saxlayacaqdır. 
Administrasiya  prinsipcə  yalnız  qanunla  icazə  verilən  qərarlar 
qəbul edə bilər, həm də belə qərar qəbul etmək onun vəzifəsidir. Bu cür 
qərarların  əhatə  dairəsi  olduqca  genişdir,  çünki  administrasiya  xüsusi 
şəxslər üçün qadağan olunmuş çoxsaylı qərarlar qəbul etmək hüququna 
malikdir. 
* Administrasiyanın istifadə etdiyi qanun aktları onun qərar qəbul etmək 
hüququnun  reallaşdırılmasmm  səciyyəvi  xüsusiyyətlərindən  biridir. 
Həqiqətən də, o, vətəndaşların ayrı-ayrı kateqoriyaları ilə bağlı tədbirlər 
görmək,  hətta  hamı  üçün  məcburi  qərarlar  qəbul  etmək  imkanına 
malikdir.  Misal  üçün,  yol  hərəkəti  qaydaları  əsasən  hökumət  və  yaxud 
administrasiya tərəfindən işlənib hazırlanmış normalardan ibarətdir. 
‘ Dövlət Şurasının Er departamenti prefektinin işinə dair 30 may, 1913-jü il tarixli qərarı. 
Dövlət Şurasının Nittsa şəhəri barədə işə dair 20 aprel, 1956-jı il tarixli qərarı. ^ Dövlət 
Şurasınm Nittsa şəhəri barədə işə dair 20 aprel, 1956-jı il tarixli qərar. 
^  Dövlət  Şurasının  Konstantina  bələdiyyə  kazinosu  ijare  şirkətinin  işinə  dair  13  iyul, 
1961-ji il tarixli qərarı. 
Dövlət Şurasının Lekokun işinə dair 3 mart, 1978-ji il tarixli qəran. 
90 


■ Administrasiyaya, həmçinin, inzibati və maliyyə xarakterli fərdi aktları 
qəbul etmək hüquqları verilmişdir. 
İnzibati xarakterli hüquqların əhəmiyyətini dərk etmək üçün bəzi 
nümunələr göstərmək kifayətdir. 
Məcburi  xidmətlər  -  müəyyən  tədbirlərin  köməyi  ilə 
administrasiya, xüsusi şəxslə qarşılıqlı razılaşma olmadan onu birtərəfli 
qaydada əmlakını verməyə və ya xidmət göstərməyə məcbur edir. 
Xidmət göstərilməsi müddətsiz xarakter daşıya bilər və bu zaman 
o, məcburi güzəştlərin olmasım nəzərdə tutur, Ekspropriasiya (müsadirə) 
zamanı bu tədbirin köməyi ilə administrasiya xüsusi şəxsi məcbur edir ki, 
daşınmaz əmlakı ona güzəşt etsin. 
Yol  səthinin  düzləndirilməsi  tədbirləri  vasitəsilə  administrasiya 
ictimai  yolların  hüdudlarını  müəyyənləşdirir  və  bu  da  xüsusi  şəxslərin 
hətta ümumi istifadə yollarının keçdiyi yerdəki torpaq sahələrinə onların 
mülkiyyət  hüququ  olduqlarını  nəzərə  alaraq  tikinti  işlərini  müvafiq 
hüdudlardan bir qədər aralıda aparmağa məcbur etmək imkanı verir. 
Mülkiyyətin  rekvizisiya  (müsadirə)  edilməsinin  obyekti  istehlak 
üçün nəzərdə tutulmuş əvəzsiz xarakter daşımalıdır. 
Məcburi qaydada xidmət göstərilməsi müwəqqəti xarakter daşıya 
bilər: bu zaman administrasiya tərəfindən istifadə olunan müəyyən işləri 
yerinə  yetirmək  üçün  xüsusi  ərazilərdən,  hətta  onun  sahibindən  razılıq 
almadan müəyyən müddətdə istifadə edilə bilər. 
İstifadə  üçün  rekvizisiya  etmə,  əmlakın  xüsusi  mülkiyyətdən 
zəruri  hallar  üçün  müsadirə  edilməsidir.  Misal  üçün,  müharibə  zamanı 
ordu  avtomobili  rekvizisiya  edib,  müəyyən  müddətə  qərarla  saxlaya  və 
sahibinə  yalnız  bundan  sonra  qaytara  bilər.  Bununla  yanaşı,  sahibin 
yaşayış  sahəsini  tutmaq  üçün  icarə  tətbiq  edilir  ki,  bu  da  eksprop- 
riasiyanm bir növüdür. 
Nəhayət,  müəssisə  və  yaxud  onun  ştat  heyəti  rekvizisiya  edilə 
bilər. Hökumət tətil edən qulluqçulara işləməyi bir vəzifə olaraq tapşırıb, 
Bu  vəzifənin  onlar  tərəfindən  icrasının  məcburi  qaydada  həyata 
keçirmələri barədə tədbir görülür, lakin heç bir xüsusi sahibkar tərəfindən 
muzdlu işçiyə qarşı belə tədbirləri tətbiq etmək hüququ verilmir. 
Sanksiyalarla əlaqədər həyata keçirilən tədbirlər, adətən, cinayət 
işləri üzrə hakim tərəfindən tətbiq edilir. 
Lakin son zamanlar bu hal təkcə Fransada deyil, başqa ölkələrdə 
də  inzibati  sanksiyalar  tətbiqi  praktikasının  genişlənməsi  ilə  müşahidə 
edilir. Məsələn, sabit qiymətlərə əməl etməyən və «qara bazar» 
91 


əməliyyatları ilə məşğul olan ticarətçilərə qarşı iqtisadi sanksiyalar tətbiq 
edilə bilər. Belə sanksiyalar onların ticarət xidmətlərinin bağlanması ilə 
də nəticələnə bilər. Bu sanksiyalar iqtisadi və sosial sahələrdə olduqca 
daha geniş yayılmışdır. 
Dövlət  qulluğu  rejimi  -  dövlət  qulluqçusunun  bütün  karyerası 
boyunca,  yəni  o,  vəzifəyə  təyin  olunduğu  vaxtdan  qulluqdan 
çıxarılanadək  administrasiya  tərəfindən  ona  münasibətdə  birtərəfli 
qaydada  qəbul  edilən  hakimiyyət  qərarları  ilə  səciyyələnən  rejimdir. 
Məsələn,  dövlət  qulluqçusu  xüsusi  bölmədə  işə  keçmək  üçün  istefaya 
getmək arzusunda olduğunu bildirir. O, öz istefasını təklif etməklə, istefa 
verə  bilər,  lakin  onun  istefası  yalnız  administrasiya  tərəfindən  qəbul 
edildiyi təqdirdə gerçəkləşəcəkdir. Administrasiyanın razılığı olmadan o, 
işi  tərk  edə  bilməz.  Bir  qayda  olaraq,  belə  razılığı  administrasiya 
verməlidir.  Administrasiya  hüquqa,  bəzi  hallarda  isə  dövlət 
qulluqçusunun  təcrübəli,  işgüzar  olmasına  əsaslanaraq,  istefa  barədə 
imtina qərarı qəbul edə bilər. 
Hətta  administrasiya  və  xüsusi  şəxs  arasında  bərabərhüquqlu 
münasibətlərin  saxlanılması  şəraitində  çərçivələri  müəyyənləşdirilən 
müqavilə münasibətlərində administrasiyanın birtərəfli qaydada hərəkət 
etmək səlahiyyətləri müəyyənləşdirilir. 
Administrasiya bəzən kontragentə qarşı müqaviləyə əsasən, mal 
göndərilməsi və yaxud işlərin görülməsi müddətlərini ləngitdiyinə görə 
sanksiyalar tətbiq edə bilər. O, birtərəfli qaydada müqavilədə iş həcmini 
azaltmaq  və  ya  dəyişikliklər  etməklə  edibsə  də,  bunu,  kontragentə 
məcburən  qəbul  etdirə  bilər.  Nəhayət,  kontragentin  heç  bir  günahı 
olmadıqda belə administrasiya müqaviləni poza bilər, lakin bu zaman o, 
kontragentə vurulan ziyanı ödəməyə borcludur. 
Maliyyə  xarakterli  məsələlər  barədə  qərarlar  qəbul  edilməsində 
administrasiyanın imtiyazlı vəziyyətinə dair üç misal göstərmək olar. 
Qanunla icazə verildiyi təqdirdə administrasiya vergi tuta və hər 
bir  adamın  ödəməyə  borclu  olduğu  verginin  miqdarını  müəyyən  edə 
bilər, lakin o, xüsusi şəxslərdən və digər xüsusi şəxslərdən vergi tutmaq 
hüququna malik deyildir. 
Bir  çox  hallarda  qarşılıqlı  vergiyə  münasibətlərindən  başqa, 
administrasiyanın xüsusi şəxslərə qarşı borcla bağlı tələbləri də meydana 
çıxa bilər. 
Bu,  o  halda  olur  ki,  dövlət  qulluqçusu  əsas  maaşından  əlavə 
həddən artıq qeyri-qanuni mükafat alır: bu zaman ona bir vəzifə olaraq 
tapşırılır  ki,  qanuni  olaraq  artıq  aldığı  pulu  qaytarsın:  o,  öz  əməli  ilə 
müdiriyyətə zərər vurmuşdursa, onda zərərin məbləğini ödəyir. 
92 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə