VII
FƏSIL
HÜQUQ TƏTBİQETMƏ MEXANİZMİ
§1. Administrasiya qulluqçularının müdafiəsi və onların cərimə ödə-
mək haqqında məhkəmə iddialarından müdafiəsi
Administrasiyanın
malik
olduğu
hüququn
təminetmə
mexanizmləri onun üstün hüquqlanrun sanki ikinci səviyyəsini təmsil
edir. Bunlar bir növ parlament immuniteti və yaxud diplomatik
immunitet mənasında olan immunitetlərə malikdirlər. Belə hesab edUir
ki, administrasiya yerinə yetirdiyi vəzifələrin spesifikliyi ilə əlaqədar
özünün maneəsiz fəaliyyətini təmin edən bəzi müdafiə formalarma
malikdir. Bu cəhətdən quUuqçularm hüquqi müdafiəsi üzrə tədbirlər və
əmlak müdafiəsi sahəsində hüquqi təminetmə tədbirləri bir-birindən
fərqlənir.
Administrasiya qulluqçulara yalnız onların şəxsi statusunu təmin
etmək məqsədilə deyil, həm də administrasiyanın özünün mənafeləri
naminə xüsusi hüquq-mühafizə tədbirləri sisteminə malikdir. Həmin
tədbirlər o qədər ciddi və təsirlidir ki, onların «toxunulmaz silki»nin
mövcud olduğu bəyan edilmişdi. Belə qiymət, şübhəsiz, şişirtmədir, lakin
onların ikiqat müdafiə olunması faktdır.
Əgər qulluqçunun öz günahı üzündən ona zərər vurulmuşsa,
bunun nəticəsi üçün maliyyə məsuliyyətini o yox, məsuliyyəti
administrasiya daşıyır. Məsuliyyət təminat mənasında bir tərəf üçün
imtiyaz, digər tərəf üçün yükdür, çünki administrasiya qulluqçunun
günahı üzündən dəyən zərəri ödəməyə özü borcludur.
Bu sistem «qulluqçular üçün təminat» adlandırılan şəkildə XIX
əsrdə möhkəm kök salmışdı. Respublikanın XIII ilinin Konstitusiyası ilə
müəyyən edilən həmin sistem xüsusi şəxslərin qulluqçulara qarşı Dövlət
Şurasının sanksiyası olmadan iddia irəli sürməsini (bu isə çox nadir
hallarda olurdu) qadağan edirdi.
Üçüncü respublika
dövrünün lap əvvəlində, 19
sentyabr, 1870- ci
il tarixdə müvəqqəti hökumət bu müddəanı ləğv edərək, qulluqçuları
əvvəlki statusa qaytardı. Həmin statusa uyğun olaraq qulluqçuların
fəaliyyəti ümumi hüquq normaları ilə tənzimlənirdi.
Lakin sonradan Münaqişələr üzrə Tribunal yenidən qulluqçular
üçün təminatın zəiflədilmiş formasını tətbiq etdi. O müəyyənləşdirdi ki,
qulluqçu öz xidməti vəzifələrini yerinə yetirərkən xidmətdə səhvə yol
verərsə, bunun üçün cavabdehliyi qulluqçu yox, administra
108
siya daşıyır. Hakimiyyətlərin bölüşdürülməsi prinsipi ilə əlaqədar olaraq
inzibati tribunallar administrasiyanın fəaliyyətinə müdaxilə etmək
hüququna malik deyildirlər, odur ki, onlar qulluqçular tərəfindən yol
verilən vəzifə xətalarına görə təqsirləndirilə bilməzlər.
Elə ola bilər ki, iddia səhvən ümumi mülki məhkəmə qarşısında
irəli sürülsün, lakin bu zaman münaqişə yaranmayacaqdır. Başqa sözlə,
vəzifəli şəxsin öz fəaliyyətini yerinə yetirərkən yol verdiyi səhv
nəticəsində zərər çəkmiş şəxs ona qarşı mülki məhkəmədə iddia qaldırır
və vəzifəli şəxs tərəfindən cərimə ödənilməsi barədə qərar qəbul
edilməsinə nail olur. Qulluqçuların 1959-cu il tarixli ümumi statusunda
təkrar edilmiş 1946-cı il tarixli ümumi statusu
nəzərdə tuturdu ki, «dövlət
idarəetmə orqanı qulluqçunu mülki məhkəmələrin ona qarşı çıxardığı
qərarlardan müdafiə etməlidir». Kommuna administrasiyasının ştat heyəti
haqqında 1952-ci il qanununa da həmin müddəa daxildir və o, 13 iyul,
1983-cü il tarixli qanunun 11-ci maddəsi ilə əlaqədar olaraq bütün dövlət
və ərazi xidmətlərinə münasibətdə qüvvədədir. Dövlət Şurası həmin
müddəanı hətta dövlət xidmətinin hüquqi aktının mətnində xüsusi göstəriş
olmadan tətbiq edilən ümumi hüquqi prinsip səviyyəsinə qaldırmışdır.'2
Beləliklə, qulluqçu ikiqat müdafiədən istifadə edir, məhkəmələrin
qərarları, adətən, idarəetmə orqanının öz ünvanına qəbul edilir: məhkəmə
vəzifəli şəxslə əlaqədar qərar çıxardıqda, administrasiya onun əvəzinə
cəriməni özü verir və yaxud onun ödədiyi məbləğ üçün kompensasiya
ödəyir.
Bununla
belə,
qulluqçunun
immuniteti
tam
müəyyənləşdirilmişdir; administrasiya zərərçəkənə ödəməli olduğu
cərimənin məbləğini öz qulluqçusundan tuta bilər.Lakin administrasiya bu
hüquqdan çox nadir hallarda istifadə edir. Praktikada, qulluqçulara demək
olar ki, XIX əsrdə olduğu kimi səmərəli olan «təminatlar» şəklində
müdafiə şamil edilir.
Daha sonralar idarəetmə aparatının qulluqçuları öz vəzifələrinin
icrası zamanı təhqirlərdən, hədələrdən və yaxud qəsdlərdən müdafiə
hüququ əldə etdilər. Belə xarakterli müdafiə tədbirləri dövlət
qulluqçularının 1946-cı il tarixli ümumi statusunda nəzərdə tutulmuş,
sonra isə 4 fevral, 1959-cu il tarixli ordonansla təsdiq edilmişdi və hazırda
da 13 iyul, 1983-cü il tarixli qanunun 11-ci maddəsində nəzərdə
tutulmuşdur.
Bu maddəyə uyğun olaraq,
hökumət dövlət qulluqçula-
Dövlət Şurasının Bezanson xəstəxana mərkəzi haqqında işə dair 26 aprel, 1963-jü il
tarixli qərarı.
Dövlət Şurasınm Lariyelin işinə dair 28 iyul, 1951-ji il tarixli qərarı.
109