Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə31/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   27   28   29   30   31   32   33   34   ...   77

Əks hallarda, administrasiya bu baxımdan bir sıra vasitələrə malikdir və 
lazım gəldikdə onlardan istifadə edir. 
Əgər xüsusi şəxs bu tələbi ödəməzsə, administrasiya başqa, daha 
təsirli vasitəyə - icra haqqında qərara əl atır. Bu, adından da göründüyü 
kimi,  həm  hüquqi,  həm  də  maddi  mənada  icra  edilməli  olan  maliyyə 
qərarıdır. Göstərilən halda xüsusi şəxs həmin tələbdən şikayət verməzsə, 
onda  onun  icrası  məcburidir.  Şikayət  verildiyi  təqdirdə,  qərar  təxirə 
salınır, yəni nə qədər ki şikayət üzrə məhkəmənin qərarı çıxarılmamışdır, 
xüsusi şəxs pulu ödəməyə bilər. 
Nəhayət, kredit verilməsinin bəzi kateqoriyaları ilə əlaqədar daha 
səmərəli tədbir - pul borcunun ödənilməsi barədə qərar qəbul edilməsidir. 
Bu  qərar,  məsələn,  dövlətin  mühasiblərinə  və  sahibkarlar  arasında 
yaranan münasibətdə tətbiq edilə bilər. 
Maliyyə  məsələləri  üzrə  səlahiyyət  borcların  ödənilməsinə  olan 
təəhhüdlərə aiddir. İnzibati orqanlar məmura zərər vurduqda və ya əmək 
haqqını  az  ödəmiş  olduqda  onlann  borcları  alına  bilər.  Bundan  başqa, 
administrasiya  daha  bir  hüquqa  malikdir,  yəni  dördillik  müdir  müddəti 
keçdikdən  sonra o,  hər  hansı bir  məmurun  iddia  tələblərini  ödəməkdən 
imtina etmək hüquna malikdir. 
Xüsusi  hüquqda  iddia  tələblərinin  irəli  sürülməsinin  müxtəlif 
müddətləri,  o  cümlədən:  birillik,  onillik,  otuzillik  müddətlər  sistemi 
mövcuddur.  İnzibati  hüquq  sahəsində  administrasiyada  borclann 
tutulması dörd ildə bir dəfə icra edilir, yəni kredit məbləğinin qaytarılması 
barədə  tələbin  müddəti  dörd  ildir.  Bu  halda,  administrasiya  müvafiq 
müddətin keçdiyini və özünün borclardan azad olduğunu bəyan edə bilər. 
Bu  sistem  İnqilab  və  İmperiya  dövrlərindən  sonra,  həmin  dövrlərdən 
miras  qalmış  çox  böyük  məbləğdə  bordan  ləğv  etmək  məqsədilə  qəbul 
olunmuş 1831-ci il qanunu ilə tətbiq edilmişdir. 
Müdirlik  müddəti  haqqında  göstəriş  son  dövrlərədək  öz 
qüvvəsində  saxlanılırdı,  ona  31  dekabr,  1968-ci  il  tarixli  qanunla 
dəyişiklik  edilmişdir.  Maraqlı  cəhət  yalnız  bundan  ibarətdir  ki,  həmin 
qanuna  əsasən  dördillik  müddət  bir  qədər  az  müddətlə  əvəz  edilmişdir, 
buna  görə  administrasiya  vaxtında  məhkəməyə  müraciət  etməsə  də 
müddətin keçdiyini özü bəyan edə bilər. İddiaçı, yəni borcun ödənilməsini 
tələb edən xüsusi şəxs isə yalnız belə bəyanatdan sonra həmin qərardan 
məhkəməyə  şikayət  etmək  və  onun  əsassızlığını  sübuta  yetirmək 
hüququna malikdir. 
Qərarın icrası ilə əlaqədar hakimiyyət münasibətlərin, münaqişəli 
məsələlərin həllində məcburetmə tədbirlərindən istifadə edilməsi zərurəti 
yarandıqda tətbiq edilir. Həqiqətən, bütün verilmiş inzibati. 
93 


qərarlar  sözsüz  icra  olunmalıdır.  Qərar  xüsusi  şəxslə  əlaqədar  qəbul 
edilmişdirsə,  həmin  şəxs  onun  şərtlərini  yerinə  yetirməyə  razılaşdıqda, 
yaxud ona tabe olduqda bu zaman heç bir çətinlik və problem yaranmır. 
Lakin  icraya  qarşı  çıxıldığı  halda  münaqişə  baş  verir,  nəticədə  qərarın 
icrasının yerinə yetirilməsi çətinləşir. 
Vətəndaşlar arasındakı münasibətlərdə də bu cür vəziyyət yarana 
bilər. Ev sahibi öz kirayənişinini mənzildən istədiyi vaxt çıxara bilər, bu 
halda  o,  bir  qayda  olaraq,  məhkəməyə  müraciət  etməlidir.  Müvafiq 
əsaslar olduqda məhkəmə bu barədə qərar verir. Xüsusi şəxs qərarın icra 
edilməsi barədə sənədi aldıqdan sonra polisə müraciət edib, ona kömək 
göstərilməsini xahiş etməlidir. Qeyd edək ki, bu halda əmin olmaq olmaz 
ki, ona dövlət tərəfindən kömək göstəriləcəkdir. Misal üçün, polis belə 
qərara  gələ  bilər  ki,  o,  məhkəmə  qərarını  icra  edəcəyi  təqdirdə,  şəxsin 
ictimai asayişi üçün təhlükə yaranacaq. Bu halda polis şəxsə köməkdən 
imtina edir. 
Məhkəmə  praktikasında  bu  cür  vəziyyətə  birinci  ciddi  reaksiya 
Kunteyin işi üzrə Dövlət Şurasının 30 noyabr, 1923-cü il tarixli qərarı 
olmuşdu.  Hadisə  Tunisdə  baş  vermişdir.  Böyük  torpaq  sahələrində  və 
çoxlu əhali yaşayan bir neçə kəndi olan mülkiyyətçilərdən biri kəndlərin 
sakinlərini oradan köçürmək istəmişlər. Hökumət belə hesab etmişdi ki, 
bu  köçürmə  ictimai  asayişin  pozulmasına  gətirib  çıxara,  tay-  faarası 
savaşmaya səbəb ola bilər. Məhz elə buna görə də, ümumi hakimiyyət 
ona  yardım  göstərməkdən  imtina  etmişdi.  Belə  vəziyyət  kirayənişinin 
mənzildən çıxarılmasının yerli xarakterli etiraz münaqişəsinə səbəb ola 
biləcəyini  nəzərə  alan  polisin  qərarın  icrasına  yardım  göstərməkdən 
boyun qaçırmasına da şamil edilə bilər. 
Lakin  bunlar  istisna  hallardır.  Xüsusi  şəxslər  üçün  belə  qayda 
qoyulmuşdur:  vətəndaş  məhkəməyə  müraciət  edir  və  məhkəmə  ona 
zəruri halda ümumi qaydada hakimiyyətdən yardım almaq barədə sənəd 
verir. 
Administrasiya  bu  nöqteyi-nəzərdən  də  xüsusi  şəxslərlə 
müqayisədə  imtiyazlı  vəziyyətdə  olur.  O,  öz  qərarlarının  maddi 
təcəssümü  üçün  iki  imkana:  vətəndaşların  da  istifadə  edə  biləcəkləri 
üsula, yəni iddia ilə məhkəməyə  müraciət etmək üsuluna və məhkəmə 
qaydası  istisna  edilən  digər  üsula  -  xidməti  borc  kimi  məcburi  icra 
üsuluna  malikdir.  İnzibati  hüququn  əsl  özünəməxsusluğu  bundadır: 
administrasiya  məhkəməyə  müraciət  etmədən  öz  qərarlarının  maddi 
təcəssümünü təmin edə bilər, çünki o, hakimiyyət qüvvəsinə malikdir. 
Azərbaycan  Respublikasının  inzibati  hüquq  normalarının,  yəni 
inzibati hüquq sahəsini təşkil edən hüquq normalarının təhlili nəticə 
94 


sində,  bu  hüquq  sahəsinin  mahiyyəti,  onun  sosial  təyinatı  və  ictimai 
münasibətlərin  inzibati  hüquqi  tənzimlənməsinin  özünəməxsus 
əlamətlərə malik olması müəyyən edilmişdir. 
Dövlət  idarəetməsi  və  icra  hakimiyyəti  mexanizminin  fəaliyyət 
göstərdiyi sahədə yaranan ictimai münasibətlərdən başqa, inzibati hüquq 
normaları  dövlət  hakimiyyəti,  məhkəmə  və  prokurorluq  orqanlarında 
dövlət qulluğu ilə əlaqədar yaranan münasibətləri, həmçinin də idarəetmə 
xarakterli təşkilatdaxili münasibətləri də tənzimləyir. 
İnzibati hüquq normaları, həmçinin, ictimai təsisatların ixtiyarına 
verilmiş  dövlət  idarəetmə  funksiyalarının  həyata  keçirilməsi  ilə  bağlı 
yaranan ictimai münasibətləri də tənzimləyir. 
Hüquq  normasının  ünsürləri  (hipoteza,  dispozisiya,  sanksiya) 
faktiki  olaraq  müxtəlif  normativ-hüquqi  aktların  maddələrində  ola 
bilərlər,  lakin  bu,  normalann  eyni  olmayan  forma  və  ifadə  üsullarına 
malik  olması  ilə  izah  olunur.  Belə  hallarda  da  onlar  öz  məntiqi 
quruluşlarını itirmirlər. 
§3. Məhkəmə prosedurları, xidmət borclarına baxılması qaydası və 
onların tətbiqi 
Prinsiplər - məhkəmə icraatı cinayət prosesi üçün tipikdir. Əgər 
vətəndaş  inzibati  qərarı  yerinə  yetirmirsə,  məhkəmə  tərəfindən  cinayət 
məsuliyyətinə  cəlb  edilə  və  törətdiyi  hüquq  pozuntusunun  ağırlığından 
asılı olaraq cərimələnə və yaxud həbs edilə bilər. 
Qanun  aktlarının,  o  cümlədən  polis  reqlametlərinin  icra 
edilməsinə gəlincə, bu sahədə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 
R  26-  15-ci  maddəsində  nəzərdə  tutulmuşdur.  Həmin  maddədə  inzibati 
hakimiyyətin qanuni qaydada qəbul etdiyi dekretləri və qərarları, yaxud 
bələdiyyə hakimiyyəti tərəfindən dərc olunmuş qərarlan pozan şəxslərə 
qarşı  cinayət  cəzası  nəzərdə  tutulur.  Bu  o  deməkdir  ki,  əgər  hökumət 
dekret vasitəsilə və yaxud mer bələdiyyə qərarı ilə polisin, misal üçün, 
yol hərəkətləri, sürətin məhdudlaşdırılması, avtomobil dayanacaqlarının 
qadağan edilməsi qaydalarına əməl olunmasına aid səlahiyyətləri barədə 
qərarlar  qəbul  edirsə,  bu  konkret  hüquq  pozuntusu  üçün  başqa  cəza 
tədbirləri nəzərdə tutulmayıbsa, cərimə şəklində sanksiyalar tətbiq edilə 
bilər. 
Bundan əlavə, digər xüsusi aktlarla inzibati xətalara görə cinayət 
sanksiyaları  müəyyənləşdirilir.  Bu,  misal  üçün  fırıldaqçıhğa  qarşı 
mübarizə haqqında 1905-ci il qanunun da nəzərdə tutulmuşdur. Həmin 
qanun son dərəcə ümumi prinsipləri müəyyənləşdirir və bu prin 
95 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə