Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə2/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   2   3   4   5   6   7   8   9   ...   77

VIII
 
FƏSİL. Qanunçuluq prinsipi .............................................  116 
§1. Qanunçuluq prinsipi anlayışı, qanuna uyğun hərəkət etmək vəzifəsi 
və icra hakimiyyəti orqanlarının qərarlarının icra qaydası ..........  116 
§2. Ümumi (ictimai) xidmətlərin təşkili və fəaliyyət prinsipləri anlayışı 
və vətəndaşların hüquqlarının təmin edilməsi ........................  
126 
§3. Administrasiyanın mülahizələr üzrə səlahiyyətləri ..........  
135 
IX
 
FƏSİL İdarəetmə prosedurunun tənzimlənməsi ...............  141 
§1. İdarəetmə prosedurunun tənzimlənməsinin anlayışı, səlahiyyətləri
vəzifələri, hakimiyyət orqanlarının icra qaydası ... 
141 
§2. Etibarsız aktlar və qanunsuz aktların ləğv edilməsi qaydaları 146 
§3. Hökumət aktları, nəzarətdən çıxan daxili xarakterli aktlar və 
qanunsuz hərəkətlərlə vurulmuş ziyanın ödənilməsi qaydası  .....  154 
X
 
FƏSİL. Məsuliyyət prinsipi .................................................  160 
§1. Ümumi məsuliyyət rejiminin anlayışı və təqsirə görə məsuliyyət  
160 
§2. Zərərin ödənilməsi qaydası ....................................................  184 
§3. Mobilliyin anlayışı və növləri ...............................................  195 
§4. Məsuliyyətin növlərinin anlayışı və intizam sanksiyalarının tətbiqi 
qaydaları ......................................................................................  199 
XI
 
FƏSİL. Demontologiya ........................................................  210 



§1. Demontologiyanın vəzifələri və məqsədi ........................  210 
XII
 
FƏSİL. Siyasi hüquqlar ........................................................  219 
§1. Siyasi hüquqların prinsipləri anlayışı, mənbələri, bu sahədə qəbul 
edilən qərarların növləri ..............................................................  219 
İstifadə olunan ədəbiyyat ............................................................  225 


ÖN SÖZ 
Fransada inzibati hüquq kursunun tədrisi 1789-cu ildən başlandığı 
halda, keçmiş Sovet İttifaqında bu fənnin tədrisinə ilk dəfə olaraq 1940-cı 
ildə başlanmışdır. 
Fransada  inqilabdan  sonra  yaranan  bu  fənnin  vətəni  Fransa 
dövləti sayılır, ona görə ki, dünyada inzibati hüquq ilk dəfə olaraq burada 
işlənib hazırlanmışdır. 
Fransa  inzibati  hüququnun  sistemi  dörd  hissədən  ibarətdir: 
inzibati  hüququn  tətbiq  olunma  sahəsi;  inzibati  hüququn  əsas 
istiqamətləri;  dövlət  qulluğu  və  iradəçilik  aparatı  üzərində  yuridik 
nəzarət. 
Müasir dünyada hüquq sistemində inzibati hüquq öz yerini məhz 
bundan sonra müəyyənləşdirmişdir. 
Hal-hazırda ümumdünya hüquq elmində inzibati hüququn sistemi 
onun institutları haqqında problemlər birmənalıdır, lakin bütün dövlətlər 
tərəfindən  eyni  aktual  problemlər,  idarəçilik  orqanlarının  təşkili  və 
fəaliyyətə nəzarət etmək üçün rolu mərkəzi institutlar oynayırlar. 
Keçmiş Sovet İttifaqının bütün elmi monoqrafiyalarında inzibati 
hüquq ümumi və xüsusi olmaqla iki hissəyə bölünmüşdür. 
Ümumi  hissə  dövlət  idarəçiliyinin  bütün  alimlərinin  və  digər 
hüquqşünasların sahələri üçün ümumi prinsipial müddəaları tənzim edən 
normaları  özündə  birləşdirirdi.  Buraya  dövlət  idarəçilik  orqanları 
fəaliyyətinin  forma  və  metodları,  qanunçuluğu  təmin  edən  hüquq 
normaları  və  s.  prinsiplər  daxil  edilmişdir.  Xüsusi  hissə  isə  dövlət 
idarəçiliyinin konkret sahələrini tənzim edən normaları əhatə edir. Buraya 
xalq təsərrüfatı, inzibati, siyasi, sosial - mədəni quruculuq və başqa dövlət 
idarəçiliyi  sahələrini  əhatə  edən  normalar  daxil  idi.  İnzibati  hüququ 
ümumi  və  xüsusi  hissəyə  bölən  ölkələrdə  isə  müxtəlif  bölgülərə  rast 
gəlinir. Buraya inzibati hüququn problemi, hüququ təqi- betmə metodu, 
inzibati  hüquq  münasibətlərinin  xüsusiyyətləri,  inzibati  hüququn 
mənbələri və idarəçilik aktları daxildir və xüsusi hissəyə isə qalan bütün 
institutlar daxil edilir. 
Bu bölgüdən, xüsusilə Latın Amerikası dövlətləri istifadə edirlər. 
Belə  ki,  Braziliya  inzibati  hüququnun  ümumi  hissəsinə  inzibati  hüquq 
münasibətləri, inzibati münasibətlər, mülki qulluqçular, idarəçilik aktları, 
dövlət orqanlarının təşkili, dövlət xidməti, məsuliyyət və inzibati ədliyyə 
kimi institutlar daxil edilmişdir. 
Anqlosakson  hüquq  sisteminin  təsiri  altında  formalaşan 
dövlətlərin inzibati hüquq elmi ümumi və xüsusi hissəyə bölünür. Məsə 



lən,  Hindistanın  inzibati  hüququnun  başlıca  tədqiqat  mərkəzi  inzibati 
proses  və  inzibati  ədliyyə  institutlarıdır,  qalan  mövzular  isə  dövlət 
hüququnun tədqiqat obyektidir. 
Dünyanın  bir  çox  dövlətlərinin  inzibati  hüquq  sistemi  Fransa 
modeli  sistemində  qurulmuşdur,  xüsusilə  Türkiyənin  inzibati  hüququ, 
hətta  keçmiş  Sovet  İttifaqının  Rusiya  Federasiyası,  Ukrayna  və  başqa 
respublikaların hüquq sistemində bu sistemdən istifadə edirlər. 
Azərbaycan  Respublikasının  inzibati  hüququnda  müasir  ümumi 
dünya  hüquq  sistemində  aparıcı  yerlərdən  birini  tutan,  200  ildən  çox 
müddətə  tədqiq  edilən,  mükəmməl  elmi  və  hüquq  sisteminə  əsaslanan 
Fransa inzibati hüququnun modeli əsasında qurulması səmərəli olardı. 
Azərbaycan  Respublikasının  inzibati  hüququ  ilə  Fransanın 
inzibati  hüququnun  müqayisəli  təhlili  verilən  bu  dərs  vəsaitində  qeyd 
edilən  cəhətlər  nəzərə  alındığından,  həmin  vəsait  ali məktəblərin  «Hü- 
quqşünaslıq»  ixtisası  üzrə  təhsil  alan  tələbə,  magistr,  müdavim  və 
aspirantlarına əhəmiyyətli dərəcədə kömək edəcəkdir. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə