Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə36/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   32   33   34   35   36   37   38   39   ...   77

tam  olunan  ictimai  münasibətləri  tənzimləmək  məqsədi  ilə  dövlət 
tərəfindən müəyyən edilmiş davranış qaydasıdır. 
Azərbaycan Respublikasının inzibati hüququnun prinsiplərinə və 
digər  normativ  aktlara  əsasən  respublikada  yaşayan  bütün  vətəndaşlar 
qanun  və  məhkəmə  qarşısında  bərabərdirlər.  Dövlət  irqindən, 
milliyyətindən,  dilindən,  dinindən,  cinsindən,  mənşəyindən,  əmlak 
vəziyyətindən,  qulluq  mövqeyindən,  əqidəsindən,  siyasi  partiyalara, 
həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı 
olmayaraq, hər kəsin hüquq və azadlıqlannın bərabərliyinə təminat verir. 
Hər  kəsin  onun  işinə  qanunla  müəyyən  edilmiş  məhkəmədə 
baxılması  hüququ  vardır.  Şəxsin  razılığı  olmadan  onun  işinə  başqa 
məhkəmədə baxılmasına yol verilmir. Məhkəmənin məhkum etdiyi hər 
bir  şəxsin  öz  barəsində  çıxarılmış  hökmə  və  yaxud  qərara  qanunla 
nəzərdə tutulmuş qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə 
özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət 
etmək hüququ vardır. 
107 


VII
 FƏSIL
 
HÜQUQ TƏTBİQETMƏ MEXANİZMİ 
§1. Administrasiya qulluqçularının müdafiəsi və onların cərimə ödə- 
mək haqqında məhkəmə iddialarından müdafiəsi 
Administrasiyanın 
malik 
olduğu 
hüququn 
təminetmə 
mexanizmləri  onun  üstün  hüquqlanrun  sanki  ikinci  səviyyəsini  təmsil 
edir.  Bunlar  bir  növ  parlament  immuniteti  və  yaxud  diplomatik 
immunitet mənasında olan immunitetlərə malikdirlər. Belə hesab edUir 
ki,  administrasiya  yerinə  yetirdiyi  vəzifələrin  spesifikliyi  ilə  əlaqədar 
özünün  maneəsiz  fəaliyyətini  təmin  edən  bəzi  müdafiə  formalarma 
malikdir. Bu cəhətdən quUuqçularm hüquqi müdafiəsi üzrə tədbirlər və 
əmlak  müdafiəsi  sahəsində  hüquqi  təminetmə  tədbirləri  bir-birindən 
fərqlənir. 
Administrasiya qulluqçulara yalnız onların şəxsi statusunu təmin 
etmək  məqsədilə  deyil,  həm  də  administrasiyanın  özünün  mənafeləri 
naminə  xüsusi  hüquq-mühafizə  tədbirləri  sisteminə  malikdir.  Həmin 
tədbirlər  o  qədər  ciddi  və  təsirlidir  ki,  onların  «toxunulmaz  silki»nin 
mövcud olduğu bəyan edilmişdi. Belə qiymət, şübhəsiz, şişirtmədir, lakin 
onların ikiqat müdafiə olunması faktdır. 
Əgər  qulluqçunun  öz  günahı  üzündən  ona  zərər  vurulmuşsa, 
bunun  nəticəsi  üçün  maliyyə  məsuliyyətini  o  yox,  məsuliyyəti 
administrasiya  daşıyır.  Məsuliyyət  təminat  mənasında  bir  tərəf  üçün 
imtiyaz,  digər  tərəf  üçün  yükdür,  çünki  administrasiya  qulluqçunun 
günahı üzündən dəyən zərəri ödəməyə özü borcludur. 
Bu  sistem  «qulluqçular  üçün  təminat»  adlandırılan  şəkildə XIX 
əsrdə möhkəm kök salmışdı. Respublikanın XIII ilinin Konstitusiyası ilə 
müəyyən edilən həmin sistem xüsusi şəxslərin qulluqçulara qarşı Dövlət 
Şurasının  sanksiyası  olmadan  iddia  irəli  sürməsini  (bu  isə  çox  nadir 
hallarda olurdu) qadağan edirdi. 
Üçüncü respublika dövrünün lap əvvəlində, 19 sentyabr, 1870- ci 
il  tarixdə  müvəqqəti  hökumət  bu  müddəanı  ləğv  edərək,  qulluqçuları 
əvvəlki  statusa  qaytardı.  Həmin  statusa  uyğun  olaraq  qulluqçuların 
fəaliyyəti ümumi hüquq normaları ilə tənzimlənirdi. 
Lakin  sonradan  Münaqişələr  üzrə  Tribunal  yenidən  qulluqçular 
üçün təminatın zəiflədilmiş formasını tətbiq etdi. O müəyyənləşdirdi ki, 
qulluqçu  öz  xidməti  vəzifələrini  yerinə  yetirərkən  xidmətdə  səhvə  yol 
verərsə, bunun üçün cavabdehliyi qulluqçu yox, administra 
108 


siya daşıyır. Hakimiyyətlərin bölüşdürülməsi prinsipi ilə əlaqədar olaraq 
inzibati  tribunallar  administrasiyanın  fəaliyyətinə  müdaxilə  etmək 
hüququna  malik  deyildirlər,  odur  ki,  onlar  qulluqçular  tərəfindən  yol 
verilən vəzifə xətalarına görə təqsirləndirilə bilməzlər. 
Elə ola bilər ki, iddia səhvən ümumi mülki məhkəmə qarşısında 
irəli sürülsün, lakin bu zaman  münaqişə yaranmayacaqdır. Başqa sözlə, 
vəzifəli  şəxsin  öz  fəaliyyətini  yerinə  yetirərkən  yol  verdiyi  səhv 
nəticəsində zərər çəkmiş şəxs ona qarşı mülki məhkəmədə iddia qaldırır 
və  vəzifəli  şəxs  tərəfindən  cərimə  ödənilməsi  barədə  qərar  qəbul 
edilməsinə  nail  olur.  Qulluqçuların  1959-cu  il  tarixli ümumi  statusunda 
təkrar edilmiş 1946-cı il tarixli ümumi statusu nəzərdə tuturdu ki, «dövlət 
idarəetmə  orqanı  qulluqçunu  mülki  məhkəmələrin  ona  qarşı  çıxardığı 
qərarlardan müdafiə etməlidir». Kommuna administrasiyasının ştat heyəti 
haqqında  1952-ci  il  qanununa  da  həmin  müddəa  daxildir  və  o,  13  iyul, 
1983-cü il tarixli qanunun 11-ci maddəsi ilə əlaqədar olaraq bütün dövlət 
və  ərazi  xidmətlərinə  münasibətdə  qüvvədədir.  Dövlət  Şurası  həmin 
müddəanı hətta dövlət xidmətinin hüquqi aktının mətnində xüsusi göstəriş 
olmadan tətbiq edilən ümumi hüquqi prinsip səviyyəsinə qaldırmışdır.'2 
Beləliklə,  qulluqçu  ikiqat  müdafiədən  istifadə  edir,  məhkəmələrin 
qərarları, adətən, idarəetmə orqanının öz ünvanına qəbul edilir: məhkəmə 
vəzifəli  şəxslə  əlaqədar  qərar  çıxardıqda,  administrasiya  onun  əvəzinə 
cəriməni  özü  verir  və  yaxud  onun  ödədiyi  məbləğ  üçün  kompensasiya 
ödəyir. 
Bununla 
belə, 
qulluqçunun 
immuniteti 
tam 
müəyyənləşdirilmişdir;  administrasiya  zərərçəkənə  ödəməli  olduğu 
cərimənin məbləğini öz qulluqçusundan tuta bilər.Lakin administrasiya bu 
hüquqdan çox nadir hallarda istifadə edir. Praktikada, qulluqçulara demək 
olar  ki,  XIX  əsrdə  olduğu  kimi  səmərəli  olan  «təminatlar»  şəklində 
müdafiə şamil edilir. 
Daha  sonralar  idarəetmə  aparatının  qulluqçuları  öz  vəzifələrinin 
icrası  zamanı  təhqirlərdən,  hədələrdən  və  yaxud  qəsdlərdən  müdafiə 
hüququ  əldə  etdilər.  Belə  xarakterli  müdafiə  tədbirləri  dövlət 
qulluqçularının  1946-cı  il  tarixli  ümumi  statusunda  nəzərdə  tutulmuş, 
sonra isə 4 fevral, 1959-cu il tarixli ordonansla təsdiq edilmişdi və hazırda 
da  13  iyul,  1983-cü  il  tarixli  qanunun  11-ci  maddəsində  nəzərdə 
tutulmuşdur. Bu maddəyə uyğun olaraq, hökumət dövlət qulluqçula- 
Dövlət Şurasının Bezanson xəstəxana mərkəzi haqqında işə dair 26 aprel, 1963-jü il 
tarixli qərarı. 
Dövlət Şurasınm Lariyelin işinə dair 28 iyul, 1951-ji il tarixli qərarı. 
109 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə