Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə39/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   35   36   37   38   39   40   41   42   ...   77

qanunvericilik  və  məhkəmə  hakimiyyətləri  orqanları  aparatında  dövlət 
qulluğuna keçən qulluqçulara şamil edilir. 
Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və 
digər  qanunvericilik  aktlarına  uyğun  olaraq  dövlətin  məqsədlərinin  və 
funksiyalarının  həyata  keçirilməsi  sahəsində  dövlət  qulluqçularının  öz 
vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. 
Dövlət qulluqçularının əsas hüquq və vəzifələri «Dövlət qulluğu 
haqqında» Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. 
Azərbaycan Respublikasının inzibati hüququnda və «Dövlət qulluqçuları 
haqqında» Qanunda bu barədə geniş şəkildə izahat verilmişdir. 
Dövlət  qulluqçularının  xidməti  hüquq  və  vəzifələrinin  həyata 
keçirilməsi  üçün  dövlət  tərəfindən  normal  şərait  yaradılır.  Məsələn, 
hakimiyyət  nümayəndəsinə  qarşı  müqavimət  göstərmə  və  ya  zor  tətbiq 
etməyə görə (Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi), təhqir 
etməyə  görə  (Azərbaycan  Respublikası  CM-nin  148-ci  maddəsi)  və 
dövlət  qulluqçularının  vəzifələrinin  yerinə  yetirilməsinə  maneçilik 
törədən və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe ol- mamağa 
görə inzibati məsuliyyət nəzərdə tutulur. 
115 


vın 
FƏSIL
 
QANUNÇULUQ PRİNSİPİ 
1. Qanunçuluq prinsipi anlayışı, qanuna uyğun Ii3rdk3t etmdk vəzi- 
fasi V3 icra hakimiyyəti orqanlarının qərarlarının icra qaydası 
Qanunçuluq  prinsipinə  ümumi  formada  administrasiyanın 
qanunla bağlılığı kimi tərif vermək olar. Bu prinsip bir-biri ilə qarşılıqlı 
əlaqəli iki elementdən - qanuna uyğun olaraq hərəkət etmək vəzifəsindən 
və  qanunun  yerinə  yetirilməsinin  təmin  edilməsi  üçün  təsəbbüş 
göstərmək vəzifəsindən ibarətdir. Bu bir ənənəvi vəzifə olub, daha çox 
«neqativ»  xarakter  daşıyır.  O,  administrasiyanı  yalnız  qanuna  zidd 
olmayan  tədbirləri  tətbiq  etməyə  və  onu  öz  gündəlik  fəaliyyətində  qa- 
nunçuluğa riayət etməyə vadar edir. 
Qanunçuluq  vəzifələri  icazələrin  və  qadağaların  məcmusundan 
ibarətdir.  Misal  üçün  əgər  administrasiya  idarəetmə  aparatının  işçisinə 
intizam  tənbehi  tətbiq  etmək  istəyirsə,  vəzifələrin,  icazələrin  və 
qadağaların həmin məcmusu ilə qarşılaşır. Burada ilk növbədə vəzifələr 
diqqət mərkəzində durmalıdır, çünki administrasiya intizam sanksiyaları 
tətbiqinin qanunla nəzərdə tutulmuş proseduruna (o cümlədən, əlaqədar 
şəxs üçün özünü müdafiə etmək imkanı yaradılması baxımından) riayət 
etməlidir. Sonra icazələr, yəni düzgün olmayan hərəkətə yol vermiş şəxsə 
tənbeh tətbiq etmək imkanı nəzərə alınmalıdır; axı, qulluqçunun günahı 
olduqda  administrasiya  ona  qarşı  müxtəlif  səbəblərə  görə  cəza  tətbiq 
etmək  hüququna  malikdir.  O,  günahkarı  cəzalandıra  və  yaxud 
cəzalandırmaya bilər. Nəhayət, qadağalar nəzərə alınmalıdır. Əgər sübuta 
yetirilmiş qeyri-qanuni hərəkətlərlə əlaqədar olaraq qanunda əfv nəzərdə 
tutulmuşdursa, belə hallarda administrasiya günahkara qarşı cəza tətbiq 
etmək hüququna malik deyildir. 
Tikintiyə  icazə  verilməsi  hallarında,  şəhərsalma  normalarının 
tətbiqi  zamanı  da  belə  ola  bilər.  Əgər  qanunla  nəzərdə  tutulmuş  bütün 
şərtlərə əməl olunmuşdursa, administrasiya icazə verməyə borcludur; o, 
hətta  istəməsə  də  belə,  icazəni  verməkdən  imtina  edə  bilməz.  Lakin 
ümumi normalara əməl olunmursa və həmin normalar uca binalar tikintisi 
məsələsində  ümumi  qaydalardan  istisnalara  yol  verirsə,  administrasiya 
instisnaları müəyyənləşdirmək hüququna malikdir. Nəhayət, şəhərsalma 
haqqında ümumi normalara əməl olunmadığı təqdir 
116 


də, işin görülməsinə icazə vermək administrasiyaya qadağan edilir. 
Burada qanunçuluq prinsipinin daha artıq məlum olan və daha çox 
öyrənilmiş  cəhəti  təhlil  edilmişdir,  həmin  prinsipin  özü  isə  Fransa 
idarəetmə sistemində təsbit və tətbiq olunmuşdur. 
Bu  məsələ  Fransa  hüquq  sistemində,  bəlkə  də,  ən  azı  ciddi  və 
səmərəlidir.  Həqiqətən  də,  qanunda  əks  etdirilmiş  normalara  əməl 
olunması  kifayət  deyildir,  həmin  normaların  tətbiqinə  təşəbbüs 
göstərilməsi də vacibdir. Qanunun tətbiqi onun inkişafına təkan verir. 
Qanun  çox  zaman  yalnız  o  halda  müsbət  təcəssümünü  tapır  ki, 
administrasiya  onun  reallaşdırılması,  gerçəkləşdirilməsi  üçün  bir  sıra 
hüquqi və əməli tədbirlər həyata keçirilməsini təmin etmiş olsun. Həm də 
qanun kağız üzərində qalmasın deyə administrasiya öz növbəsində təsirli 
tədbirlər göıməyə borcludur. 
Təşəbbüslərin iki  kateqoriyasını:  bir  tərəfdən  qanunların  və  icra 
hakimiyyəti  orqanların  qərarlarının  icrasını,  digər  tərəfdən  məhkəmə 
qərarlarının lazımi səviyyədə icrasını təmin etmək üçün gərəkli tədbirlər 
həyata keçirilməlidir. 
Administrasiya ya aktların tətbiqi üzrə, ya da onların icbari icrası 
üçün tədbirlər görmək zərurəti qarşısında qalır: 
1.
 
Aktların  tətbiqi  üzrə  tədbirlər,  əsasən,  tənzimləyici  tədbirlərdir, 
çünki  qanunun  tətbiqinin  təmin  edilməsi  üçün  qanuni  aktlann  olması 
zəruridir.  Qanunun  tətbiq  edilməsi  qaydası  çox  zaman  Dövlət  Şurası 
tərəfindən qəbul edilən dekretlə müəyyənləşdirilir və nə qədər ki, belə bir 
dekret  qəbul  edilməmişdi,  qanun  nə  hüquqi,  nə  də  əməli  cəhətdən 
qüvvəyə minə bilməzdi. 
Lakin  son  zamanlar  bir  təzahür  müşahidə  edilməkdədir  ki, 
administrasiya qanunların tətbiqi barədə hökumət tərəfindən dekret qəbul 
edilməsinə nail olmur, nəticədə qanun ölü vəziyyətdə qalır. Belə hallann 
qarşısını almaq məqsədi ilə qanunverici orqan müvafiq dekretin üç aydan 
və yaxud bir ildən sonra qəbul ediləcəyini elan edir. Lakin  bu müddətə 
əməl  edilməsi  heç  bir  sanksiya  ilə  şərtləndirilmir  və  dekret  qəbul 
olunanadək  qanun  əvvəlki  kimi  yenə  də  tətbiq  edilmir.  Beləliklə,  bəzi 
qanunlar, onların həyata keçirilməsi haqqında dekretlərin qəbul olunması 
üçün üç aylıq müddət nəzərdə tutulsa da, bu müddət keçdikdən sonra da 
tətbiq edilmir. 
Administrasiyanın  belə  acınacaqlı  hallarını  aradan  qaldırmaq 
məqsədilə Dövlət Şurası 27 noyabr, 1964-cü il tarixdə dul qadın Re- narm 
işinə dair qərar qəbul etdi. Həmin işdə tənzimləyici aktlardakı ötür-ötür 
oyunundan  söhbət  gedirdi.  İnzibati  reqlamentlərin  birində  müəyyən 
şəxslərin pensiya alacağı nəzərdə tutulur, lakin elə oradaca 
117 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə