Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə35/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   31   32   33   34   35   36   37   38   ...   77

Admiral Mozelye* müharibə dövründə Azad Fransa mübarizləri 
sıralarında  müəyyən  rol  oynamış  və  bir  müddət  general  de  Qoll  ilə 
münaqişə vəziyyətində olmuşdu. Onun şəxsi arxivlərində təxminən son 
otuz il ərzində ölkə siyasətinin işıqlandırılması işində maraq doğura bilən 
sənədlər  var  idi.  O,  vəfat  etdikdən  sonra  hərbi  dəniz  orqanı  dərhal 
admiralın  villasında  yerləşən  həmin  arxivlərin  müsadirə  olunması 
haqqında  sərəncam  vermiş,  bunları  qutulara  yığdırıb  möhürlət-  mişdir. 
Sonradan həmin qutular Tulonun dəniz prefekturasına verilmişdi. Həmin 
tədbirlərə  qarşı  etiraz  edən  varislərin  şikayəti  əsasında  Dövlət  Şurası 
müəyyən  etmişdi  ki,  bu  hərəkətlər  xüsusi  mülkiyyətə  qarşı  qəsd  və 
özbaşınalıqdır, çünki həmin hərəkətlərə görə qanun aktı yox idi. 
Bu  halda  da  eyni  neqativ  normalar  fəaliyyət  göstərir: 
administrasiya  məsuliyyəti  və  cərimə  ödəmək  təəhhüdünü  öz  üzərinə 
götürür,  eyni  zamanda  o,  özbaşınalıq  törədir,  çünki  öz  hərəkətləri  ilə 
mülkiyyət hüququna və insanların əsas hüquq və azadlıqlarına qəsd edir. 
Bunu misallarla aydınlaşdıraq. 
Münaqişələr  üzrə  TribunaF  müəyyənləşdirimişdi  ki,  1938-ci  il 
qanunu ilə'o nəzərdə tutulmuş olan cinayət cəzası tətbiq etmək rekvizisiya 
xidməti borc üzrə icra edilə bilməz. Buna görə belə icra qeyri- qanunidir
çünki söhbət mülkiyyət hüququnun pozulmasından daha çox özbaşınalıq 
hərəkətlərindən gedirdi. Münaqişələr üzrə Tribunal digər hallarda da bu 
barədə öz mövqeyini bildirmək imkanına malik olmuşdur. 
Pelelərin işində2 söhbət xidməti mənzili qanunsuz tutmuş şəxsin 
oradan köçürülüməsindən gedirdi. Administrasiya onu məcburi qaydada 
köçürmüş, bu zaman o, mənzil toxunulmazlığı hüququnu pozmuşdu. İşdə 
məhkəmə prosedurlarından istifadə edilməsi barədə sübutedici sənədlər 
təqdim edilmədiyindən Münaqişələr üzrə Tribunal köçürməni özbaşınalıq 
aktı hesab etmişdi. 
Digər halda'' söhbət qəbirlərin yerinin dəyişdirilməsindən gedirdi. 
Mer kommunal qəbiristanlığın bir hissəni boşaltdırmaq məq- sədiilə qərar 
vermiş, rəsmi qaydada qəbirlərin yerinin dəyişdirilməsini 
“ Dövlət Şurasının Mozelyenin işinə dair 10 oktyabr, 1969-ju il tarixli qərarı. 
’ Münaqişələr üzrə Tribunalın Flavinyanın işinə dair 10 oktyabr, 1969-ju il tarixli qoran. 
Münaqişələr üzrə Tribunalın ər-arvad Pelelərin işinə dair 25 noyabr, 1963-jü il tarixli 
qəran. 
"  Münaqişələr  üzrə  Tribunalın Sen-Just-Şaleysen kommunasının  işinə  dair  25  noyabr, 
1963-jü il tarixli qəran. 
104 


həyata  keçirmişdi.  Belə  hesab  edilmişdi  ki,  bu  nəinki  yaşayan 
vətəndaşların,  həm  də  ölülərin  hüquqlarının,  yaxud  qərarda  deyildiyi 
kimi, «mərhumlara ehtiram təzahürü» olan əsas hüquqlann pozulmasıdır. 
Söhbət cinayət sanksiyaları nəzərdə tutan reqlamentar bələdiyyə qərarının 
yerinə  yetirilməsindən  getdiyinə  görə,  bələdiyyə  qəbirqazanları  merin 
əmrini,  əsasən,  icra  etmişlər.  Bu  icra  da  özbaşınalıq  kimi 
qiymətləndirilmişdi. 
Hazırda «özbaşınalıq» anlayışı tənqidə məruz qalır. Əvvəlcə bu 
anlayış 
vətəndaşların 
müdafiəsinə 
yönəldilmiş 
tədbir 
kimi 
qiymətləndirilirdi və hesab edilirdi ki, belə hallarda administrasiya ciddi 
qeyri- qanuni hərəkətlərə yol verdiyinə görə bunlar hüquq çərçivəsindən 
kənara  çıxmışdı;  yəni  administrasiya  hüquqi  deyil,  faktiki  tədbirlərdən 
istifadə  etmişdi  və  buna  görə  də  münaqişə  baş  verəcəyi  təqdirdə,  o, 
məhkəmə məsuliyyətinə cəlb edilməli idi. 
Lakin  müdafiə  mexanizmləri  bəzən  vətəndaşlara  və 
zərərçəkənlərə  qarşı  yönəlir,  çünki  praktikada  özbaşınalıq  aktı 
törədildiyini və yaxud qanuni iş görüldüyünü müəyyən etmək asan olmur. 
Səhvlərə  yol  verilir  və  zərərçəkənlər  bu  zaman  inzibati  ədliyyənin 
köməyinə əl atır  - əvvəlcə inzibati tribunala, sonra isə Dövlət Şurasına 
müraciət  edirlər.  Dövlət  Şurası  müəyyən  etmişdi  ki,  onlar  şikayət 
etməkdə  və  cərimə  ödənilməsi  tələbi  irəli  sürməkdə  haqlıdırlar.  Lakin 
onların  şikayət  etdikləri  qeyri-qanuni  hərəkətlər  o  qədər  ciddidir  ki, 
inzibati hakim vəziyyəti düzəldə bilməz, buna görə onlar iddia ilə ümumi 
məhkəməyə  müraciət  etməlidirlər.  Belə  bir  tələbin  olması  şikayətçiləri 
qane etmirdi. 
Bəzi  müəlliflər  soruşurdular:  XIX  əsrin  əvvəlində  meydana 
çıxmış  şəxsiyyətin  hüquq  və  azadhqlan  konsepsiyası  ilə  bağlı  olan 
özbaşınalıq  hərəkətləri  nəzəriyyəsindən  imtina  edilməlidirmi?  Bütün 
hallarda belə hesab edilir ki, özbaşınalıq, hüquqa əsaslanmasından və ya 
faktiki  törədilməsindən  asılı  olmayaraq,  inzibati  ədliyyə  yurisdiksiyası 
rejiminə aiddir. 
Administrasiyanın  səlahiyyətləri  heç  vaxt  mütləq  olmamışdır. 
Bunlar  həmişə  müəyyən  çərçivələrə  salınmış,  bir  sıra  şərtlərə  əməl 
edilməsi  ilə  əlaqələndirilmişdir.  Başlıcası  isə  həmin  səlahiyyətlər 
məhkəmənin nəzarəti altında həyata keçirilir. 
Mülki  hüquqi  münasibətlərdə  administrasiyanın  və  xüsusi 
şəxslərin  vəziyyəti  arasında  başlıca  fərq  bundan  ibarətdir  ki,  ümumi 
mülki  hüquqda  məhkəmənin  müdaxiləsi,  adətən,  hərəkətlərdən 
(əməllərdən) əvvəl gəlir, halbuki inzibati hüquqda bu müdaxilə posterieri 
həvata keçirilir. Nəzarət törədilən hərəkətlərdən əvvəl yox, sonra həyata 
keçi 
105 


rilir.  Administrasiyanın  səlahiyyətləri  məhz  bu  mənada'eyni  zamanda 
nəzarət - yurisdiksion əhəmiyyət kəsb edir. 
Azərbaycan Respublikasında inzibati hüququn prinsipləri dedikdə 
inzibati  hüququn  mahiyyətini  əks  etdirən  əsas  ideyalar,  tələblər, 
müddəalar başa düşülür. 
İnzibati hüququn prinsipləri öz məzmununa və məqsədinə görə iki 
qrupa bölünür: konstitusion (ümumi) prinsiplər və xüsusi prinsiplər. 
Konstitusion (ümumi) prinsiplərə aşağıdakılar aiddir; 
qanunçuluq; demokratiya; humanizm; 
vətəndaşlann qanun və tətbiqedici qarşısında bərabərliyi; dövlət 
və şəxsiyyətin qarşılıqlı məsuliyyəti; insan və vətəndaş hüquqlarına və 
azadlıqlarına hörmət edilməsi
təqsirsizlik 
prezumpsiyası; 
ədalətsizlik. 
Xüsusi prinsiplərə aşağıdakı prinsiplər aiddir: dövlət 
qulluğunun keçirilməsi qaydası; inzibati məsuliyyət 
prinsipi; 
inzibati xətalar haqqında işlərin icraatı prinsipləri və s. 
Bu prinsiplərin həyata keçirilməsində yeganə məqsəd Azərbaycan 
Respublikasının  inzibati  xətalar  qanunvericiliyinə,  konstitusiyasına, 
hamılıqla  qəbul  edilmiş  beynəlxalq  hüququn  normalarına  və 
prinsiplərinə əsaslanır. İnzibati məsuliyyəti müəyyən edən normalar və 
inzibati  xətalar  törətmiş  şəxsin  əməlləri  yalnız  Azərbaycan 
Respublikasının İnzibati Xətalar Məcəlləsinə daxil olduqdan sonra tətbiq 
edilir.  İnzibati  hüquq  sahəsini  təşkil  edən  hüquq  normalarının  təhlili 
nəticəsində  bu  hüquq  sahəsinin  mahiyyəti,  onun  sosial  təminatı  və 
ictimai 
münasibətlərin 
inzibati 
hüququ 
tənzimləməsinin 
özünəməxsusluğu ilə Azərbaycan Respublikasının hüquq sistemində yeri 
müəyyən olunur. 
Hüquq  norması  öz  hüquqi  təyinatına  görə  müəyyən  davranış 
qaydasıdır  ki,  ona  əməl  olunması  müxtəlif  növ  təşkilati,  izahedici  və 
sistemləşdirici vasitələrlə təmin edilir. Ona riayət etməyənlərə qarşı isə 
hüquqi məcburetmə tədbirləri tətbiq olunur (intizam, inzibati və cinayət 
məsuliyyəti). 
Beləliklə,  inzibati  hüquq  norması  dövlət  idarəetməsi  və  icra 
hakimiyyəti mexanizminin fəaliyyəti sahəsində yaranan, dəyişən və xi 
106 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə